Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

ƏLLƏRİN UZANDIĞI MƏKANDA ALİM, ŞAİR VƏ MÜƏLLİM GÖRÜŞÜ...

ƏLLƏRİN UZANDIĞI MƏKANDA ALİM, ŞAİR VƏ MÜƏLLİM GÖRÜŞÜ...

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Şöhrət ordenli professor Məhərrəm Qasımlının “Əllərini uzat mənə” şerlər kitabı haqqında düşüncələrim)

Kitab oxumağı bacarandan mütaliə elədiyim kitablar haqqında fikirlərimi yazmaq kimi bir şakərim var. Ədəbiyyat müəllimimiz bizə bu işi sistemli şəkildə “Mütaliə gündəliyi”ndə eləmək vərdişləri aşılamışdı. Sonralar kimya-biologiya üzrə ali təhsil alsam da bu şakər məndə vərdiş halını aldı. Hiss etdim ki, oxuduğum əsər haqqında təhlili fikirlər də söyləyə bilirəm.

Artıq ömrümün ahıl çağında mən xeyli bədii və elmi əsər oxuduğumun fərqinə vardım. Bədii əsərdə elmilik, elmi əsərdə isə bədiilik mənim zövqümü oxşayan əlamətlərdəndir. Mən o bədii əsəri yüksək dəyərləndirirəm ki, onda elmi səhv olmasın. Elmi əsərlər isə elə elimi üslubla daha gözəldir. Alim qələmindən çıxan bədii əsərlər isə məni daha çox cəlb edir.

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinəgörkəmli şair Orxan Paşanın – Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Şöhrət ordenli professor Məhərrəm Qasımlının – görüşünə getmişdim. Nə gizlədim şəxsən tanımadığım halda onun “Yağmur qoxusu” kitabını oxuyarkən müəllifin dili, yazı üslubu, səmimiliyi, həzinliyi zövqümü təlatümə gətirmişdi. Kitabdakı şerlərdən təsirlənərək  bir neçə il bundan əvvəl ““Yağmur qoxusu” kitabının könül dünyama yaydığı doğma qoxu” adlı düşüncələrimi qələmə alaraq dövri mətbuatda çap etdirmişdim. 

Şair-alimlə ilk üzbəüz görüşümüz çox səmimi notlarla başladı. Doğrusu, elə ilk görüşdən mən bu böyük şəxsiyyəti sanki kəşf elədim. Söhbətimiz müxtəlif mövzuları əhatə etdi. Azərbaycan televiziyasının “Mədəniyyət” kanalında aparıcısı olduğu “Saz-söz axşamı” verilişi haqda, aşıq yaradıcılığının müxtəlif sahələri haqda xeyli söhbət etdik. Ayrılanda Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə son zamanlar çap olunmuş kitabları və özünün bir neçə kitabını mənə hədiyyə etdi. Bu kitablardan biri də “Əllərini uzat mənə” şerlər kitabı idi. Kitaba nəşr olunandan üç il sonra rast gəldiyimə görə özümü çox məzəmmət elədim.

Budur,  Orxan Paşanın, sevimli alimimiz Məhərrəm Qasımlının “Əllərini uzat mənə” kitabının təsir dairəsindəyəm. Kitab yeddi bölmədən ibarət tərtib olunmuşdur.  Kitabda “Sənin taleyindir bu vətən”, “İşığı axtaraq”, “Mənə neylədisə ürək eylədi”, “Saz başına döndüyüm”, “Səmanın, Damlanın Atillası” bölmələri şairin müxtəlif dövrlərdə və rəngarəng mövzularda qoşduğu şeirlər, “Şərqdə şər oyunu” poeması və “Taleyimdən və ürəyimdən keçənlər” adlı məntiqi, düşündürücü, deyimlərdən, avorizmlərdən, ibrətamiz rəvayətlərdən ibarət bölmələr yer almışdır.

Sözdən-sözə, misradan-misraya, beytdən-beytə, bənddən-bəndə, şeirdən-şeirə keçdikcə oxucu qəlbi türkçülük, azərbaycançılıq, insanlıq ruhunda köklənir. Vətən insan gözündə daha da müqəddəsləşir.

Belə  qərar qoyub Tanrım əzəldən,

Xəzər yüksəldisə Türkün yazıdı;

Bu qalxış, oyanış indi təzədən

Oğuz ruhlarının qabarmasıdır.

Artıb dalğasının səsində kəsər

Dikələr dənizim ötən gücüylə.

Yenilməz ərən tək hayqırır Xəzər

Atillagücüylə, Metegücüylə...

Müəllifin bələdçiliyi ilə özümü vətənimin bir parçası olan Təbriz meydanında hiss edirəm:

Təbriz meydanında bir qoca aşıq

Oxudu, səsində aslan kükrədi.

Hayına hay gəldi qoç Koroğludan,

Dəlilər cəm oldu – sazdan kükrədi...

Kitabı həyəcansız oxumaq olmur. Mən nə vaxtsa körpülər körpüsü, körpülər sərkərdəsi Xudafərinə o taydan baxmışam. O zaman bilmədim o taydan bu taya baxıram, yoxsa bu taydan o taya. Təkcə onu bilirdim ki, vətəndən vətənə boylanıram. Orxan Paşa isə “Xudafərin körpüsü” şerirində deyir:

Bəlkə sən körpü deyilsən,

Körpü heykəlisən?!

bəlkə sirri bilinməz

bu nağıl tilsiminə

söykəlisən?!

...Sinəndə qovuşmadıqca

                        Bakı – Təbriz yolları,

                             həsrət mamırında

                             daşların,

                             sütunların

                                          can verir.

Bir yandan da

qoca qolların

“El” deyib,

           “Gəl” deyib

                        dəli bir inadla

Araz sellərinə

                        imtahan verir...

Ümumiyyətlə,Ana Vətən, Təbriz və Dərbənd  mövzusu Orxan Paşa yaradıcılığında bir xətt kimi keçir. Kitaba bu qəbildən olan xeyli şeirlər daxil edilmişdir.“Gedək Təbrizə-Təbrizə” “Getdim, gördüm”, “Yol verin”, “Bir ayrıdır o kənd”, “Ana yurdum – Azərbaycan”, ”Uzaqdakı dağ”, “Tovuz”, “Vətənimdi dərmanım” və bu kimi şeirlər öz mövzusu ilə kitabın əsas leytmotivini təşkil edir.

Azərbaycanın qəhrəmanlıq zirvəsi olan Vətən Müharibəsində qazandığımız zəfər Orxan Paşa qələmində “Qırx dörd günün gerçək nağılı” şerində bu misralarla tamamlanır:

...Əlvida söylədi otuz illik

Qara baxtına,

aranıyla, dağıyla

             bütünləşdi Qarabağ.

Şuşa – Kəlbəcər,

       Ağdam – Laçın da

                       kökləndi Bakı vaxtına;

Can oldu,

              Azərbaycan oldu –

Vətənləşdi Qarabağ!

Qələmim “Gəlmişəm, Şuşam, gəlmişəm” şerini təhlil etməyə acizlik edir.Şeirinsonunda öz əhdinə uyğun olaraq daşını-divarını öpüb oxşayıb, bağrına basan Orxan Paşanın fotoşəkli şairin bütün hisslərini ifadə edir:

...Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm...

Qələbə əhvali-ruhiyyəli şeirlər Orxan Paşa yaradıcılığının qürur mənbəyi kimi səslənir. “Bayrağım”, “Ordumuz”, “Gedəlim”, “Azərbaycan əsgərinə”, “Bir daha enməz, “Yolum gedir Zəngilana”, “Şəhid köynəyi lalələr” kimi şeirlərdə zəfərin tərənnümünə həsr olunmuşdur.

Bütün hallarda kitabda  Orxan Paşa poeziyasının əsas qəhrəmanı kimi insan və insanlıq təqdim olunur. “Üç beş adam” şeirində şair cəmi yeddi bənddə  insan xarakterini açmağa nail olmuşdur.

...Amandı, qoruyun,

qoruyun bu üç-beş adamı,

Haqqın nuru var üzündə –

apaydın işıqdı, nurdu,

mübarəkdi bu üç-beş adam...

Şair kitabın “Səmanın, Damlanın, Atillası” bölümündə vətənin gələcəyi olan balaları – Şahanı, Ləmanı, Səmanı, Damlanı, Atillanı xüsusi məhəbbətlə “qoşa güllər”, “kiçik bağban”, “tanrı verən pay”, “tale damlası”, “babanın ürəyi” kimi tərənnüm edir.

Orxan Paşa “Əllərini uzat mənə” kitabına yeddi tragik fraqmentdən ibarət “Şərqdə şər oyunu” minatür poemasını da daxil etmişdir. Poemada tarix boyu Şərqi təhdid edən hadisələrin  mahiyyəti bədii boyalarla əks olunur:

İllərdi bu yerlərdə

yoxa çıxıb gecə-gündüz,

yoxa çıxıb

olumla ölüm fərqi.

İllərdi yola çıxıb

        yol gəlir umudsuz-umudsuz

        Qoca Şərqin qocalmayan dərdi...            Kitabın “Taleyimdən və ürəyimdən keçənlər” ünvanlı son bölümü isə bir el müdrikinin, aqilinin, arifinin, alimin nəsihətli kəlamlarından, tərbiyəvi rəvayətlədən, ibrətamiz nəsihətlərindən, aforizmlərindən və deyimlərdən ibarətdir.

Ümumiyyətlə, “Əllərini uzat mənə” kitabı bir alim, ziyalı və şair qələmindən çıxan yetkin əsər məzmununa, məna tutumuna malik əsər kimi çox  əhəmiyyətlidir. Kitab hər bir yaşa və dünyagörüşünə malik olan oxucuların zövqlərini təmin edə biləcək zəngin mənbə və məxəz kimi dəyərlidir. Bu bölümü alimin zəngin həyat təcrübələrinin, müşahidələrinin, həyat dərslərinin səmimi sərgisi hesab eləmək olar.

Professor Məhərrəm Qasımlı kitabın bu bölümündəşair Orxan Paşa təfsiri ilə ziyalılığı belə dəyərləndirir:

“Əsl ziyalılıq odur ki, sən dərbəndliolmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin sən Dərbənddənsən, lənkəranlı səni Lənkərandan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlıZəncandan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin. Sevginlə, əməlinləVətən boyda görünəsən...”

Kitabın “Taleyimdən və ürəyimdən keçənlər” bölümü fəlsəfi, publisistik epik-lirik əsər olaraq insan, zaman, məkan, məqam müstəvisində maddi, mənəvi varlıqların, daha doğrusu canlı və cansız təbiətlə insanın vəhdəti, təması, əlaqəsi, qarşılıqlı münasibətlərinin təsviri, təhlili, təqdimi kimi dəyərləndirilə bilər.

Müəllifin təbirincə desək: “Alabəzək kəpənəklər ömürlərinin cəmi bir neçə gün olduğunu bilmədən güllər, çiçəklər boyu sonu görünməyən bir yaz şövqüyləuçuşurdular”.

Əziz oxucum, şair Orxan Paşanın “Əllərini uzat mənə” kitabı professor Məhərrəm Qasımlı qələminin qüdrəti ilə bir tərbiyə məktəbi kimi qəbul edilə bilər.

O deyir: “ Bəxtiyar Vahabzadə mənim ən sevimli müəllimlərimdən olub. O, gözəl şair və dərin alim idi...”

Professorsonra xalq Şairimiz Süleyman Rüstəmin:

“Qatlayıb dizinin altına qoyar

Alim Bəxtiyarı şair Bəxtiyar...” – misralarını dilə gətirərək əlavə edir:

“...   Qoy inciməsin nə alim Bəxtiyar, nə şair Bəxtiyar,

Vurğunu olduğum müəllim Bəxtiyar

Onların hər ikisini də qatlayıb dizinin altına qoyar...

O, heyrətamiz müəllimimin dərsində oturmaq üçün günü bu gün də tələbə olmağa hazıram”.

Sonda: Hörmətlialimimiz Məhərrəm Qasımlı, sevimli şairimiz Orxan Paşa, əzizimiz Məhərrəm müəllim, Sizə alim, şair və müəllim üçbucağı meydanında, alimlik, şairlik və müəllimlik yollarında yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

İsgəndər Fərhadoğlu, Əməkdar müəllimi:

 Goranboy rayonu Səfikürd kəndi.

16 dekabr 2024-cü il.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri