Icma.az
close
up
RU
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi Yasamalda tədbir keçirdi

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi Yasamalda tədbir keçirdi

Icma.az, Adelet.az saytına istinadən bildirir.

22 avqust 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi tərəfindən həyata keçirilən “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” layihəsi çərçivəsində tədbir keçirilib. 

Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova, Xocalı sakini Aydan Hüseynova, Yasamal rayon 53 və 21 saylı tam orta məktəblərin müəllimləri, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, məcburi köçkün ailələri və uşaqlar iştirak ediblər.

Öncə tədbir iştirakçıları Mərkəzin ekspozisiya bölməsində Ulu Öndərin büstünü ziyarət etdilər. Mərkəzin bələdçisi tərəfindən qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsini əks etdirən eksponatlar haqqında məlumat verildi. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva açaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində işğaldan azad olunmuş torpaqlara böyük qayıdış prosesi başlayıb. Bu qayıdış təkcə torpaqlarımıza dönüş deyil, həm də xalqımızın mənəvi birliyinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir. Bu prosesdə qadınların və uşaqların rolu və onlara göstərilən dəstək xüsusi önəm daşıyır. Çünki qadın ailənin dayağı, uşaqlar isə gələcəyimizin təminatıdır.

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” layihəsi çərçivəsində 4 tədbirin keçirildiyini bildirib. Onun sözlərinə görə, tədbirlər Xocalı və Bakıda həyata keçirilib və bu tədbirlərdə Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq həyata keçirilən işlər, işğaldan azad olunan ərazilərdə vətəndaşların və xüsusən də qadın və uşaqların sosial durumları ilə bağlı atılan addımlardan danışılıb: "Dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qadınlar və uşaqlar həmin bölgələrdə layiqli yaşayış mühitinə qovuşacaq, gələcək nəsillərin firavan həyatı üçün möhkəm zəmin formalaşacaqdır".

A.Hüseynova onu da qeyd edib ki, layihə çərçivəsində 3 TV verlişin hazırlanması da planlaşdırılıb ki, bu kimi addım atmaqla layihənin əhatə dairəsi  daha da genişləndiriləcək. Hazırlanan verlişlər sosial platformalarda geniş yayımlanacaq. 

Tədbirdə çıxış edən qonaqlar və məcburi köçkün ailələrin nümayəndələri öz doğma torpaqlarına qayıtmaq, bu torpaqlarda yaşamaq arzularını tədbir iştirakçıları ilə bölüşdülər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri