Icma.az
close
up
RU
Siyasi etimad elmi araşdırmaların əsası kimi

Siyasi etimad elmi araşdırmaların əsası kimi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mehman Həsənli: Azərbaycan-Qırğızıstan ədəbi və mədəni əlaqələri Türk dünyasının birliyinə mühüm töhfə verir

Bakı, 2 sentyabr AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikri Türk dünyası ilə əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli AZƏRTAC-a aşıqlamasında bildirib ki, əgər yüz il əvvəl Bakı Birinci Türkoloji Qurultayın keçirildiyi məkan kimi Türk dünyasının elmi-mədəni tarixində mühüm rol oynamışdısa, yüz il sonra Azərbaycan və Bakı yeni formatda Türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımlar atmaqdadır. Prezidentin Qırğızıstana son səfəri və səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” Türk dünyasının birliyi və dövlətlərarası münasibətlərin yeni səviyyəyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Qırğızıstan arasında elmi və ədəbi əlaqələrin də zəngin tarixi var. Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrinin formalaşmasında “Manas” və Çingiz Aytmatov fenomenləri mühüm rol oynayıb. Hələ 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyi qeyd edilərkən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev həmin mərasimdə iştirak edib və “Manas”ı ortaq tarixi keçmişin möhtəşəm abidəsi kimi yüksək qiymətləndirib. Heydər Əliyev böyük qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına və irsinə də xüsusi dəyər verib, yazıçı ilə həm sovet dövründə, həm də müstəqillik illərində dəfələrlə görüşüb.

Azərbaycan-Qırğızıstan ədəbi-mədəni əlaqələrinin yüksək səviyyəsinin daha bir mühüm göstəricisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çingiz Aytmatov irsinə verdiyi böyük dəyərdir. 2008-ci ildə böyük yazıçının 80 illik yubileyinin ilk dəfə məhz Bakıda keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Çingiz Aytmatova bir nömrəli “Dostluq” ordeninin təqdim edilməsi iki ölkə və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin mühüm rəmzinə çevrilib. Bu ənənənin davamı olaraq, 2025-ci il noyabrın 5-də Ala-Arça Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi Azərbaycan-Qırğızıstan münasibətlərinin, xüsusilə də xalqlarımızın ortaq ədəbi-mədəni dəyərlərinə əsaslanan dostluq və qarşılıqlı ehtiramın yüksək səviyyəsinin ifadəsi kimi qiymətləndirilə bilər. Yazıçının adını daşıyan bu ali dövlət təltifinin Azərbaycan Prezidentinə təqdim edilməsi Çingiz Aytmatov şəxsiyyətinin və irsinin iki qardaş xalqı birləşdirən mənəvi körpü olduğunu bir daha nümayiş etdirir.

Çingiz Aytmatovun ədəbi irsinə göstərilən bu yüksək dövlət səviyyəli ehtiram, eyni zamanda, onun yaradıcılığının Azərbaycan-Qırğızıstan münasibətlərində mühüm humanitar və mənəvi amilə çevrildiyini göstərir. Aytmatovun əsərlərində ifadə olunan insanlıq, milli yaddaş, tarixi məsuliyyət, mənəvi dəyərlər və türk dünyasının ortaq mədəni kodları bu gün də xalqlarımız arasında qarşılıqlı anlaşma və yaxınlaşmanın mühüm əsaslarından biri olaraq qalır.

Müxbir - Tünzalə Arazlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see266

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see222

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see216

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see208

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see205

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see204

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see204

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see204

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see202

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see199

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see195

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see195

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see194

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see193

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see192

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see185

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see181

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see180

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see179

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri