Davamlı Elmi Sosial İnkişaf İctimai Birliyi Ağdam rayonunda tədbir keçirib
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
"Davamlı Elmi-Sosial İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial iqtisadi dirçəlişdə qadın izi" layihəsi çərçivəsində növbəti tədbirini fəaliyyət proqramına uyğun olaraq bu dəfə Ağdam rayonunda həyata keçirdi.
Tədbiri giriş sözü ilə açan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qeyd edib ki, qadınların iqtisadi fəallığı yalnız onların şəxsi gəlirlərinin artması demək deyil. Bu proses ailənin sosial rifahına, uşaqların təhsil imkanlarına, yaşayış səviyyəsinin yüksəlməsinə və bütövlükdə icmanın iqtisadi potensialının artmasına təsir göstərir. Öz biznesini quran, peşə bacarıqlarını inkişaf etdirən və əmək bazarında fəal iştirak edən qadın həm özünün, həm də ətrafındakı insanların gələcəyinə investisiya qoyur.
“Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyinin sədri Reyhanə Hacıyeva müasir dövrdə rəqəmsal bacarıqların qadınların iqtisadi imkanlarının genişləndirilməsində mühüm rol oynadığını bildirməklə, onlayn satış, rəqəmsal marketinq, sosial media vasitəsilə məhsulların tanıdılması və məsafədən iş imkanları qadınlara yeni gəlir mənbələri qazandırılması istiqamətində təqdimatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sosial iqtisadi dirçəliş uzunmüddətli və kollektiv prosesdir. Bu prosesdə qadınların potensialından tam istifadə olunması cəmiyyətin inkişaf imkanlarını daha da genişləndirir.
Daha sonra “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva çıxışında bildirib ki, müasir dövrdə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması böyük əhəmiyyət daşıyır. Ana olaraq yetişdirdiyi nəsil, müəllim olaraq formalaşdırdığı şəxsiyyətlər, həkim olaraq qoruduğu həyat, alim olaraq qazandırdığı yeniliklər və rəhbər olaraq verdiyi qərarlar cəmiyyətin gələcəyinə təsir göstərir.
Çıxışında diqqəti təhsilə çəkən “Soyqırım Həqiqətlətinin Tanıdılması İctimai Birliyin sədri Ayşən Fəxrəddin qızı isə qeyd edib ki, təhsil qadınların sosial və iqtisadi imkanlarının genişlənməsində əsas vasitələrdən biridir. Qadınların keyfiyyətli təhsil alması onların əmək bazarında daha fəal iştirak etməsinə, peşə və karyera imkanlarının artmasına şərait yaradır.
Maraqlı təşəbbüslər və sual-cavab müzakirəsi ilə yekunlaşan tədbirdə iştirak edən sahibkar xanımlara layihə rəhbəri Reyhanə Hacıyeva tərəfindən hədiyyələr və ssertifikatlar təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















