Icma.az
close
up
RU
Elmar Baxşıyev: Həmin qol sayılsaydı, oyunun gedişi fərqli olardı Müsahibə

Elmar Baxşıyev: Həmin qol sayılsaydı, oyunun gedişi fərqli olardı Müsahibə

Icma.az, Apasport saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ilk yarısını turnir cədvəlində ikinci pillədə başa vuran “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev apasport.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan” mövsümün ilk yarısını ikinci pillədə başa vurdu. Maraqlıdır, mövsümün ilk yarısında minimum hədəf nə idi? 
- Qarşıdan gələn bayramlar münasibəti ilə siz başda olmaqla, redaksiya əməkdaşlarınızı təbrik edirəm. Açığı, turnir cədvəli ilə bağlı heç vaxt hədəf müəyyənləşdirmirik. Yəni futbolçuya demirik ki, 3 və ya 5 turdan sonra 3-cü, 10 turdan sonra 2-ci pillədə olmalıyıq. Hər oyuna uyğun hədəf müəyyənləşdiririk. Yəni həftə ərzində məşq prosesində etdiklərimizi oyunda mənə qaytarın. Bunu etdikdə, nəticə də istədiyimiz kimi olacaq.

- Komandanız sonuncu turda "Qarabağ"a 0:2 hesabı ilə məğlub oldu. Həmin oyunda məğlubiyyət, sizcə, nə ilə əlaqəli idi? 
- “Qarabağ”ın gücü və heyəti müqayisəolunmazdır. Ancaq biz heç vaxt futbolçuya demirik ki, bu oyunu uduzmaq da olar. Sona qədər mübarizə aparmalıyıq. Qol vurduq, bəlkə də həmin qol sayılsaydı, oyunun gedişi fərqli olardı. “Qarabağ”ın qələbəsinə kölgə salmıram. Amma komandam da yaxşı oynadı.

- Həmin matçda Felipe Santosun vurduğu qola ofsayd qərarının verilməsinə çox narazı qalmışdınız. Yəqin ki, həmin epizoda artıq bir neçə dəfə baxmısız. Sizcə, orada hakim doğru qərar verir, yoxsa qolu qaydalar çərçivəsində vurmuşdunuz?
- Qaydaların yozumu çox dəyişib. Məsələn, “Sabah”la oyunda Felipeyə qarşı kontakt var idi, amma hakim bunu yüngül toxunuş kimi qiymətləndirdi və penaltı təyin etmədi. Bunu anlaya bilmədim: toxunuş varsa, nə yüngül, nə ağır? Toxunuşun gücü cəriməyə yox, cəzaya, yəni sarı və ya qırmızı vərəqə olmasına təsir edə bilər. Daha qərara təsir etməz. “Qarabağ”la oyunda da Ramon Maçado topa toxunmamışdı. Amma hakimin fikrincə, aktiv ofsayd idi... Artıq qaydaların yozumunu anlamaq çətindir.

- Ümumiyyətlə maraqlıdır, hakimlər "Araz-Naxçıvan"a qarşı çempionatın ilk yarısında təzyiq göstərdi? Yoxsa, hakimlikdən əziyyət çəkmədiyinizi düşünürsüz?
- Hakimlərlə bağlı danışmaq istəmirəm. Səhv bütün oyunlarda olur. Ümid edirəm ki, qərəzli deyil.

- Bəs, mövsümün ilk yarısında komandanızın ən baxımlı və ən razı qaldığınız oyun hansı idi? Bu cür xüsusi görüş var?
- Oyunları seçmirəm. Hər matçda qarşıya məqsəd qoyulur və uşaqlar ona çatmaq üçün mübarizə aparır. Bütün oyunlar maraqlı idi.

- Yəqin ki, qış transfer pəncərəsi önəmli olacaq. Bu qış komanda sizcə hansı mövqelərdə güclənməlidir? Baş məşqçi kimi sıxıntı çəkdiyiniz, daha çox güclənməli olduğunuz mövqə hansıdır?
- Gücləndirmək istədiyimiz mövqelər var. Xüsusilə, hücum xəttinə əlavə etmək istəyirik. Axtarışlar davam edir. Say artırmaq xatirinə transfer etmək istəmirik.

- Mövsümün gedişində daha diqqətçəkən məqam yəqin ki, Qara Qarayevin komandaya cəlb olunması və qısa zamanda kollektivə, oyununuza adaptasiya olması idi. Hətta "Turan Tovuz"la vacib görüşdə Santosa həlledici ötürməni də vermişdi. Orta xətdəki rəqabətin çox güclü olduğunu düşünürsüz? Çünki orada Vadim, Qara, Mustafa, Jatoba var..
- Əslində, bütün mövqelərdə güclü rəqabət olmalıdır. Bu tək komandanın yox, futbolçuların da xeyrinədir. Çünki arxayınlaşmırlar, nə də heç kim düşünmür ki, məndən başqası yoxdur, onsuz da oynayacam. Qara təcrübəli futbolçudur və bu cür oyunçunun kənarda qalması futbolumuz üçün də yaxşı deyildi.

- “Araz-Naxçıvan" mövsümün sonunda avrokuboklara böyük ehtimalla vəsiqə qazanacaq. Sizin üçün qışdan sonra hansı maneələr ola bilər? Hansısa təhlükə hiss edirsiz?
- Hələ mübarizə qarşıdadır. Çempionatın ən çətin dövrü başlayır. Daha doğrusu, mövsüm yeni başlayır. Qışda komandalar güclənəcək, yaxşı hazırlıq keçəcək. Biz də ansambldan geri qalmamalıyıq. Təhlükə hər zaman var. Əsas öz komandamın hazır olmasıdır.

"Beşiktaş" yeni prezidentini seçir - YENİLƏNİR Kyeza İtaliyaya qayıtmaq istəyir Fransa klubu "Zaqatala"nın futbolçusunu istəyir Emrelinin qolu Almaniyada ən yaxşı seçildi Ayyub Allaş: "Yaxşı şeylər olarsa, qayıtmaq olar"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri