Icma.az
close
up
RU
Elmi və ictimai fəaliyyətin işığında ŞƏRH

Elmi və ictimai fəaliyyətin işığında ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Tarix yalnız hadisələrlə deyil, həm də şəxsiyyətlərlə yazılır. Elə şəxsiyyətlər var ki, onların ömür yolu bir xalqın taleyinə işıq salır, gələcək nəsillərə istiqamət verir. Akademik Zərifə Əliyeva məhz belə nadir simalardandır. Onun həyatı elmə sədaqətin, insana sevginin və vətənə xidmətin kamil vəhdətidir. 15 aprel – bu böyük alim və ziyalının anım günü – təkcə bir xatirə günü deyil, həm də yüksək mənəvi dəyərlərin yenidən dərk edildiyi əlamətdar bir tarixdir.

1923-cü ilin baharında Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Zərifə Əliyeva, uşaqlıqdan zəhmətə, biliyə və məsuliyyətə alışmışdı. Onun formalaşdığı mühit, ailə tərbiyəsi və dövrün çətinlikləri gələcəkdə böyük alim və güclü xarakter sahibi kimi yetişməsində mühüm rol oynadı. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı təhsil isə insanlara xidmətlə onun həyatının əsas istiqamətini müəyyənləşdirdi. Zərifə Əliyevanın peşəkar fəaliyyəti sadəcə həkimliklə məhdudlaşmadı. O, tibbi elmin ən mürəkkəb sahələrindən biri olan oftalmologiyada yeni yanaşmalar formalaşdırdı. Xüsusilə traxoma kimi geniş yayılmış və ağır nəticələrə səbəb olan xəstəliyə qarşı apardığı mübarizə onu xalqın xilaskar həkimlərindən birinə çevirdi. O dövrdə bu xəstəlik minlərlə insanın görmə qabiliyyətini itirməsinə səbəb olurdu. Zərifə xanım isə yalnız diaqnoz qoyan həkim deyildi. O, problemin kökünə enən alim, insan talelərinə həssas yanaşan bir ziyalı idi. Zərifə xanım Azərbaycanın bölgələrini qarış-qarış gəzərək xəstəlik ocaqlarını araşdırır, həkimlərə məruzələr oxuyur, əhali arasında maarifləndirmə işləri aparırdı. Onun təklif etdiyi müalicə üsulları və profilaktik tədbirlər nəticəsində traxoma kimi təhlükəli xəstəlik ölkəmizdə demək olar ki, aradan qaldırıldı. Bu, yalnız tibbi uğur deyil, həm də sosial əhəmiyyətli bir qələbə idi. Zərifə Əliyevanın elmi maraqları geniş üfüqləri əhatə edirdi. Qlaukoma, görmə orqanının iltihabi və virus xəstəlikləri, peşə patologiyası kimi mühüm istiqamətlərdə apardığı tədqiqatlar onun elmi nüfuzunu daha da artırdı. Xüsusilə kimya və sənaye sahəsində çalışan işçilərin görmə sağlamlığı ilə bağlı araşdırmaları dövrü üçün yenilikçi və mühüm idi. Bu sahədə müdafiə etdiyi doktorluq dissertasiyası beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Alimin zəngin elmi irsi bu gün də aktuallığını qoruyur. 150-yə yaxın elmi əsər, 12 monoqrafiya, dərsliklər və metodik vəsaitlər – bütün bunlar Zərifə Əliyevanın elmi dünyaya bəxş etdiyi qiymətli töhfələrdir. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi”, “Göz sulanmasının fiziologiyası” kimi əsərləri yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da geniş istifadə olunur.

Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də böyük müəllim kimi yadda qalmışdır. Onun rəhbərliyi altında yetişən gənc həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayırlar. O, tələbələrinə yalnız tibbi biliklər öyrətmir, eyni zamanda insanlara sevgi, peşəyə məsuliyyət və vicdanla xidmət etməyi aşılayırdı. Onun ictimai fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Zərifə Əliyeva müxtəlif elmi və ictimai qurumlarda fəal iştirak etmiş, səhiyyənin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış etmişdir. Onun fəaliyyəti dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilmiş, o, bir sıra orden və medallara layiq görülmüşdür. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülməsi onun elmi fəaliyyətinə verilən ən yüksək qiymətlərdən biri idi. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə onun adını ölkə elminin ən yüksək zirvəsinə yazdı. Zərifə Əliyevanın həyatı yalnız uğurlarla deyil, həm də böyük mənəvi zənginliklə yadda qalmışdır. O, sadə, səmimi, qayğıkeş insan idi. Onun üçün insanın dərdinə şərik olmaq, ona ümid vermək ən ali dəyər idi. “Həkim insanın ən doğma adamıdır” fikri onun həyat prinsipinin ən dolğun ifadəsidir.

1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyeva, cismani olaraq bu dünyadan ayrılsa da, onun adı, irsi və xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Bu gün onun adını daşıyan tibb müəssisələri, onun ideyalarını davam etdirən həkimlər və alimlər bu böyük mirası yaşadır.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında dərin ehtiramla belə deyirdi: “O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”. “Zərifə xanım Azərbaycan qadınının ən ali mənəvi keyfiyyətlərini özündə birləşdirən nadir şəxsiyyət idi”. “Onun ailəmizdə yaratdığı mənəvi mühit mənim həyatımda böyük rol oynayıb”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə anası haqqında xatirələrində xüsusi səmimiyyətlə qeyd edir ki, Zərifə xanımın həyat fəlsəfəsinin əsasında uşaqlıqdan gələn saf duyğular, xeyirxahlıq və insanlara bağlılıq dayanırdı. Onun sözlərinə görə, Zərifə Əliyeva ömrünün son anlarına qədər mənəvi gücünü itirməmiş, həyatın faniliyini dərk edərək yaxşılığın əbədi olduğunu qəbul etmişdi. Cənab Prezident İlham Əliyev vurğulayır ki, o, yalnız görkəmli alim deyil, həm də övladlarını yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edən fədakar ana idi və bu xüsusiyyətləri ilə hər zaman nümunə olaraq qalır.

Akademik Zərifə Əliyevanın ömür yolu bir daha sübut edir ki, əsl böyüklük yalnız əldə olunan nailiyyətlərdə deyil, insanlara bəxş olunan nurda, qoyulan izdədir. Onun adı Azərbaycan tarixində daim yaşayacaq, elmi və mənəvi irsi isə gələcək nəsillərə yol göstərəcəkdir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri