Icma.az
close
up
RU
“Ali təhsildə elmi fəaliyyətin təşkilində yeni çağırışlar”

“Ali təhsildə elmi fəaliyyətin təşkilində yeni çağırışlar”

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə “Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar”, eləcə də “Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət” mövzularında tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası”nda ali təhsildə əlçatanlığın artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb.

Birgə səylər nəticəsində bu hədəfə çatacaqlarına ümid edən Mətin Kərimli qeyd edib ki, artıq ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olan hər iki nəfərdən biri dövlət hesabına təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərin getdikcə yüksəldiyini nəzərə çatdıran Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsi ilə bağlı yeni islahatları xüsusi vurğulayıb.

Əminağa Sadıqovun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, elmi tədqiqatların universitetlərdə həyata keçirilməsi daha uğurludur. 

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxışında ali təhsildə elmi fəaliyyətin və tədrisin yeni çağırışlar əsasında təşkili məqsədilə keçirilən müzakirələrin bu istiqamət üzrə siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib.

Turxan Süleyman ali təhsil pilləsinə, xüsusilə də doktoranturaya tələbə qəbulunda effektiv planlaşdırılmanın aparılmasının zəruri olduğunu bildirib.

Tədbirin birinci hissəsinin yekununda Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Nüşabə Məmmədbəyova “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları”, digər əməkdaş Emil Səlimov isə “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin ikinci hissəsində “Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət” mövzusunda müzakirələr aparılıb. 

Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Vüsalə Qurbanova “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” haqqında təqdimatla çıxış edib. Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

Ardınca pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirə təşkil edilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, universitetlər yeni təcrübə modelinə dair təkliflərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri