İlham Əliyevlə bir neçə kəlmə danışdıq PUTİN
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanla Rusiya arasında fundamental münasibətlər hər şeyi öz yerinə qoyacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çində keçirdiyi mətbuat konfransında deyib.
"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, amma bu gün biz prezident İlham Əliyevi salamladıq, bir neçə kəlmə danışdıq, fundamental münasibətlər, qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq", - deyə Putin qeyd edib.
Qeyd edək ki, Çində keçirilən parad başlamazdan öncə Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və xanımı Mehriban Əliyevanı salamlayıb.
Baxış sayı:71
Bu xəbər 03 Sentyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















