Icma.az
close
up
RU
Elmar Baxşıyev də Cavid Cəlilovdan narazı qaldı

Elmar Baxşıyev də Cavid Cəlilovdan narazı qaldı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

24 sarı, 2 qırmızı vərəqə, 4 penalti...

Hesabat turunun intizam tədbirləri baxımından səliqəli alındığını demək olmaz. Elə baş məşqçilər arasında da narazı qalan tapıldı. Kurban Berdıyev komandası hələ ilk yarıda azlıqda qaldığına görə Kauan Martinsi qınadısa, Elmar Baxşıyev “Sumqayıt” – “Araz-Naxçıvan” oyununu idarə edən Cavid Cəlilovu göydən yerə vurdu. Maraqlı məqam odu ki, ötən tur da Qurban Qurbanov adı çəkilən hakimdən kəskin şəkildə narazılıq etmişdi. Görəsən, bütün məşqçilərin Cavid bəydən narazı qalması təsadüfdü, yoxsa idarəçiliyə verilən gerçək qiymət?!
Zirə - Qarabağ, RƏVAN HƏMZƏZADƏ
Rəvan Həmzəzadə ilə köməkçilərinin oyunu qüsursuz idarə etdiyini deyə bilərik. Sürətli və baxımlı arşılaşmada hakimlərin kənar müdaxiləsi görünmədi. Düzdü, bəzi xırda epizodlarda futbolçular Həmzəzadəyə narazılıq bildirirdi. Bunların birində “Zirə” topun “Qarabağ”ın futbolçularından çıxdığına işarə etsə də, yan xətt hakimi autu ağdamlıların atacağına işarə etdi. Digər narazılıq isə Toral Bayramovun sarı vərəqə aldığı epizodla bağlı idi. Amma bunların heç birisi oyunun gözəlliyinə və nəticəsinə kölgə salmadı. Belədə hakimlər briqadasının işini əla qiymətləndirmək mümkündü.
Kəpəz – Sabah, FƏRİD HACIYEV
Oyun gərgin və barışmaz mübarizə şəraitində keçdi. 4-cü dəqiqədə Xəyal Əliyevin qapıya yönəltdiyi top Rauf Hüseynlinin əlinə dəydi. Referi “nöqtə”ni göstərdi. 44-cü dəqiqədə Mikels üç rəqibdən sıyrılıb Şafrankoya ötürmə verdi. Slovakiyalı topu komanda yoldaşına qaytarsa da, Mikels “Kəpəz”in cərimə meydançasında yerdə qaldı. Fərid bəy yenə “nöqtə”ni göstərdi, ancaq VAR-a baxandan sonra qərarını dəyişdi. 58-ci dəqiqədə Noqeyra topu ələ keçirmək üçün pressinq edən Ardazişvilinin dabanına təmas edərək futbolçunu yerdə qoydu. Referi öncə oyunu davam etdirsə də, sonra VAR kamerasına yaxınlaşaraq epizodu yaxından izlədi. Və belədə həm “nöqtə”ni göstərdi, həm də Noqeyranı ikinci “sarı” ilə meydandan qovdu.
Turan Tovuz – Səbail, TURAL QURBANOV
Tovuz publikasının önündə sərt qərarlardan qətiyyən çəkinmədi. Madi Queta əks-hücuma çıxarkən Kauan Martins onun qarşısını kobudluqla aldı və meydandan qovuldu. Üstəlik referi qərarına edən etiraz edən Ruslan Abışova qırmızı, Yunis Hüseynova sarı vərəqə göstərdi. Oyunsonrası mətbuat konfransında Kurban Berdıyev idarəçilikdən narazılıq etməyibsə, deməli, hər şey qaydasındadı.
Neftçi – Şamaxı, RƏŞAD ƏHMƏDOV
“Şamaxı” nə qədər inadkar oyun sərgiləsə də, məğlubiyyətdən yaxa qurtara bilmədi. Və burda hansısa hakim ədalətsizliyindən söhbət gedə bilməz. Baxmayaraq ki, referi meydan sahiblərinə 1, qonaqlara 5 sarı vərəqə göstərdi. Axı şamaxılılar xüsusilə 2-ci hissədə yetərincə kobudluq etdi. Onlar günahı özündə axtarmalıdı. Rəşad bəyin idarəçiliyində qüsur axtarmağa dəyməz.
Sumqayıt – Araz-Naxçıvan, CAVİD CƏLİLOV
Elmar Baxşıyevin “80-ci dəqiqədə “Sumqayıt”ın qapısına penalti təyin edilməliydi” sözünə görə həmin vaxt yaşananları dəfələrlə incələməli oldum. Burda Slavik Alxasov iki dəfə bəxtini sınasa da, birincidə Mehdi Cənnətov, ikincidə Rövlan Muradov səddini keçə bilmir. Hər iki futbolçu məhz topa müdaxilə edərək təhlükəni sovuşdurur. Həm “kimyaçılar”, həm də naxçıvanlılar oyunboyu xeyli qayda pozuntusuna yol verdi və ədalət təmsilçisindən layiqli cəza aldı. Lakin Elmar bəyin “biz sarı vərəqə ilə üzləşirik, bəs rəqib?” ifadəsi də həqiqətdən uzaqdı. Axı hakim bu görüşdə 7 sarı vərəqə göstərib ki, üçü meydan sahiblərinin, dördü qonaqların payına düşüb. “Gənclik şəhəri”nin təmsilçisi daha çox cəza almalıydı? Yox, biz Cavid Cəlilovun tərəfkeşlik etdiyini düşünə bilmərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri