Icma.az
close
up
RU
Elmir Əkbər: “Vəzifə arxasınca qaçan valideynlər övladlarını itirirlər”

Elmir Əkbər: “Vəzifə arxasınca qaçan valideynlər övladlarını itirirlər”

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələr indi qisas meydanıdır



Məşhurların övladlarının adının hallanması son zamanlar artıb. “Varis planı”nı həyata keçirmək üçün düşünülmüş, məqsədli şəkildə övladları ilə bağlı müsbət paylaşımlar edən, onları cəmiyyətə sanki “qızıl sinidə” təqdim edənlər var. Eyni zamanda övladları tərəfindən arzuolunmaz şəkildə adları hallananlar da. Bəlli məsələdir: “övlad atasına cavabdeh deyil”. Bəs ata (və ya ana) övladına nə dərəcədə cavabdehlik daşıyır? Valideyninin başını aşağı edən övladlar, “nə etdiksə, bu uşağı doğru yola çəkə bilmədik”, deyib acı təəssüf keçirən valideynlər də olur və var. Son günlərin müzakirə olunan mövzusu isə bəzi övladların valideynin üzünə ağ olması, atanın odla-su arasında qalar kimi çarəsiz duruma düşməsidir. Parlamentdə təmsil olunan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı özündən sonra partiya sədrliyinə qız övladını münasib görməsi, oğul övladına toxunub və narazılıq yaranıb. Millət vəkili Elman Nəsirlinin qızı isə atasını ona lazımi diqqət göstərməməkdə ittiham edib. Millət vəkilinin illər əvvəl ayrıldığı həyat yoldaşı isə yutub üzərindən ittihamlar yağdırır. E.Nəsirli bu ittihamlara cavab verib və iddiaların doğru olmadığı üzə çıxıb. 


Niyə belə vəziyyət yaranır, sualı üzərində isə düşünməyə  dəyər. 

Psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında yaranan problemlərin səbəblərini izah etdi. Psixoloq qeyd etdi ki, bu gün insanlar ailə-məişət problemlərini sosial şəbəkələrə, efirə daşıyır, müzakirələr açırlar, lazım olmayan formada, qeyri-etik tərzdə işıqlandırırlar. Bu, çox böyük təəssüf doğurur: 

- Təəssüf ki, zaman-zaman belə xoşagəlməz hallarla qarşılaşırıq. Kim istəyir, çıxır efirə, istədiyini danışır, kimi istəsə təhqir edir, şantaj edir. Sosial şəbəkələr lap bərbaddır. Çünki televiziyadan fərqli olaraq sosial şəbəkələr birtərəflidir. Qarşı tərəfin özünü müdafiəsi orada mümkün deyil. Bir tərəf ittiham edir, ən kəskin sözlərlə təhqirə yol verir, ona reaksiya verənsə qarşı tərəf deyil, sosial şəbəkədəki digər istifadəçilər, tanımadığı adamlardır, hansı ki məsələnin mahiyyətindən xəbərsizdirlər. Onlar yalnız bir tərəfin mövqeyini oxuyur və buna görə rəy bildirir, kiməsə qiymət verir, ittihamlara qoşulurlar. Bu isə yanlış təsəvvür yaranmasına, bir şəxsin hüququnun tapdanmasına, ona söz haqqı, danışmaq, özünü müdafiə haqqından istifadə edə bilməməsinə səbəb olur. Üstəlik, cəmiyyətdə gərginliyi də artırır. Kiməsə böhtan atılır, lap tutalım, böhtan deyil, haqqında müəyyən bir informasiyadır. Amma həmin şəxsin bu iddialara cavab vermək şansı yoxdur. 


E.Əkbər cəmiyyətdə tanınan, vəzifəli, məşhur şəxslərin övladlarının sosial şəbəkə üzərindən çıxışlarına gəlincə, bunun da bir sıra səbəbləri olduğunu bildirdi: 

- Siyasi-ictimai həyatda fəal olanlar, vəzifəli şəxslər, məşhurlar daim məşğuldur. Vəzifələri gərəyi daim məşğul olanlar, bəlkə də, özlərini məşğul kimi göstərənlər, yaxud sadəcə, ictimai fəal olmağı seçənlər ailəsinə, övladlarına lazımi diqqət və qayğı göstərə bilmir. Ailəsi, həyat yoldaşı, övladları diqqət və qayğıdan məhrum olurlar. Özünü cəmiyyətə, vəzifəsinə həsr edən insan ailəsinə sevgisini də lazımi dərəcədə verə bilmir, diqqət də ayıra bilmir. Nəticədə valideyndən narazı övladlar böyüyür. Bəzən də övladlar mənfi təsir altına düşür - qohumların, ətrafdakıların, rəfiqələrin, dost-tanışın. Belə şəxslər onların beynini zəhərləyib valideyninə qarşı çıxarır. Ola bilsin, bunu məqsədli şəkildə, nəsə əldə etmək üçün edirlər, bəlkə də, qisas almağa çalışırlar. Əvvəllər bu cür paylaşımlara, ictimai səs-küy yaratmağa imkan yox idisə, indi sosial şəbəkələr, müxtəlif platformalar üzərindən bunu asanlıqla etmək olur. Bəzən də insanı şantaj edirlər ki, istədikləri təmin edilməsə, daha ağır məlumatlar yayacaqlar. Bəzilərini izləyərkən açıq görünür ki, bu çıxışlar şantaj xarakteri daşıyır. Nələrsə tələb edirlər, istəkləri alınmayanda qisas almağa çalışırlar. Nəticə etibarilə məsələ böyüyür, xəbər saytları bunları  paylaşır, insanın həyatında problemlər yaranır. Bu məsələlər, necə ki sivil ölkələrdə edilir, qanunla tənzimlənməlidir. Yoxsa kim istəsə çıxıb ağlına nə gəldi danışır, kim nə istəyir çəkir, paylaşır. Belə olduqda sosial platformalar şantaj, qisas müstəvisinə çevrilir. Cəmiyyətdə ahəng, tarazlıq pozulur. İnsanlar səhvən belə düşünürlər ki, şantaj yoluyla istədiklərini əldə edə bilərlər. Bununla da, mənfi təzahürlər formalaşır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri