Icma.az
close
up
RU
Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Planetimizin Günəş ətrafında hərəkəti ili, Ayın fazaları isə ay anlayışını formalaşdırdığı halda, həyatımızın mərkəzində yer alan yeddi günlük həftə sistemi göy cisimlərində konkret qarşılığa malik deyil. Fəsillər dəyişir, aylar sona çatır, lakin təqvimlərdə yeddi rəqəminin bu qədər hakim olması tamamilə insan düşüncəsinin və tarixin məhsuludur.
Demokrat.az
xəbər verir ki, riyazi baxımdan nə ayı tam bölən, nə də illə uyğunlaşan bu dövr min illərdir qlobal ritm kimi mövcudluğunu qoruyur. Müasir insanın həftəlik iş və istirahət rejimi əslində təbiətin deyil, qədim sivilizasiyaların bizə miras qoyduğu sistemin nəticəsidir.
Həftənin mənşəyini anlamaq üçün diqqəti Qədim Mesopotamiyaya yönəltmək lazımdır. Bir çox qədim mədəniyyət onluq sistemləri sınaqdan keçirsə də, babillilər və assuriyalılar göydə çılpaq gözlə görünən yeddi hərəkətli səma cismini müqəddəs hesab edirdilər. Günəş, Ay və həmin dövrdə məlum olan beş planet bu yeddi günlük sistemin əsasını təşkil edirdi. Hər ayın yeddinci gününü "sapattu” adlandıran babillilər bu gün Şənbə və ya "Şabat” kimi tanınan anlayışların təməlini qoymuş oldular. Bu inanc sistemi yəhudilik, xristianlıq və islam vasitəsilə yayılaraq dünyanın ortaq zaman ölçüsünə çevrildi.
On günlük həftələrdən astek təqvimlərinə qədər fərqli təcrübələr
Dünyanın hər yerində zaman anlayışı həmişə yeddi günlük ritmlə formalaşmayıb. Roma imperiyasının çatmadığı bölgələrdə tamamilə fərqli zaman sistemləri mövcud idi. Qədim Çində on günlük həftələr uzun müddət istifadə olunarkən, Mərkəzi Amerikanın qədim xalqları olan asteklər və mayalar "trecena” adlanan 13 günlük dövrlərə inanırdılar. Yavada beş günlük, xristianlıqdan əvvəlki Romada isə səkkiz günlük həftələr gündəlik həyatı tənzimləyirdi. Ən mürəkkəb sistemlərdən biri isə on fərqli həftə uzunluğunun iç-içə keçdiyi ənənəvi Bali təqvimi idi. Bu gün yeddi rəqəminin qələbəsi əslində dini və tarixi yayılmanın nəticəsi hesab olunur.
Tarix boyunca həftəni daha "məntiqli” və onluq sistemə uyğun etmək istəyənlər də olub. 1790-cı illərdə Fransa inqilabından sonra hər şeyin sistemli olması məqsədilə on günlük həftələrdən ibarət təqvim tətbiq edildi. Hətta bu sistemdə bir gün on saata, bir saat isə yüz dəqiqəyə bölünürdü. Napoleonun ailəsinə qədər təsir edən bu radikal dəyişiklik cəmiyyət tərəfindən qəbul edilmədi. İnsanlığın min illərlə formalaşmış vərdişlərini dəyişmək o qədər çətin idi ki, riyazi baxımdan "mükəmməl” görünən bu təqvim cəmi bir neçə ay ərzində tarixə qovuşdu.
Bu gün bazar ertəsi sindromu yaşayarkən və ya həftəsonunu səbirsizliklə gözləyərkən, əslində qədim babillilərin səmanı müşahidə edərək başlatdığı ritmin bir hissəsiyik. Təbiətdə heç bir konkret qarşılığı olmayan bu yeddi günlük dövr insan yaddaşına o qədər dərindən həkk olunub ki, onu dəyişdirmək demək olar mümkünsüzdür. Ola bilsin ki, gələcəkdə başqa planetlərdə koloniyalar qurulduqda zaman fərqli rəqəmlərlə ölçülsün, lakin o vaxta qədər təqvimlərdəki yeddi rəqəminin hökmü davam edəcək.
Jalə
Demokat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 May 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri