Icma.az
close
up
RU
Elmar Baxşıyev: Ona ehtiyacımız var MÜSAHİBƏ İdman və Biz

Elmar Baxşıyev: Ona ehtiyacımız var MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin Futbolxeber.az saytına müsahibəsi

- Artıq istirahət başa çatdı, məşqləri bərpa etdiniz. Fasilə müddətində dincələ, son 5 ayın stressini üzərinizdən ata bildiniz?
- Açığı, istirahət vaxtı özümüz barədə çox düşünmədik. Əsas odur ki, futbolçular bir qədər dincələ bilsinlər. Qısa müddətlik də olsa, futboldan uzaq qalsınlar. Ümid edirəm ki, bu fasilə müddəti oyunçulara müsbət təsir göstərəcək və mövsümün ikinci hissəsində daha yaxşı çıxış edəcəyik.

- Komandanı ilk məşqə çıxardınız. Futbolçularda ənənəvi artıq çəki problemi yoxdur?
- Xeyr, yaxşı vəziyyətdə gəliblər. Ümumi durum normaldır. Həm də fasilə çox deyildi. Üstəlik, hər birinə fasilə müddəti üçün xüsusi proqram vermişdik.

- Premyer Liqa klublarından məşqlərə ən gec başlayan iki komandadan biri “Araz-Naxçıvan” oldu. Niyə yanvarın 2-də, 3-də deyil, məhz 5-də hazırlığa start verdiniz? Üçüncü dövrənin yanvarın 17-də start götürəcəyini nəzərə alsaq, gec deyil?
- 2024-cü ildə çempionatda ən sonuncu oyun bizimki idi. Bu məqamı nəzərə aldıq. Üstəlik, legionerlərimizin çoxu Cənubi Amerikadandır. Onların da öz ölkələrinə gedib çıxmaları təxminən iki gün çəkir. Eləcə də geri qayıtmaları. Yəni onlar təxminən 4 gün yolda itirirlər. Bütün bu məqamları hesabladıq. Hər bir məsələni düşünmək məcburiyyətindəyik. Ona görə də hazırlığa gec başladığımızı düşünmürəm.

- Legionerlərdən söz düşmüşkən, bugünkü (söhbət dünən olub - İ.C.) məşqdə onlar gözə dəymədilər...
- Legionerlər komandaya sabahdan (bugündən - İ.C.) qoşulacaqlar. Yanvarın 6-dan tam heyətlə hazırlıq keçəcəyik. Ayın 7-dən isə təlim-məşq toplanışına yığışacağıq. Hazırlıq müddətində iki yoxlama oyunumuz da nəzərdə tutulub.

seeBaxış sayı:197
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri