Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək İDDİA
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Sülh Şurasının zirvə toplantısında iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb.
Məlumata görə, səfər fevralın 19-da planlaşdırılır.
Qeyd edək ki, “Axios” nəşri ABŞ rəsmisinə və Şuranın dörd üzv ölkəsinin diplomatlarına istinadən Qəzza Sülh Şurası liderlərinin görüşünün 19 fevral tarixində planlaşdırıldığını yazmışdı. Məlumata görə, ABŞ bu görüşdə Qəzza atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsini təmin etmək və regionun yenidən qurulmasına vəsait cəlb etmək niyyətindədir.
“Bu, Sülh Şurasının ilk iclası olacaq və Qəzzanın yenidən qurulması üçün ianə toplanacaq”, - amerikalı rəsmi bildirib.
Lakin sammitlə bağlı planların ilkin mərhələdə olduğu, müəyyən dəyişikliklərin edilməsinin mümkünlüyü vurğulanır./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Fevral 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















