Elmir Huremoviç: Media qurumları olaraq daha çox məsuliyyət daşıyırıq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bizim Laçında AZƏRTAC-ın 105 illik yubileyini birgə qeyd etməyimiz olduqca dəyərli və yaddaqalan hadisədir. Bu tədbir yalnız bir media qurumunun yubileyi deyil, həm də beynəlxalq informasiya əməkdaşlığının və dostluğun nümunəsidir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən "AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi" mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, bu il Bosniya və Herseqovina ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür. FENA xəbər agentliyi ilə AZƏRTAC arasında qurulmuş əməkdaşlıq bu münasibətlərin güclənməsinə töhfə verir.
"Bu cür əməkdaşlıqlar bizdən media qurumları olaraq daha çox məsuliyyət tələb edir. Biz informasiya mübadiləsində obyektivliyi, etibarlılığı və ictimai etimadı qoruyub saxlamalıyıq. Mötəbər media qurumları cəmiyyətlər arasında etimad körpülərinin qurulmasında mühüm rol oynayır", - deyə FENA xəbər agentliyinin baş direktoru əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 İyul 2025 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















