Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Tarixi mədəni köklər elmi araşdırmalar işığında

Tarixi mədəni köklər elmi araşdırmalar işığında

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qeyri-maddi mədəni irsin qorunması sahəsində elm–vətəndaş cəmiyyəti işbirliyi yeni perspektivlər qazanır

Azərbaycan və Türkiyənin ortaq tarixi-mədəni irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən beynəlxalq elmi təşəbbüslər qardaş ölkələr arasında mədəni-humanitar əməkdaşlığın inkişafına önəmli töhfələr verir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycanda türk mədəniyyətinin ən qədim izlərinin müəyyənləşdirilməsi” adlı ikiillik beynəlxalq elmi layihə xüsusi əhəmiyyət daşıyır.
Layihədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent, “Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Aynur İbrahimovanın iştirakı elmi tədqiqatların mədəni irsin qorunmasına yönəlmiş ictimai təşəbbüslərlə əlaqələndirilməsi baxımından da diqqətəlayiqdir.

Layihənin əsas məqsədi Azərbaycan və Türkiyə ərazilərində türk mədəniyyətinin qədim izlərini müəyyənləşdirmək, mövcud elmi bilgiləri sistemləşdirmək, yeni sahə materialları toplamaq, maddi və qeyri-maddi mədəni irs örnəklərini tarix, arxeologiya, etnoqrafiya, coğrafiya və folklorşünaslıq istiqamətləri üzrə kompleks və müqayisəli şəkildə araşdırmaqdır.

Belə multidissiplinar yanaşma ortaq mədəni irsin həm tarixi abidələr və maddi örnəklər əsasında, həm də xalq yaddaşında yaşayan mənəvi dəyərlər, şifahi ənənələr və mədəni təcrübələr kontekstində öyrənilməsinə imkan yaradır.

Layihənin təqdimat seminarı Samsun şəhərində, 19 Mayıs Universitetinin ev sahibliyi ilə keçirilib. Seminarda layihənin elmi konsepsiyası, tədqiqat vəzifələri, metodoloji yanaşmaları və nəzərdə tutulan sahə araşdırmaları müzakirə olunub.

Layihəyə Türkiyə tərəfindən 19 Mayıs Universitetinin professoru İbrahim Tellioğlu, Azərbaycan tərəfindən isə AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova rəhbərlik edir.

Beynəlxalq tədqiqat qrupuna professor Muhammet Bahadır, dosent Okay Pəkşen, Atatürk Universitetinin professoru Yasin Topaloğlu və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova daxildir.

Layihənin önəmli xüsusiyyətlərindən biri müxtəlif elm sahələrinin imkanlarını birləşdirərək qədim türk mədəniyyətinin izlərini qarşılıqlı əlaqədə araşdırmasıdır. Bu yanaşma elmi nəticələrin daha geniş tarixi-mədəni kontekstdə qiymətləndirilməsinə, ortaq irsin çoxşaxəli xüsusiyyətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Təqdimat seminarında çıxış edən Aynur İbrahimova qədim türk mədəniyyətinin izlərinin araşdırılmasında folklor materiallarının elmi əhəmiyyətini önə çəkib.
Alimin elmi yanaşmasına görə, arxeoloji abidələrin, qayaüstü təsvirlərin, qədim yaşayış məskənlərinin və digər maddi mədəniyyət örnəklərinin öyrənilməsi xalqın kollektiv yaddaşında qorunan bilgilər, şifahi ənənələr və ənənəvi dünyagörüşü ilə qarşılıqlı əlaqədə aparılmalıdır.

Miflər, əfsanələr, rəvayətlər, xalq inancları, mərasimlər, toponimik bilgilər və ənənəvi biliklər tarixi-mədəni məkanların xalq yaddaşında necə yaşadığını, mədəni dəyərlərin nəsillər arasında hansı vasitələrlə ötürüldüyünü müəyyənləşdirmək baxımından mühüm qaynaqlardır.
Bu materialların arxeoloji və etnoqrafik bilgilərlə müqayisəli incələnməsi maddi irsin daha geniş tarixi-mədəni kontekstdə şərhinə imkan verir.
Belə yanaşma qeyri-maddi mədəni irsin həm qorunmalı mənəvi sərvət, həm də tarixi yaddaşın, mədəni davamlılığın və kollektiv kimliyin öyrənilməsi üçün önəmli elmi qaynaq olduğunu göstərir.
Eyni zamanda, folklor materiallarının sistemli toplanması və sənədləşdirilməsi onların gələcək nəsillərə ötürülməsi, elmi dövriyyəyə daxil edilməsi və ictimaiyyət arasında tanıdılması baxımından da mühümdür.

Layihənin Türkiyə mərhələsi 26 avqust – 25 sentyabr 2026-cı il tarixlərində həyata keçirilib. Samsun, Ordu, Rizə, Artvin, Qars, Ərzurum, Ərzincan və Ankara istiqamətlərini əhatə edən tədqiqatlar zamanı arxeoloji, tarixi-mədəni abidələr araşdırılıb, maddi irs örnəkləri sənədləşdirilib və folklor materialları toplanıb.

Sahə araşdırmaları çərçivəsində qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, kurqanlar, balballar, daş heykəllər, qədim simvollar və damğalar öyrənilib. Bununla yanaşı, yerli əhalinin yaddaşında qorunan şifahi ənənələrə, mərasimlərə və tarixi hadisələrlə bağlı folklor materiallarına xüsusi diqqət yetirilib.

Rizə bölgəsində mövsümi rituallarla bağlı folklor materiallarının, Qarsda köç yaddaşını əks etdirən şifahi bilgilərin, Ərzincanın Eğin (Kamaliyə) bölgəsində isə bayatı örnəklərinin toplanması maddi və qeyri-maddi mədəni irsin qarşılıqlı əlaqədə araşdırılmasının əhəmiyyətini nümayiş etdirir.
Bu tədqiqatlar həm də onu göstərir ki, tarixi-mədəni irsin qorunmasında yerli icmaların, ənənə daşıyıcılarının və xalq yaddaşının rolu əvəzsizdir. Elmi araşdırmaların icmalarla qarşılıqlı əlaqədə aparılması mədəni irsin yaşadılması və ictimai dəyərinin artırılmasına da xidmət edə bilər.

Layihənin növbəti mərhələsində Azərbaycanın Qobustan, Şamaxı, Şəki, Qəbələ, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı, Qarabağ və Naxçıvan bölgələrində sahə tədqiqatlarının davam etdirilməsi nəzərdə tutulur.

Çağdaş dövrdə qeyri-maddi mədəni irsin qorunması yalnız elmi tədqiqat və dövlət mühafizəsi tədbirləri ilə məhdudlaşmır. Bu sahədə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə mədəniyyət və irs məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı getdikcə daha böyük önəm qazanır.

QHT-lər elmi biliklərlə ictimai ehtiyaclar arasında əlaqələndirici rol oynamaq, yerli icmaları mədəni irsin qorunmasına cəlb etmək, maarifləndirmə təşəbbüsləri həyata keçirmək və ənənəvi biliklərin nəsillərarası ötürülməsini təşviq etmək imkanlarına malikdir.

Bu baxımdan “Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Aynur İbrahimovanın AMEA–TÜBİTAK beynəlxalq elmi layihəsində iştirakı xüsusi maraq doğurur.
Onun folklorşünaslıq sahəsində elmi fəaliyyəti ilə ictimai birliyin mədəni irsin qorunmasına yönəlmiş missiyası arasında məzmun və məqsəd baxımından mühüm uyğunluq mövcuddur.
Beynəlxalq elmi tədqiqatlarda əldə olunan bilik və təcrübə gələcəkdə QHT sektorunda mədəni irsin sənədləşdirilməsi, ənənəvi bilik və bacarıqların tanıdılması, yerli icmaların iştirakı ilə maarifləndirici proqramların hazırlanması və beynəlxalq ictimai işbirliyinin genişləndirilməsi üçün faydalı imkanlar yarada bilər.

Xüsusilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan folklor örnəklərinin, mərasim ənənələrinin, şifahi xalq yaradıcılığının və digər qeyri-maddi irs elementlərinin müəyyənləşdirilməsi, onların çağdaş sənədləşdirmə üsulları ilə qeydə alınması, gənclərin bu prosesə cəlb edilməsi ictimai təşəbbüslərin perspektivli istiqamətləri kimi dəyərləndirilə bilər.
Bu kontekstdə elm–QHT əməkdaşlığının inkişafı mədəni irsin qorunması sahəsində ictimai iştirakçılığın gücləndirilməsi, elmi nəticələrin daha geniş auditoriyaya çatdırılması və mədəni dəyərlərin yaşadılması baxımından önəm kəsb edir.

“Bir millət, iki dövlət” anlayışı Azərbaycan və Türkiyə arasında tarixi, dil, mədəniyyət və mənəvi yaxınlığın ifadəsi kimi xüsusi anlam daşıyır. Bu yaxınlığın tarixi-mədəni əsaslarının elmi araşdırmalar vasitəsilə öyrənilməsi ortaq yaddaşın daha dolğun dərk olunmasına, mədəni irsin sənədləşdirilməsinə və elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Sözügedən layihə iki ölkənin elm ocaqları arasında işbirliyinin inkişafı ilə yanaşı, ortaq mədəni dəyərlərin elmi əsaslarla araşdırılması və mədəni diplomatiyanın məzmun etibarilə zənginləşdirilməsi baxımından da əhəmiyyətlidir.
Layihə çərçivəsində Türkiyənin elmi və ali təhsil ocaqlarının nümayəndələri ilə görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək birgə tədqiqat təşəbbüsləri müzakirə olunub. Azərbaycanın Türkiyədəki Səfirliyində keçirilən görüşdə də layihənin elmi istiqamətləri və ikitərəfli işbirliyinin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Bu cür təşəbbüslər akademik əlaqələrin genişlənməsi ilə yanaşı, elm ocaqları, mədəniyyət qurumları və vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək tərəfdaşlıqlar üçün də əlverişli zəmin yaradır.

Ortaq mədəni irsin qorunması sahəsində Azərbaycan və Türkiyə QHT-ləri arasında təcrübə mübadiləsinin, birgə maarifləndirmə təşəbbüslərinin və icma əsaslı layihələrin təşviqi bu işbirliyinin ictimai müstəvidə inkişafı üçün perspektivli istiqamətlərdəndir.

Azərbaycan və Türkiyənin ortaq tarixi-mədəni irsinin araşdırılmasına yönəlmiş beynəlxalq layihə yeni elmi materialların toplanması, qədim mədəni əlaqələrin müqayisəli şəkildə öyrənilməsi və xalq yaddaşında qorunan ənənələrin sənədləşdirilməsi baxımından mühümdür.

Layihədə folklorşünaslıq istiqamətinin təmsil olunması maddi mədəniyyət örnəklərinin şifahi ənənələr və kollektiv yaddaşla əlaqəli şəkildə öyrənilməsinə, qeyri-maddi irsin tarixi-mədəni proseslərdəki rolunun daha əhatəli araşdırılmasına imkan yaradır.

QHT sədrinin beynəlxalq elmi layihədə iştirakı isə elmi fəaliyyətlə vətəndaş cəmiyyəti təşəbbüslərinin bir-birini tamamlaması baxımından diqqətəlayiq örnəkdir.
Bu təcrübənin gələcəkdə mədəni irsin qorunması sahəsində ictimai maarifləndirmə, yerli icmalarla işbirliyi, gənclərin milli-mənəvi dəyərlərə marağının artırılması və beynəlxalq QHT tərəfdaşlığının inkişafı istiqamətində dəyərləndirilməsi məqsədəuyğundur.

Əsas hədəf mədəni irsi yaşayan, inkişaf edən və gələcək nəsillərə ötürülən ictimai-mənəvi sərvət kimi qorumaqdır.
Bu anlamda ortaq mədəni irsin elmi əsaslarla araşdırılması, ictimai iştirakçılığın genişləndirilməsi və beynəlxalq işbirliyinin gücləndirilməsi bir-birini tamamlayan istiqamətlərdir. Elm, dövlət və vətəndaş cəmiyyəti arasında səmərəli tərəfdaşlıq isə mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslərin davamlılığını və ictimai faydalılığını artıran mühüm amil ola bilər.

seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri