Icma.az
close
up
RU
Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır”

Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Karyerasını Kosovoda “Dreniça” klubunda davam etdirən Elmir Tağıyev Apasport.az saytına müsahibə verib.

Azərbaycanlı futbolçu artıq Kosovo çempionatında debüt edib. O, VII turda “Malişeva” ilə keçirilən görüşdə ilk oyununa çıxıb.

- Kosovoda işlər necə gedir? Artıq yeni komandanda debüt etdin…
- Kosovoya gəldiyim üçün şadam. Sadəcə, bura gələndə yüngül zədəm var idi. Ona görə bir müddət oynamadım. Artıq yaxşıyam, debüt etdim və buna görə sevinirəm. Təəssüf ki, həmin oyunda uduzduq. Amma məşqlərdə daim əlimdən gələni edirəm.

- Maraqlıdır ki, bu həftə qarşılaşdığınız rəqibin heyətində digər azərbaycanlı futbolçu Yusif İmanov da var idi. Onunla matçdan əvvəl və ya sonra danışdınmı?
- Bəli, Yusif meydana çıxmasa da, “23-lük”də adı var idi. Onunla görüşdük, söhbət etdik.

- Yusiflə bu oyundan qabaq da görüşmüşdün, yoxsa ilk dəfə idi? Səncə, sizin komanda güclüdür, yoxsa onların?  
- Yusiflə oyundan əvvəl də görüşmüşdük. Kosovada qalırıq deyə, görüşmək imkanımız olmuşdu. Onların komandası da yaxşı heyətə malikdir. Əslində, “Malişeva”ya qalib gələcəyimizə inanırdım, amma alınmadı. Artıq onlar bizə çatdılar, bir xallıq fərq qaldı. Ümumilikdə burada klubların səviyyəsi yaxşıdır.

- Liqanın səviyyəsi barədə nə deyə bilərsən?
- Kosovo çempionatının səviyyəsi çox yaxşıdır. Burada çox dinamik futbol oynanılır. Demək olar ki, bütün komandalar sürətli futbol nümayiş etdirir. Həqiqətən güclü liqadır.

- “Dreniça”ya və ümumilikdə Kosovaya adaptasiya ola bilmisən?
- Burada əsasən məşqlərə gedirəm, sonra vaxtımı evdə keçirirəm. Ara-sıra komanda yoldaşlarımla görüşürəm, birlikdə vaxt keçiririk. Hər halda, adaptasiya olduğumu deyə bilərəm.

- Kosovodakı gündəlik həyat rejimin necədir?
- Artıq bir aydır buradayam. Komandada məni çox yaxşı qarşıladılar. Özümü xoşbəxt hiss edirəm. Yavaş-yavaş daha çox oynamaya başlayacağıma inanıram.

- “Dreniça” hazırda çempionatda 4-cü yerdədir. Çempionluq şansınız varmı?
- Komandamız həqiqətən yaxşıdır. İnanıram ki, hətta Kosovo çempionu ola bilərik. Bunun üçün çalışırıq, hər oyunda qələbəyə oynayırıq. Mən də komanda üçün ən yaxşısını vermək istəyirəm. Ümid edirəm ki, çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Gücümüz buna çatır, çünki yaxşı heyətimiz var.

“Qarabağ”dan inanılmaz qələbə: 16:0! AFFA Gənclər Liqası: III turun nəticələri Millimiz Bakıda təlim məşq toplanışında olacaq I Liqa: IV turun təyinatları açıqlanıb AFFA I Liqa klublarını CƏRİMƏLƏDİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri