Icma.az
close
up
RU
Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar... Zahid Oruc

Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar... Zahid Oruc

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son 20 ildə məxməri, ya silahlı elə bir inqilab, dövlət çevrilişi və vətəndaş qarşıdurması olmayıb ki, bir ovuc qüvvə qeyri-sabitlik dalğasının bizim ölkəmizə də keçəcəyini iddia eləməsin. 2000-ci ildə Suharto İndoneziyasından Qəddafi Liviyasına, Səddam İraqından Əsəd Suriyasına qədər hamısı Xalq Cəbhəsinin rəngli xəyallarının siyasi qibləgahı olub.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, dünyanı bir mərkəzdən yönləndirənlərə həsəd aparanları anlayır, lakin qum səhrasındakı Cümhuriyyəti dağıdanlara, min illik sivilizasiyanı din bayraqlı beynəlxalq terrorçuların əli ilə yıxanlara, Allahü-əkbər sədalı edamçılara və milyonlarla qaçqınlar ordusuna “demokratik inqilab” deyənləri qəbul etmirik:

“Bizim də 1 illik hakimiyyətin sonu çadır şəhərcikləri və çiy kərpiclər məmləkəti olmuşdu.

Bir vaxtlar, Bismark millətini “dəmir və qan şüarı” ilə birləşdirdi. İndi bütün dünya inqilablarının sonu qan və göz yaşlarıdır. Gürcülər çoxdandır Corc Buş küçəsindən nifrətlə keçirlər. Təkcə 90-cı illərin yox, 30 il sonrakı xəyali Cəbhə hakimiyyətinin də müasir şəkli elə Suriyadır.

Ararat Mirzoyan 2 dekabrda Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı bir dəfə də olsun Azərbaycanın, İlham Əliyevin adını çəkmir, bizim terror mediamız və xalqsız cəbhəsizlər isə millətimizə soyqırım yaşadanları DTX təcridxanasına gətirən lideri necə tribunala verməkdən danışırlar. Görün, indi düşmən kimdir?

Adam mübarizəni ləyaqətlə aparar. 44 günlük müqəddəs müharibənin sonunda erməni təhlükəsizlik katibi Baş nazirinə məktub yazır ki, bir xilas yolumuz var—Azərbaycanın əsas müxalifəti 8 noyabrı məğlubiyyət sayır. Qarabağı ermənilərə qaytarmağın yolu, Xalq Cəbhəsini hakimiyyətə gətirməkdir. Baxın, ermənilər siyasi tomoqrafiyanıza baxıb hansı planları qurur?

İlham Əliyev dünyanın ən demokratik, açıq görüşlü, mərd və hələ ki, tək qalib lideridir. Əsl xalq, millət cəbhəsinin rəhbəri də odur. Qarabağ dalğasında meydana, siyasətə və prezidentliyə gələnlərin hakimiyyət yolu birdəfəlik bağlanıb. Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar, bizi 20 faizi itirilən Gürcüstana, 30 faizi olmayan Ukraynaya, 40 faizi qalan Liviyaya niyə bənzədirlər ki. Bəlkə əksinə, məzlumiyyətə və əsarətə qarşı savaşan xalqlar azərbaycanlıları özlərinə simvol seçib torpaq, azadlıq və mənəvi bütövlük qazansınlar! Çünki 100 faiz olmuşuq!

Vətən müharibəmiz etimad referendumu oldu. Sevilməyən Ali Baş Komandanla savaş qazanılmır. Bizim əsil Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır. Ona görə də İlham Əliyevin prezidentlik müddəti ərazi və siyasi bütövlük günümüzdən—8 noyabrdan və 20 sentyabrdan hesablanmalıdır. Çünki Qalibiyyət Təqvimini və Yeni milləti yaradan Odur! Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi xaos diktaturasıdır! Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var—Qələbəmizə müxalif olmayın”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri