Icma.az
close
up
RU
Pakistandan boş əllə

Pakistandan boş əllə

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

O bildirib ki, bu, Amerika Birləşmiş Ştatlarından daha çox, İran üçün pis xəbərdir: “Razılığa gəlmədən ABŞ-yə qayıdırıq. Qırmızı xətlərimizin nə olduğunu, hansı məsələlərdə onları qəbul etməyə hazır olduğumuzu və hansı məsələlərdə qəbul etməyə hazır olmadığımızı çox aydın şəkildə bildirmişik. Biz bunu mümkün qədər aydın şəkildə bildirdik və onlar şərtlərimizi qəbul etməməyi seçdilər”.
ABŞ-nin Vitse-prezidenti deyib ki, İranın nüvə silahı əldə etməyə çalışmaması və nüvə silahı əldə etməyə cəhd göstərməməsi Vaşinqtonun əsas hədəfidir.
- Biz bütün məsələlər barədə danışdıq. Amma yenə də, iranlıların şərtlərimizi qəbul etməyə hazır olduqları bir vəziyyətə gələ bilmədik. Düşünürəm ki, biz kifayət qədər güzəştə getdik. Prezident bizə dedi ki, razılaşma əldə etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu etdik və təəssüf ki, heç bir irəliləyiş əldə edə bilmədik,- Vens əlavə edib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkəsi ABŞ ilə bəzi məsələlərdə anlaşma əldə edib, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığı olub. Bəzi məsələlərdə isə anlaşma əldə etmək mümkün olmayıb.
İran tərəfinin məlumatına görə, danışıqlar fikir ayrılıqlarına baxmayaraq davam edəcək.
Pakistanın Xarici İşlər Nazirliyi isə yaydığı açıqlamada ümid etdiyini bildirib ki, hər iki tərəfin davamlı sülhə nail olmaq üçün müsbət şəkildə irəliləməyə davam edəcək: “Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir".
Qeyd edək ki, İslamabaddakı görüş 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri İran və ABŞ arasında ən yüksəksəviyyəli birbaşa danışıqlardır. Danışıqlar zamanı Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi təklifini irəli sürüb. Bu təklifə birgə patrul xidməti də daxildir. Amma nəticəyə gəlmək mümkün olmayıb.
Tariyel
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri