Icma.az
close
up
RU
Elmar Baxşıyev: “Salonikidə bizi daha çətin oyun gözləyir” MÜSAHİBƏ

Elmar Baxşıyev: “Salonikidə bizi daha çətin oyun gözləyir” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi

– Konfrans Liqasında “Aris”lə ilk oyunda qaçırılan real qol imkanlarını nəzərə alsaq, 2:1 hesablı qələbə sizi tam qane etdi? Ən azı Hamidu Keyta təkbətək epizodu dəyərləndirsəydi, Yunanıstana rahat yollanardınız…

– Oyundan əvvəl də qeyd etmişdim ki, rəqibimiz təcrübəli futbolçulardan qurulub və onlar çalışacaqlar ki, bizi səhv etməyə məcbur eləsinlər. Ancaq bizim də oyunla bağlı tapşırığımız, yanaşmamız var idi. İstənilən halda qələbə qazanmaq istəyirdik. Əlbəttə, cavab oyunu olacağını nəzərə alsaq, fərqin çox olması xeyrimizə olacaqdı. Ancaq qaçırılan qol epizodları da matçın detallarıdır. Keyta bizdən də çox istəyirdi ki, həmin epizodu qolla tamamlasın. Alınmadı, bütün epizodları reallaşdırmaq mümkünsüzdür. Vacib olan futbolçuların meydanda gördüyü işdir. Onlar istədiklərimizi bizə qaytarmağa çalışdılar. Bu matç da göstərdi ki, möhkəm, xarakterli, mübariz komandamız var. Azarkeşlərə də təşəkkür edirik. Həqiqətən, bu oyunda bizə dəstək oldular, hətta qol buraxdığımız epizodda belə, bizi irəli səsləyirdilər. Bu da komandaya inamın göstəricisi idi.

– Start heyətdə 5 yeni legioner yer almışdı. Onların çıxışını necə qiymətləndirirsiniz?

– Bu futbolçuların hamısının oyununu izlədiyimizdən, nəyə qadir olduqlarını bilirdik. Ona görə də komandaya kömək edəcəklərinə şübhəmiz yoxdur. Sadəcə, bir qədər vaxt lazımdır. İstər-istəməz fərqli komandaya, ölkəyə gəliblər. Keyta və Andrade üçün bu, bəlkə də elə çətinlik yaratmırdı. Digərləri də tədricən uyğunlaşma prosesini keçirlər. Oyundan-oyuna daha yaxşı işlər görəcəyik. Komandamız daha baxımlı, mübariz futbol nümayiş etdirəcək. Kimisə xüsusi fərqləndirmək istəmirəm. Komanda olaraq yaxşı iş gördük. Səhvlərimiz də oldu, bu da qaçılmazdır.

– Hər iki qolu Nuno Rodrigesi meydana buraxandan sonra vurdunuz. Ondan ikinci hissədə yararlanmağı öncədən planlaşdırmışdınız, yoxsa oyunun gedişatına əsasən belə qərar verdiniz?

– Əvəzetmələri əvvəlcədən planlaşdırmaq mümkün deyil. Çünki oyunun gedişində hadisələrin hansı axarda olacağını, nələrin baş verəcəyini bilmirsən. Bunun zədələnmə, qırmızı vərəqə almaq ehtimalı var. Ona görə oyun zamanı hər kəsi diqqətdə saxlayırıq, kimin yorulduğunu, olduğu mövqedə nisbətən zəif təsir bağışladığını gördükdə ehtiyat qüvvədən istifadə edirik. Nunonun meydana daxil olması da zərurətdən yarandı. Razıyam ki, meydana daxil olduqdan sonra qolların vurulmasında yaxından iştirak etdi.

– Aydın məsələdir ki, cavab matçı daha çətin keçəcək. Taktiki planda bir dəyişiklik nəzərdə tutulub, yoxsa komanda Bakıda sərgilədiyi hücum futbolunu Salonikidə də təkrarlamağa çalışacaq?

– Hər oyunun öz hazırlıq planı, yanaşması var. Əlbəttə, bilirik ki, Salonikidə bizi daha çətin oyun gözləyir. Bura meydan, səfər yorğunluğu ilə yanaşı, azarkeş faktorunu da əlavə etməliyik. Ancaq qeyd etdiyim kimi, vacib olan komandamın hazırlığı, oyuna köklənməsidir. Rəhbərlik də komanda üçün lazım olan şəraiti yaradıb, səfərə 2 gün əvvəldən çıxacağıq. Heyətdə və taktiki planda hansı dəyişikliklər edəcəyik, bu, oyun günü açıqlanacaq.

– Razılaşmaya əsasən, “Aris”lə cavab matçından sonra İqor Ribeyro komandanızı tərk edərək “Neftçi”yə qoşulacaq. Növbəti mərhələyə adlayacağınız halda, onu daha 2 oyunluq saxlamaq üçün “Neftçi”yə müraciət edəcəksiniz?

– İndiki məqamda bu haqda düşünmürük. Fikrimiz “Aris”lə cavab oyununa hazırlığa yönəlib. Mərhələ keçdikdən sonra bu haqda rəhbərliklə danışmaq olar. Ancaq indi müraciət üçün tezdir.

– Ümumiyyətlə, Ribeyro komandanın əsas dirəklərindən sayılırdı. Belə bir futbolçunu saxlaya bilməməyiniz bir baş məşqçi kimi sizi məyus etmir? Son transferiniz Rahil Məmmədov onu layiqincə əvəzləyə biləcək?

– Yaxşı mərkəz müdafiəçisi tapmaq çətindir. İqor “Araz-Naxçıvan”da 2 mövsüm keçirib. Belə futbolçuya istənilən klub ehtiyac duyur. Ancaq elə alındı ki, onun keçidinə mane ola bilmədik. Rahil Məmmədova gəldikdə, tanıdığımız futbolçudur. İllərdir milli komandaya dəvət olunur, legioner həyatı yaşayıb. Ümid edirik ki, gəlişi ilə komandamıza kömək edəcək.

– Sizin məşqçi kimi üstün cəhətlərinizdən biri kollektiv daxilində mehriban ab-hava yaratmağınızdır. Futbolçuların hamısı xətrinizi çox istəyir, sizə böyük qardaşları kimi hörmət edirlər. Bunu necə bacarırsınız?

– Komanda futbolçular, məşqçilər və texniki heyət üçün ikinci ailədir. Bir ailələrinin, bir də komanda yoldaşlarının yanında daha çox vaxt keçirirlər. Əlbəttə, elə mühit yaratmaq lazımdır ki, futbolçu xoşbəxt olsun, qaçmasın, darıxmasın. Məşhur bir fikirdə deyildiyi kimi, “xoşbəxt o insandır ki, evdən işə, işdən evə tələsir”. Yaxşı nəticə istəyirsənsə, futbolçunun da xoşbəxt olmasına, özünü komandaya həsr etməsinə şərait yaratmalısan. Məşqçi – futbolçu münasibətləri qorunmaq şərti ilə, onlarla dost da oluruq, yoldaş da. Çalışırıq ki, hansısa problem yarananda birgə həll edək. Futbolçu bunu hiss edəndə səndən qaçmır, dərdini bölüşür, köməyini qəbul edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri