Icma.az
close
up
RU
“Elm və sənət eyni qəlbin iki yarısıdır” Əminə Ərdoğan

“Elm və sənət eyni qəlbin iki yarısıdır” Əminə Ərdoğan

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Tibb yalnız texnologiya deyil, eyni zamanda sənət və əxlaqdır”

"Musiqi ilə terapiya, ətirli çiçəklər, su hovuzları, quş səsləri və dini oxular xəstələrin şəfası üçün istifadə edilib. Fiziki məkanların özü belə bir şəfa mühitinə çevrilib"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Prezident Kitabxanasında keçirilən "Tibb və Mədəniyyət-İncəsənət Simpoziumu"nda çıxış edib. O bildirib ki, texnologiyanın təqdim etdiyi imkanları insani toxunuşla zənginləşdirən hər bir yanaşma həm tibbin, həm də insanlığın gələcəyi üçün əvəzolunmazdır.

Sherg.az xəbər verir ki, Əminə Ərdoğan çıxışında simpoziumda səsləndiriləcək fikirlərin və müzakirə olunacaq mövzuların insan mərkəzli səhiyyə anlayışına və “Sağlam Türkiyə Yüzili” vizyonuna mühüm töhfə verəcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə, proqram elmin sürətli inkişafı ilə insanlığın əsrlər boyu topladığı hikmət mirası arasında yeni təmas nöqtələrinin yaranmasına zəmin yaradacaq.

Səhiyyə sahəsində çalışan bütün şəxslərə təşəkkür edən Əminə xanım qeyd edib ki, bu torpaqların həkimləri tarix boyu yalnız xəstəliklərə resept yazmaqla kifayətlənməyib, insana və həyata dəyər verən bir şəfa anlayışını da bəşəriyyətə bəxş ediblər. O vurğulayıb ki, tibb elmi yalnız texniki sahə deyil, eyni zamanda sənət, irfan və əxlaq məsələsidir.

Əminə Ərdoğan bildirib ki, xəstələrin həm bədənini, həm ruhunu müalicə edən qədim xəstəxanalarda bədən və ruhun harmoniyasına əsaslanan bu yanaşma institusionallaşıb və həmin müəssisələr mədəniyyətimizin mərhəmət ənənəsinin canlı nümunələridir.

O qeyd edib ki, Səlcuqlulardan Osmanlılara qədər uzanan Anadolu irsində müalicə sənət və mənəviyyatla sıx şəkildə bağlı olub. Musiqi ilə terapiya, ətirli çiçəklər, su hovuzları, quş səsləri və dini oxular xəstələrin şəfası üçün istifadə edilib. Fiziki məkanların özü belə bir şəfa mühitinə çevrilib.

Əminə Ərdoğan bu yanaşmanın ideya əsasını İbn Sinanın məşhur fikri ilə izah edib və müasir dövrdə materialist baxışın müalicəni yalnız performansa endirdiyini, insanın ruhi tərəfinin isə kənarda qaldığını bildirib.

O vurğulayıb ki, həkimlə xəstə yalnız müayinə otağında deyil, mənəvi mühitdə görüşür. Texnologiyanın imkanlarını insaniliklə birləşdirən yanaşmaların gələcək üçün vacib olduğunu deyən Əminə Ərdoğan, elm və sənətin eyni qəlbin iki yarısı olduğunu qeyd edib.

Sonda o bildirib ki, tibb elmi humanitar elmlərdən, sənətdən, ədəbiyyatdan və fəlsəfədən qidalandıqca yalnız xəstəlikləri deyil, insanı bir bütöv olaraq sağaldan öz mahiyyətini qoruyub saxlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri