Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Bakıda və bölgələrdə işıq sönəcək

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

Nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfindədir? Zahid Oruc

Nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfindədir? Zahid Oruc

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müzakirəyə çıxarılan layihə coğrafi, hava, su məkanının qorunması ilə eyni təhlükəsizlik mahiyyəti daşiyan informasiya məkanı haqqındadır.

Vətən müharibəsində Qələbəmiz uzun illər ölkəmizin informasiya məkanına yönələn xarici müdaxilələri yeni müstəviyə keçirib. Əlbəttə, ötən 5 ildə Azərbaycanın media məkanında mühüm dəyişikliklər baş verib-o, daxili və beynəlxalq məkana uğurla çıxmağı bacarıb, xüsusilə qardaş Türkiyə və türk dövlətləri ilə ortaq media platformaları yaradılıb, dövlət mənafelərimiz ardıcıl və prinsipal şəkildə qorunub, bir vaxtlar hakimiyyət təmsilçiləri arasında medianın açıq-gizli savaşlar, komromat mübarizəsi, eləcə də xarici maliyyə axınlarının müxtəlif yollarla ölkəyə gətirilməsi nəticəsində feyk xəbərlərin və casus şəbəkələrinin tribunasına çevrilmək ənənəsi ən azı daxildə azalıb. Yaxşı xatırlayırıq ki, Qələbədən əvvəl media məkanı işğaldakı ərazilər kimi, hərbi əməliyyat bölgəsinə bənzəyirdi-cəbhə xətləri, boz zonalar, partizan müharibəsi və əks-hücumlar meydanını xatırladırdı.

Lakin 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olanlar son 5 ildə bütün resurslarını informasiya savaşına, “səlibçi jurnalist”lərin haker yürüşlərinə yönəldiblər. Zəfərimiz - qlobal erməni diasporu, Ermənistana dost ölkələr və onları himayə edən Qərb informasiya məkanında Azərbaycanın, onun siyasi liderinin imicinin aqressiv “demonizasiya”nı gücləndirib. Geosiyasi rəqabətin və informasiya əsrinin çağırışları rəqəmsal resursları və sosial şəbəkələri hibrid müharibənin əsas alətinə çevirib.

Qlobal informasiya məkanına nəzarət etməyə və milli dövlətlərin rəqəmsal-informasiya suverenliyini parçalamağa çalışanlar “müstəqil virtual dövlətlərə” çevrilən İT şirkətləri ilə birləşərək, yeni ideoloji kursu elan etdilər: qədim Romada “parçala və hökm sür” siyasətini 21-ci əsrin rəqəmsal çağırışlarına uyğunlaşdırıb, idarə olunan xaosun yeni şüarı “Sındır. Sızdır. Parçala” şəklində irəli sürdülər.

“Araşdırmaçı jurnalistika” adı ilə 2006-cı ildə yaranan qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” 80 ölkədə 160 jurnalisti birləşdirir. Hamısı “P” hərfi ilə başlayan, “offşor dosyeləri” - əslində küfr və cəfəngiyyatdan ibarət hekayələri Panama, Paradise, Pandora sənədləri, Pegasus adlı məlumat sızdırma fəaliyyəti konkret ölkələrdə müstəqil siyasət yürüdən hakimiyyətlərə qarşı təzyiq silahıdır, xammalı saxta xəbər olmaqla yazıçı Corc Oruelin “böyük televizor”u vasitəsilə ölkələri təsir dairələrində saxlamaq vasitəsidir.

Elə isə sual olunur - nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfindədir? Suala regional və beynəlxalq sirləri daha yaxşı bilən prezident İlham Əliyev dəqiq cavab verir-sitat: ”bizi iradələrinə tabe etdirmək istəyirlər”. Bəli, Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu ləkələmək yolu seçiblər. Unutmayaq ki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir, iqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin bir parçasıdır. Təsadüfi deyil ki, Avropa Birliyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir.

Bir mötəbər araşdırmada deyilir ki, cəmiyyətlər elə bir maskimallığa öyrədilib ki, sensasiya və şok, qarşıdurma və kütləvi inamsızlıq, linç və siyasi ləkələmə gündəlik tələbat malına çevrilib, real fakt və xəbərin qəbulu get-gedə çətinləşir. Pandemiyada olduğu kimi, ayrı-ayrı fərdlər, sosial baxımdan həssas və narazı qruplar daha təhlükəli viruslara – infodemiyaya uğrayıblar. İctimai rəydə yaradılan saxta siyasi qənaət və emosional reaksiyalar media kanalları və şəbəkələr vasitəsilə tirajlanaraq normalaşdırılır, nəticədə hədəf kütlə faktlar və reallıq yerinə, eşitmək istədiyi abstrakt gerçəkliyi seçir. Qlobal şəbəkə virtual Azərbaycanı real Azərbaycanla konfliktə sürükləyir. Göbbelsin “min dəfə təkrarlanan yalan həqiqətdir” devizi 21-ci əsrin reallığında rəqəmsal faşizm və despotizmin fonunda daha yaxşı işləyir.

Onlara qarşı tədbirlər görülən kimi bütün xarici himayadər qruplar - USAİD başda olmaqla “avtokratiyalar medianı boğur” deyərək, saxta hesabatlar hazırlayır, “Sərhədsiz jurnalistlər” kimi Azərbaycanda söz azadlığının durumuna dair saxta indekslərlə təsir agentlərinə çevirdkləri qüvvələrin müdafiəsinə qalxırlar.

Məsələn, abzas.media mətbuat meyarlarına qətiyyən uyğun olmasa da onun daxildə fəaliyyətini təşkil edən və korrpusiyaya qarşı mübarizə apardığını söyləyən şəbəkənin özü xaricdən 100 minlərlə dollar vəsaiti qaçaqmalıçılıq, vergidən yayınma ilə ölkəyə gətirir və məsuliyyətə cəlb olunur, lakin abzas.media platforması fəaliyyətini davam etdirir. Göründüyü kimi, belə quruluşların bütün texniki resursları, redaksiya siyasəti və xəbər mənbələri kəşfiyyat strukturlarının iradəsi, əməliyyat üsulları, mənbələri və 3-cü sektorun pərdəsi arxasında gizlənən konkret xarici dövlətə bağlıdır.

Beləliklə, ötən 3 ildə media qanununa tabe olaraq, fəaliyyətini milli mənafelər və hüquqi tələblər çərçivəsində aparanlarla yanaşı, daxildə mövqeyi sarsıldığı üçün xaricdə formalaşdırılan terror mediası, hansı ki, Azərbaycan Baş prokurorluğu tərəfindən barələrində həbs qəti imkan tədbiri seçilib, o cümlədən, boz zonalarda qalan - yalnız hakimiyyət orqanlarına qarşı böhtanla gəlir mənbələrini, oxucu auditoriyasını artıran medialar hələ də mövcuddur.

Azərbaycanı tərk edən aşağı savadlı, lakin heç bir mənəvi-əxlaqi normanı gözləməyən- terror mediası jurnalist vəsiqəsi daşıyıcıları, menecerlər, ekspertlər ölkə hüdudlarından kənarda gündəlik rejimdə Azərbaycan hakimiyyətinə deyil, məhz dövlətə və milli mənafelərə qarşı düşmənçilik kampaniyası aparırlar.

Trampın hakimiyyətə gəlməsi ilə USAİD və onunla birlikdə şəbəkəli fəaliyyət göstərən qurumların maliyyə mənbələrinə külli miqdarda zərbə vurub. Dövlətdən asılılıqdan azad olmağı dünyada təşviq edənlər özləri büdcədən birbaşa qidalanırlar. USAİD-in fəaliyyətinin dayandırılması dünyada demokratiyanı azaltmayıb, əksinə, ölkələrin daxili işlərinə müdaxilələr, rejim dəyişdirmə əməliyyatları kəskin azalıb. Beləliklə, informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Media subyektlərinin, xüsusilə, informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi vacibdir. Ötən 4 ildə “Media haqqında” yeni qanun qəbul ediləndən sonra dəyişiklikləri zəruri edən səbəbləri ümumiləşdirərək, beynəlxalq hüquqa uyğun aşağıdakı layihə təklif olunur:

● “Media subyekti” anlayışı xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib,

● Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulub, filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi norması yaradılıb, hər hansı filial və nümayəndəliyin beynəlxalq müqavilədə nəzərdə tutulmadan və ya Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi, həmçinin Media Reyestrindən çıxarılması DVX tərəfindən onun ləğvi üçün əsas olaraq müəyyənləşdirilib.

● Bununla yanaşı, “xarici jurnalistlər” ifadəsi geniş mənada və praktikaya uyğun “xarici media nümayəndələri” ifadəsi ilə əvəzlənib;

● Saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyənləşdirilib;

● İnformasiya agentliklərinə münasibətdə xarici ölkələrdə akkreditasiyadan keçən jurnalistlər və digər subyektlərlə informasiya əldə edilməsi (verilməsi) barədə müqavilələr üzrə minimum say müəyyənləşdirilmiş (müvafiq olaraq 5 və 20), həmçinin istehsal etdikləri ümumi kütləvi informasiya həcmində özünəməxsus informasiyanın minimum nisbətinə dair tələblər (80 faiz) təsbit olunub, buna müvafiq aidiyyəti maddələrdə dəyişikliklər edilib;

● Media subyektlərinin (redaksiyalarının) adlarının digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmaması, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməsinə dair norma əlavə edilib;

● Media Reyestrində olmayan, şantaj, böhtan xarakterli, qərəzli materiallar, saxta məlumatlar dərc edən qəzetlərin fəaliyyətinin qarşısının alınması məqsədilə onların nəşri və yayımı qadağan edilir;

● Media subyektlərinin ölkə ərazisində fəaliyyətinin daha əhatəli və detallı tənzimlənməsi məqsədilə fəaliyyətin müvəqqəti dayandırılması və xitamı ilə bağlı bəzi normalar, həmçinin bir sıra yeni hallar Media Reyestrindən çıxarılma əsası kimi nəzərdə tutulub və bu səbəbdən 75.1-ci maddənin tərkibi genişləndirilib. Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu birbaşa təsbit edilib;

● Xarici media subyektlərinin filial və nümayəndəlikləri də daxil olmaqla, bütün media subyektlərinin onlayn resurslarına münasibətdə daha biristiqamətli və vahid yanaşmanın tətbiqi məqsədilə mediada dərci və yayımı qadağan olunan materiallar üzrə tədbirlərin görülməsinin Medianın İnkişafı Agentliyinin səlahiyyətlərinə aid edilməsinə imkan yaradan dəyişiklik edilib;

● Media Reyestrinin ictimaiyyət üçün açıq olan hissəsində dəqiqləşdirmə aparılıb, media subyektlərinin və jurnalistlərin siyahısının deyil, onların Media Reyestrində olub-olmadığına dair məlumatın ictimaiyyət üçün açıq olduğu qeyd edilib;

● Xarici media subyektlərinin Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə də onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi qadağan olunub;

● Çap mediası subyektinin özünün çap mediası məhsulunda, onlayn media subyektinin isə veb-saytında zəruri məlumatları (rekvizit məlumatlarını) düzgün göstərməsi Media Reyestrinə müraciət zamanı əsas tələblərdən biri olaraq müəyyənləşdirilib;

● Mövcud praktikaya əsasən “iş stajı” anlayışı yalnız əmək deyil, həm də mülki hüquq müqaviləsi ilə fəaliyyət müddətini əhatə etdiyindən və “Media haqqında” Azərbaycan Respublikası Qanunu jurnalistlərin Reyestrə daxil edilməsi zamanı yalnız əmək müqaviləsi üzrə stajı nəzərdə tutduğundan “iş stajı” ifadəsi “əmək stajı” ifadəsi ilə əvəz edilib.

Bir daha sonda inanırıq ki, 44 günlük savaşda olduğu kimi Vətənin müdafiəsini genişləndirib, hava və dəniz məkanı kimi rəqəmsal coğrafiyamızı, “kibervətəni” də 44 günlük Zəfərdəki kimi qoruyacağıq. Bu həm də müqəddəs Şuşanın müdafiəsi deməkdir!

Zahid Oruc,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see265

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see263

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see246

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see238

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see233

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see230

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see229

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see228

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see226

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see223

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see206

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see205

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see204

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see203

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see198

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see197

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see188

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see175

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see169

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri