Əliyevlə Paşinyan Türkiyədə müqavilə imzalayacaq? Ermənilərdən SENSASİON İDDİA
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Prezident İlham Əliyevin Türkiyəyə səfəri planlaşdırılır. Əsas diqqətçəkən məqam Ermənistan baş naziri Nikol Paşinyanın da iyunun 20-də Türkiyəyə səfərə hazırlaşmasıdır. Liderlərin Türkiyədə görüşəcəyi haqda heç bir məlumat olmasa da, səfərlərin eyni vaxta təsadüf etməsi bu gözləntiləri artırır.
Yenisabah.az xəbər verir ki, Ermənistan mediası Türkiyədə Prezident İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilə biləcəyini yazır.
“Hraparak” nəşri isə Türkiyədə Azərbaycan və Ermənistan arasında müqavilə imzalana biləcəyini iddia edib.
“Hakimiyyət Paşinyanın Türkiyəyə səfərinin gündəliyini açıqlamaqdan imtina edir. Baş nazirin özü də bu haqda heç nə danışmır. Hakim partiyada isə Türkiyədə sazişin, yaxud ilkin sülh sənədinin imzalana biləcəyi ilə bağlı təkliflər səslənməyə başlayıb. Azərbaycan və Ermənistanın Türkiyənin vasitəçiliyi ilə müqavilə imzalaması üçüncü tərəflərin regionda hərbi mövcudluğuna son qoyulması, xüsusilə Rusiyanın 102-ci hərbi bazasının çıxarılması ehtimallarını da gücləndirir. Mümkün razılaşmaya ayrıca sənəd əlavə olunacaq və bura Bakının digər tələbləri, o cümlədən, azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycan-red) qaytarılması məsələri daxil ediləcək”, - nəşr iddia edir./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 İyun 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















