Icma.az
close
up
RU
Elmar Baxşıyevə sual verdim ki, onu ehtiyatda oturtmaq üçün gətirmişik?

Elmar Baxşıyevə sual verdim ki, onu ehtiyatda oturtmaq üçün gətirmişik?

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Elmar Baxşıyevə sual verdim ki, onu ehtiyatda oturtmaq üçün gətirmişik?"

Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun Elmar Baxşıyevin "Araz Naxçıvan" klubundan istefaya göndərilməsi barədə danışıb. 

E.Baxşıyev 2025-ci ilin dekabrında vəzifəsindən azad olunub, onun yerinə ukraynalı Andrey Demçenko təyin edilib.

Həmçinin oxuyun: Zaur Axundov: “Kluba himayədarlığım sual altındadır, tək qalmışam”

"Araz Naxçıvan" klubunun faktiki sahibi olan Zaur Axundov QOL.az saytına müsahibəsində Baxşıyevlə bağlı məsələyə münasibət bildirərkən deyib: 

"Bu, futbolda olan hallardır. Elmar Baxşıyevlə aramızda hər hansı bir narazılıq yoxdur. Lakin belə qərara gəldik ki, Baxşıyevlə yollarımızı ayıraq. Bu, klubun daxilində olan məsələlərdir. Mən günahkar axtarmıram. Buna normal hal kimi yanaşıram. Bu məsələnin hələ də gündəmdə qalmasını da başa düşmürəm. Yenə də Elmar Baxşıyevə yaxşı mütəxəssis kimi baxıram. Futboldur, bəlkə gələcəkdə yenə də yollarımız kəsişə bilər. Lakin baş məşqçi məsələsi artıq qapanıb". 

Z.Axundov Elmar Baxşıyevin dövründə komandaya yaxşı əcnəbi futbolçular cəlb olunduğunu söyləyib:

"Bəli, yaxşı legionerlər gəldilər, lakin tutuzdura bilmədilər. Demçenkonun da qış fasiləsində komanda ilə birgə 10-12 gün vaxtı oldu. Bütün günahı məşqçilərin üzərinə atmaq olmaz. Düzdür, nəticə uğursuzdursa, bunda baş məşqçinin də payı var. Biz yayda heç bir futbolçunu baş məşqçinin razılığı olmadan transfer etməmişik. Hər bir futbolçuya Elmar Baxşıyev, Rasim Ramaldanov, Ceyhun Sultanov birgə baxıblar. Yəni hər biri baş məşqçinin istədiyi futbolçular idi. Lakin mən bu transferləri uğursuz sayıram. Demçenko Keytanı hər matçda oynadır, Elmar Baxşıyev isə ona şans vermirdi. Bir dəfə hətta ona sual verdim ki, biz pul verib Keytanı ehtiyatda oturtmaq üçün gətirmişik? Elə idisə, həmin pula 2-3 azərbaycanlı götürərdik, komandada püxtələşərdilər". 

Z.Axundovun sözlərinə gorə, heç bir transfer o vaxtkı baş məşqçinin razılığı olmadan reallaşdırılmayıb: "Məsələn, hazırda “Şamaxı”da əla çıxış edən Dioqo Balau, yaxud Karim Rossi daha əvvəl bizə təklif olunsa da, Elmar Baxşıyev onlardan imtina etmişdi. Halbuki bu gün hər ikisi “Şamaxı”da aparıcı futbolçulardır. Bunu deməkdə məqsədim odur ki, transferlər baş məşqçinin razılığı olmadan gerçəkləşməyib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Aprel 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri