Icma.az
close
up
RU
Elnarə Akimova: Ana dilini qorumaq həm mədəni mübarizə, həm də milli mövqe tələb edir

Elnarə Akimova: Ana dilini qorumaq həm mədəni mübarizə, həm də milli mövqe tələb edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin fikirləri bir daha göstərir ki, dil yalnız ünsiyyət vasitəsi deyil – millətin yaddaşı, kimliyi və mənəvi sərvətidir. “Dilini itirən millətini itirər” deyən böyük dühalar kimi, ölkə başçısı da dilin qorunmasını siyasi çağırışdan çox, milli məsuliyyət kimi təqdim edir. Onun “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri həm çağdaş bir xəbərdarlıq, həm də gələcək nəsillərə ünvanlanan tövsiyədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

O qeyd edib ki, Azərbaycan dili əsrlərin süzgəcindən keçmiş, xalqımızın taleyini, düşüncəsini, ruhunu daşımış bir xəzinədir. Bu dilin zənginliyini qorumaq, onun hər sözündə gizlənən mədəniyyət qatlarını yaşatmaq yalnız dilçi alimlərin deyil, hər bir vətəndaşın gündəlik həyatına daxil olmalıdır. Çünki dilimizdəki hər alınma söz, hər korlanmış ifadə təkcə dilin üslubuna deyil, millətin yaddaşına zərər vurur.

Alimin sözlərinə görə, qloballaşma dövründə, informasiya seli içərisində ana dilini qorumaq həm mədəni mübarizə, həm də milli mövqe tələb edir: “Gənclərin sosial mediada öz ana dilində düzgün yazması, musiqiçilərin, yazıçıların, jurnalistlərin dilin imkanlarını qoruması və inkişaf etdirməsi bu mücadilənin ən önəmli cəbhələridir. Bu gün qloballaşmanın dil üzərində təhdidlərini dilin keşiyində dayanmaqla qoruya bilərik. Dövlət başçısının vurğuladığı kimi, biz başqa dillərin inkişafına qarşı deyilik, amma öz dilimiz – öz kimliyimiz yad sözlərin əsarətində qalmamalıdır.

Bu gün Azərbaycan dilində bir fikri, hissi, və ya hadisəni ən incə çalarlarla ifadə etmək mümkündür. Bizim dilimiz Qarabağda çalınan kamanın səsi qədər ahəngdar, muğam kimi zəngin, dastanlar qədər dərindir. Onu sevmək və qorumaq təkcə "borc" deyil, milli şərəf məsələsidir.

Ana dilimizin saflığını qorumaq gələcəyimizi, kimliyimizi və milli dirçəlişimizi qorumaq deməkdir. Bu həm elm, həm dövlət siyasəti, həm də mənəvi missiyadır. Prezidentin çağırışı bu missiyanı hər kəsin şəxsi məsuliyyəti səviyyəsinə qaldırır və bu, yalnız dövlət başçısının deyil, bütün xalqın dilə olan sevgisinin növbəti ehtiyacı kimi mənalanır”,-deyə filologiya elmləri doktoru bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri