Elmi sensasiya: Şişi məhv edən 2 maddə tapıldı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Elmlər Akademiyasının alimləri dəniz xiyarında (qoloturiya) əvvəllər elmə məlum olmayan iki maddə tapıblar.
KONKRET.az Bakupost-a istinadən xəbər verir ki, alimlər kəşfin xərçəngin müalicəsində istifadə edilə biləcəyinə inanırlar.
Daha çox dəniz xiyarı kimi tanınan sualtı onurğasızlar özlərini qorumaq üçün xüsusi toksinlərdən istifadə edirlər.
A və B adlı yeni maddələr selektiv sitotoksik aktivliyi ilə alimləri heyran edib. Təcrübələr göstərib ki, onlar ən aqressiv və müalicəsi çətin olan üçqat mənfi döş xərçəngi də daxil olmaqla, bir neçə döş xərçənginə qarşı təsirlidir.
Alimlər daha dəqiq hüceyrə təhlili üçün fotoproteinin effektivliyini artırıblar.
Nəticədə kəşf edilmiş maddə bədənə ciddi zərər vermədən şişin hədəflənmiş şəkildə məhv edilməsini asanlaşdırır.
Tədqiqatlar göstərir ki, maddələr dərhal toksit təsir göstərərək, xərçəng hüceyrələrinin çoxalmasını uzun müddətə bloklayır. Maddənin çox az miqdarı belə şişin böyüməsi və yayılmasına mane olur.
Qeyd edək ki, Uzaq Şərq alimləri 1970-ci illərdən bəri dəniz xiyarının bu növünü öyrənirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 01 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















