Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Parisdə turizm təqdimatı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

“Əllə seçsən belə, bu rəqibləri seçmək mümkün olmazdı” EKSPERT RƏYİ

“Əllə seçsən belə, bu rəqibləri seçmək mümkün olmazdı” EKSPERT RƏYİ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib. Azərbaycan çempionunu qrup mərhələsində Avropanın nəhəng klubları gözləyir. “Sabah” Bakıda “Barselona” və “Borussiya” (Dortmund) ilə, səfərdə isə “Arsenal”la qarşılaşacaq. Bundan əlavə, komandanın “Napoli”, “Slaviya” və digər rəqiblərlə oyunları da böyük maraq doğurur. Qarşılaşmaların nəticələri həm “Sabah”ın turnirdəki taleyinə, həm də Azərbaycan futbolunun Avropa səhnəsindəki mövqeyinə təsir göstərə bilər.

“Sabah”ın “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund), “Napoli” kimi Avropanın güclü klubları ilə eyni mərhələdə mübarizə aparmasını necə qiymətləndirirsiniz? Sizcə, komandamız bu rəqiblər qarşısında hansı nəticələri əldə edə və növbəti mərhələyə yüksəlmək şansını nə dərəcədə reallaşdıra bilər?

Redaktor.az-a danışan "CBC Sport"un aparıcı eksperti Elçin Cəfərov bildirdi ki, UEFA Çempionlar Liqası Avropanın hətta dünyanın ən böyük və nüfuzlu klub turniridir:

"Ümumiyyətlə, Çempionlar Liqasının əsas mərhələsində yer almağın özü böyük tarixi nailiyyətdir. Təbii ki, “Sabah” klubu yaranmasının 9 ili ötməsinə baxmayaraq, bu nəticəyə nail oldu. Artıq “Sabah” klubu, mən deyərdim ki, bu nəticə ilə Azərbaycan futbolu adına çox önəmli bir işə imzasını atdı. İndi əsas məsələ burada nəticələrin necə olacağıdır. Təbii ki, qrupda elə rəqiblər düşdü ki, əllə seçsən belə, bu rəqibləri seçmək mümkün olmazdı. Yəni belə deyim, heç əllə qoysan, bu formada olmazdı, düzülməzdi. Təbii ki, “Barselona”, “Napoli”, “Borussiya Dortmund”, “Mançester Yunayted”, “Arsenal” – bunlar nəinki öz ölkələrinin, dünya futbolunun ən böyük klubları sırasında yer alırlar. Hər bir klubun öz tarixi, oynadığı futbol və kifayət qədər uğurlu nəticələri var. Təbii ki, “Sabah” üçün burada əsas məsələ vitrin olacaq. Futbolçular da özlərini nümayiş etdirməyə çalışacaqlar. Əsas diqqət ediləsi məqam “Sabah”ın öz oyun planını meydanda icra etməsidir".

Şərhçinin sözlərinə görə, rəqibin kimliyindən asılı olmayaraq, komanda neçə qol fərqi ilə məğlub olsa belə, yenə də o əzmkarlığı, xüsusilə topa sahib olma əmsalı kifayət qədər yüksək olan oyun anlayışını nümayiş etdirməlidir:

"Təbii ki, meydançanın yarımmüdafiə mərkəzində bunu icra etməkdə çətinlik çəkə bilərsən. Amma normalda öz oyun düsturunu hiss etdirməlisən. Bu, futbolçular üçün də vitrin olacaq və onların növbəti dəfə Avropanın ən önəmli klublarının transfer siyahısında yer almasında çox önəmli rol oynayacaq. Odur ki, futbolçular bundan zövq almalıdırlar. Burada əsas nəticə deyil, oynanılan futboldur. Ötən mövsüm “Qarabağ”la bağlı da çox fikir səsləndirildi. Düzdür, “Qarabağ”ın rəqibləri ilə “Sabah”ın rəqiblərini müqayisə etmək olmaz, amma yenə də burada iş məşqçilər korpusuna, komandanın futbolçularının özlərini nümayiş etdirməsinə qalır. Yəni əsas məsələ bundan ibarətdir".

Müsahibimizin fikrincə, “Sabah”da Dambrauskas üçün də bu, çox önəmli mərhələdir:

"Onun da təbii ki, hədəfləri var, daha böyük beşlik ölkələrinin klublarında komanda çalışdırmaq kimi bir istəyi var. Odur ki, ancaq zövq almaq lazımdır: oynanılan futboldan və burada olmaqdan".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see419

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see386

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see370

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see327

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see319

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see263

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see219

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see217

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see209

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see207

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see199

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see199

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see197

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see188

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see186

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see184

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see181

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see177

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see160

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri