Icma.az
close
up
RU
Bizdə narkomaniyanın müalicəsi “məhəllə səviyyəsi”ndədir Elmir Əkbər

Bizdə narkomaniyanın müalicəsi “məhəllə səviyyəsi”ndədir Elmir Əkbər

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Halbuki dünyada bunun konkret həll yolları, beynəlxalq protokollar, qızıl standartlar üzərində müalicə aparılır


“Əvvəlcə, pulu alır, valideynə saxta ümidlər satırlar. Bu, dələduzluqdur. Bir çox saxlanma yerləri var. Bu cür yerlərdə heç bir müalicədən söhbət getmir. Nə qədər qamaqallar olub. Narkotikin bir növündən başqa növünə keçirirlər”


Cəmiyyətdə hörmət sahibi olan 2 teleaparıcı – 2 diktorun son vəziyyətləri həqiqətən də ürəkləri acıdır. Nəsimi Nəbizadə və Ceyhun Əsgərov. Hər ikisi ölkənin nüfuzlu televiziyalarında çalışıb, məşhurlaşıblar, seviliblər. Nə yazıq ki, narkotik asılılığına düçar olublar. Dəfələrlə müalicə alsalar da, onlara lazımi dəstək göstərilsə də, bir müddət sonra əvvəlki vəziyyətlərinə geri dönüblər.

 Bu günlərdə hər iki şəxslə bağlı sosial şəbəkədə yenidən müəyyən paylaşımlar edilib. Paylaşımları qınayıblar, “niyə onları belə təqdim edirsiniz”, deyə irad bildirənlərə jurnalist, sabiq deputat Etibar Hüseynov məqalə yazaraq “onların ən böyük xidməti”nin nə ola biləcəyini qeyd edib: “...Yazımın sonunda yenə də qayıdıram əvvəldə qeyd etdiyim "niyə onları bu vəziyyətdə göstərirsiniz? Bu, cinayət məsuliyyətidir" məsələsinə. Dostlar, bir qədər əvvəl həm Nəsimi, həm də Ceyhunun bu dövlət, bu millət qarşısında hansısa önəmli xidmətlərinin olmadığını ötəri də olsa qeyd etmişdim.  Amma inanın ki, onların həmin görkəmdə görüntülənmələri elə onların bu xalq qarşısında ən böyük xidmətləridir. Çünki onların bu acınacaqlı vəziyyətlərini görən yüzlərlə, minlərlə, bəlkə də, milyonlarla yeniyetmə və gənc içkinin və narkotikanın hansı dərəcədə faciəvi nəsnə olduğunu anlayıb ondan uzaq duracaq. Həyatı, gələcəyi xilas olacaq. İnanın ki, heç bir reklam və çağırışlar bu dərəcədə faydalı və effektiv ola bilməzdi. Bax məhz bu, Nəsimi və Ceyhunun ən böyük xidmətidir”.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin narkomaniya problemini bir müddət əvvəl ölkəsinin Təhlükəsizlik Şurasının iclasına çıxarmışdı. Bildirmişdi ki, narkomaniya cəmiyyəti məhv edir, bir çox gəncin gələcəyini əlindən alır, millətin sağlamlığına birbaşa təhlükə yaradır. Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qlobal tendensiya həyəcanverici xarakter alır. Bir çox ölkənin hökumətləri problemə təkcə fiziki və əqli asılılıq kimi deyil, həm də geniş sosial, iqtisadi və hüquqi hadisə kimi baxmağa başlayıblar. Narkomaniya termini bu yanaşmanı əks etdirir. Narkomaniya anlayışı bu bəlanın özündən daha genişdir, o, geniş sosial, iqtisadi və hüquqi problemlərə, o cümlədən milli təhlükəsizlik kontekstinə təsir edir. Dövlət siyasəti narkomanlara qarşı çevik, narkobiznesə qarşı isə sərt və dözümsüz olmalıdır. Kasım-Jomart Tokayev digər təxirəsalınmaz vəzifə olaraq qarşıya statistik məlumatların toplanması və emalı, habelə kimyəvi maddələrin hərəkətinin izlənməsi üzrə informasiya-analitik işin təkmilləşdirilməsini qoyub. Qazaxıstan Prezidenti narkomaniyanın qarşısının alınması, xüsusilə də təhsil və informasiya sahəsində işin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdi. “Şərq” qlobal problemə ciddi yanaşaraq mütəxəssislərin bu istiqamətdə rəyini soruşaraq işıqlandırmışdı. Sonuncu hadisə isə bir daha göstərir ki, vəziyyət həqiqətən də ciddi xarakter alır. İctimaiyyətdə tanınan şəxslər də narkomaniyanın cənginə düşür. Və görünən həm də budur ki, ötəri müalicələrlə bu insanları xilas etmək mümkün deyil. Burada mütəmadi psixoloji yardım məsələsi gündəmə gəlir.     


Mövzu ilə bağlı Sherg.az-a danışan psixoterapevt Elmir Əkbər qeyd etdi ki, bu məsələdə yeni nəsə ixtira etmək qətiyyən doğru olmaz. Təəssüf ki, bizdə bu səpkili problemlərin həlli “məhəllə səviyyəsi”ndən o yana keçmir. Halbuki dünyada bunun konkret həll yolları, beynəlxalq protokollar, qızıl standartlar üzərində müalicə aparılır: 

- Azərbaycanda məsələyə dünyadan fərqli yanaşma tərzi çox böyük təəssüf doğurur. Bu, belə olmamalıdır. Tibb elmin inkişaf etdiyi ölkələrdə necə aparılır. İstər narkomaniya, istər qumar, istərsə içki və ya oyun, qida asılılığı, bunlar hamısı müəyyən asılılıqlardır. Bunların beynəlxalq standart protokolları, müalicə qaydası var. Xəstəliklərin 10-cu təsnifatında F kateqoriyasında göstərilir. Bu, psixoloji problem deməkdir. Bunu da deyim insanlar bilsin, bəzi dələduz nevroloqlar, kardioloqlar aldadır insanları. Panik-atak, təşviş-həyəcan pozuntusu, depressiya F kateqoriyalı xəstəliklərdir. Bunlar nevroloji xəstəlik deyil, C kateqoriyasında deyillər. Asılılığı olan insanlar uzunmüddətli, doğru-düzgün kompleks psixo-terapevtik müalicə almalıdırlar. Müalicə zamanı müvafiq dərman preparatlarından istifadə olunmalıdır. Təəssüf ki, bu dərman preparatlarını tapmaq olmur ölkəmizdə. İntensiv psixo-terapevt seanslar lazımdır. Prosesə bütün ailə üzvləri cəlb olunmalıdır, əks halda müsbət nəticə əldə etmək mümkün deyil. Bunu illərdir Səhiyyə Nazirliyinin rəsmi vəsiqəsi olan yeganə həkim psixo-terapevt kimi deyirəm. İllərdir vəziyyəti görürəm, müşahidə edirəm və deməliyəm ki, müalicə faizinin aşağı olması bu dediyim şərtlərə riayət olunmamasındadı. Ailə üzvlərinin mütəxəssisin tövsiyələrinə riayət etməməsindədir. Başlarından eləmək üçün aparıb harasa salırlar və möcüzə gözləyirlər. Ayda filan qədər pul ödəyib aparıb salır dəmir barmaqlıqlar arxasına, gözləyir ki, övladını sağaldıb geri göndərəcəklər. Həmin o “müəssisədə” isə əvvəldən heç kim demir nəticə necə olacaq. Əvvəlcə, pulu alır, valideynə saxta ümidlər satırlar. Bu, dələduzluqdur. Bir çox saxlanma yerləri var. Bu cür yerlərdə heç bir müalicədən söhbət getmir. Nə qədər qamaqallar olub. Narkotikin bir növündən başqa növünə keçirirlər. Bəzilərinin rəhbərləri özləri də narkotik istifadə edir. Amma danırlar, deyirlər əvvəllər istifadə ediblər. Lakin indi də aralarında istifadəçilər var. Əhalinin böyük qismi köhnə narkotiklərin nəticələrini bilir, tanıyır, hazırda istifadədə olan son model narkotiklərdən isə xəbərsizdilər. Müasir vasitələr var, onları qəbul edirlər. Valideyn də elə bilir övladı sağalıb. Amma sağalmadan söhbət gedə bilməz. 


E.Əkbər “12 Addım proqramı”ndan da danışdı. Bildirdi ki, əslində, bu proqram mənəvi xarakter daşıyır: 


- Bu, mənəvi cəhətdən təmizlənmə, arınma, yüngülləşmə proqramıdır. Bu, psixo-terapevtik müalicə ilə paralel aparılır. Tibbi müalicə gedir, üstəlik, insanın mənəvi aləmində müsbətə doğru dəyişmə, ruhi sakitliyi üçün əlavə məşğələlər keçirilir. Bu proqram ödənişsizdir. Ödənişsiz olmalıdır. Amma bizim insanları, valideynləri aldadırlar. Niyə valideynlər izn verirlər özlərinin aldadılmasına? “12 addım” xristianlıqdan gələn dini praktikadır. Asılı şəxsə tibbi müalicə ilə paralel din qardaşları, bacıları mənəvi dəstək göstərir. Bu, heç bir halda müalicə kimi qəbul olunmur. Sadəcə, müalicədə həmin şəxsə mənəvi dəstəkdir. Bizdə isə aldadırlar insanları. Valideynlər müalicə məsələsinə adekvat, doğru yanaşmır. 


E.Əkbər bildirdi ki, asılılığın bütün formaları müxtəlif səbəblərə bağlıdır: 


- Məsələn, söhbət qida asılılığından gedirsə, bunun özü də böyük bir bəladır, xəstəlikdir, insanın körpə yaşlarında ona aşılanan xüsusiyyətlərdən, qaydalardan qaynaqlanır. Əgər bir uşağa valideyni əvvəldən həddindən artıq, normadan artıq qida verirsə, uşaqda qida asılılığı formalaşır. Böyüdükcə də qarşısı alınmırsa, insan qida asılısı olur. Siqaret, içki, qumar, eləcə də narkotik maddə asılılığı şəxsin böyüdüyü mühitdən, ailəsindən asılıdır. Valideynlərin pis nümunə olması, nəzarətsizlik bu kimi bəlalara aparır. Oyunlardı, kompüterdə, smartfonlarda mərc oyunlarına bağlılıq, bunlar hamısı gələcək faciələrə bir açardır.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri