Icma.az
close
up
RU
“Elmi Araşdırmalar” İctimai Birliyi unikal kitabın təqdimatını keçirdi

“Elmi Araşdırmalar” İctimai Birliyi unikal kitabın təqdimatını keçirdi

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndi dövlət səviyyəsində, ictimaiyyət arasında Qərbi Azərbaycan mövzusu ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib. Nəinki ölkə vətəndaşları, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız belə Qərbi Azərbaycan məsələsinə çox həssas yanaşırlar. Nəticəsi göz qabağındadır: Mənfur düşmən tərəfindən öz dədə-baba yurdundan didərgin salınan hər bir Qərbi azərbaycanlı mütləq öz doğma Vətənindəki yurd yerinə və ata ocağına qayıdacağını qəti şəkildə bəyan edir. Bu da onu deyir ki, Qərbi Azərbaycan mövzusu bütün xalqı səfərbər etmək gücünə malikdir. Bu önəmli mövzunun ana xəttini təşkil edən sözlər artıq xalqımızı vahid mövqe ətrafında birləşməyə, Qərbi azərbaycanlıları öz tarixi torpaqlarına qayıdışa səsləməyə qadir çağırış məfhumlarına çevrilib.

Son vaxtlar Qərbi Azərbaycanın ağrı-acılı tarixinə aid dərc olunan önəmli kitablar yuxarıda deyilən mövzunun aktuallığını getdikcə daha da artırır və əsil həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Belə önəmli əsərlərdən biri bu yaxınlarda işıq üzü görüb. Azərbaycan, ingilis, rus və erməni dillərində çap olunan foto-albom xarakterli bu yeni nəşrin müəllifi əslən İrəvandan olan tanınmış hərbi ekspert Telman Qasımovdur.

Turkustan.az bildirir ki, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri olan müəllifin ilk səhifələrində son iki yüz ildən bəri ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü surətdə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti, bu qədim torpaqlarımızın mənfur düşmən tərəfindən hissə-hissə işğal olunması, tarixi və mədəni abidələrimizin məhv edilməsi və ya erməniləşdirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin müxtəlif vaxtlardakı çıxışlarından gətirilmiş sitatların yer aldığı “İrəvan: Hər daşı tarix” adlı nəfis tərtibatlı və sanballı həmin əsərinin təqdimat mərasimi keçirilib.

Bir sıra tanınmış ziyalıların, millət vəkillərinin, media təmsilçilərinin, ictimai fəalların, siyasət adamlarının, elm və mədəniyyət xadimlərinin, eləcə də ölkəmizdəki Türkmənistan Səfirliyinin rəsmi nümayəndəsinin iştirakçıları olduğu bu tədbiri giriş sözü ilə açan müəllif qeyd edib ki,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ART PRİNT nəşriyyatında nəfis tərtibatda işıq üzü görən bu əsəri qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanın İrəvan şəhəri ərazisindəki xalqımıza məxsus maddi mədəniyyət nümunələrini — qədim tikililəri və tarixi yerləri, eləcə də müxtəlif sahələri və şəxsiyyətləri haqqında bir və ya bir-neçə görüntüdə maraqlı foto-şəkilləri, qısa məlumatları özündə əks etdirib.

“Araşdırmalarımın nəticəsi kimi foto-şəkillərin böyük bir hissəsini ilk dəfədir ki, bu foto-albomumda ictimaiyyətə təqdim edirəm. Tam əminəm ki, bunun əhəmiyyəti böyük olacaq. Əldə etdiyim bir sıra qiymətli məlumatlara görə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərlərinə və əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Düşmən tapdağında qalmış, erməni vandalizminə tuş gəlmiş Qərbi Azərbaycan abidələri haqqında ətraflı bəhs etməyim üçün mənə böyük köməkləri dəydi.

Ümumiyyətlə, bu əsərimin ərsəyə gəlməsində mənə köməyi dəyən hər kəsə, eləcə də elmi redaktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə xanım Əhmədovaya, elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Həsənoğluya, redaktoru Elnur İrəvanlıya (Mehdiyev) və qrafika dəstəkçisi Elbrus Məmmədova öz dərin təşəkkürümü çatdırıram” — Telman Qasımov bildirib.

Təqdim olunan bu foto-albomla bağlı tədbirdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov, millət vəkili Azər Allahverənov və digər natiqlər öz çıxışlarında təəssüflə onu qeyd ediblər ki, erməni vandalları Ermənistan ərazisində yerləşən və xalqımıza məxsus qədim yaşayış məskənlərinin qalıqlarını, qala, saray və qəsrləri, karvansara, körpü və dini məbədləri dünya ictimaiyyətinə “erməni abidələri” kimi təqdim ediblər. Bu abidələr tədqiqatçılarımız tərəfindən vaxtında öyrənilməyib deyə, həmin əraziyə gəlmə ermənilər bundan sui-istifadə edərək, çoxdan onları erməniləşdirməyə çalışıblar.

Kitab barəsində təəssüratlarını bölüşərək, əhəmiyyətindən ətraflı danışan natiqlər öz çıxışlarında Telman Qasımovun ərsəyə gətirdiyi bu qiymətli əsərini bu boşluğu doldurmaq baxımından mühüm addım kimi dəyərləndiriblər.

Tədbirin sonunda iştirakçılar kitab müəllifi ilə xatirə şəkli çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri