Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Paşinyan barədə sensasion iddia

Paşinyan barədə sensasion iddia

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ermənistanın siyasi gündəmi yenidən qalmaqallı açıqlama ilə silkələnib. Müxalif düşərgənin tanınmış simalarından biri olan “Çiçəklənən Ermənistan” Partiyasının sədri Edmon Marukyan hökumət başçısı Nikol Paşinyanla bağlı diqqətçəkən iddia səsləndirib.

Marukyan Paşinyanın siyasi gələcəyinin sual altında olduğunu bildirib.

“Sabah Paşinyan artıq baş nazir olmaya bilər”, – deyə Marukyan vurğulayıb.

Müxalif siyasətçi bununla kifayətlənməyərək Paşinyanın hakimiyyətdən getdikdən sonrakı taleyi ilə bağlı da mübahisə doğuran fikirlər səsləndirib: “Şübhə etmirəm ki, bu adam işdən çıxdıqdan sonra yaşamaq üçün Azərbaycana getməyəcək. O zaman onu Bakıda alqışla qarşılayıb, gül dəstəsi verəcəklər”.

Marukyanın bu bəyanatı Ermənistanda növbəti siyasi qarşıdurmanın başlanğıcı sayıla bilərmi? Paşinyanın hakimiyyəti həqiqətən təhlükə altındadır, yoxsa bu, müxalifətin siyasi ritorikasının bir hissəsidir?

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-da məsələyə bu cür şərh verdi:

“Ermənistan daxilində iqtidar-müxalifət münasibətləri uzun illərdir ki, kəskin, hətta deyərdim düşmənçilik mövqeyindədir. Son parlament seçkilərindən dərhal sonra Nikol Paşinyan seçkidəki bir neçə əsas rəqiblərini sıradan çıxardı. Hətta onların içərisində milyarder olan və Rusiyaya yaxınlığı ilə tanınan şəxslər də var idi. Seçki bitikdən sonra keçmiş prezident Köçəryan ölkəni tərk etmək istədi, ancaq onu aeroportdan geri qaytardılar və barəsində cinayət işinin olduğunu bildirdilər. Köçəryan prezident olduğu dövrdə Nikol Paşinyanı həbs etdirmişdi. Bir neçə il həbs yatdı. Göründüyü kimi, hər iki düşərgə bir-birinə qarşı qisasçılıq, düşmənçilik münasibətindədir. Təbii ki, burada əsas rolu birinin Qərbpərəst, digərinin isə, Rusiyapərəst olması oynayır. Paşinyanın rəqibləri uzun müddətdir ki, onu “Azərbaycanın dostu” adlandırır, hətta ona “Türk” adını da qoyublar, yəni erməni xalqının düşməni. Marukyanın bəyanatı çoxdan baş vermiş qarşıdurmanın davamıdır. İmkanları olsa, bir-birilərini qətlə də yetirə bilərlər. Hər kəs 1997-ci ildə Ermənistan Parlamentində spiker Dəmirçiyanın, baş nazir Sərkisyanın və digər dövlət nümayəndələrinin qətlə yetirilməsini yaxşı xatırlayır. Ermənistan özünü təsdiq etməyən terror dövlətidir. Paşinyan hakimiyyətə gələndən sonra özünü “demokrat” kimi göstərdiyinə görə, rəqiblərini ancaq həbs etdirməklə kifayətlənir. İmkanı olsa, o da rəqiblərini gülləboran etdirər, terror edər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Avqust 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri