Icma.az
close
up
RU
Vətən dilimiz Elnarə Akimova yazır...

Vətən dilimiz Elnarə Akimova yazır...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ana dili milli kimliyin əsas dayağıdır

Tarix göstərir ki, xalqların tərəqqisində yalnız siyasi hadisələr deyil, milli şüuru formalaşdıran ideyalar da həlledici rol oynayır. Bu baxımdan üzərində "Ana dili" yazılan kitablar, milli düşüncənin formalaşmasına xidmət edən dərsliklər böyük missiya daşıyıb. XIX əsrin sonlarında başlanan maarifçilik hərəkatının "Vətən dili" dərsliyi ilə başlanması da təsadüfi deyildi. Həmin dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanın milli məfkurəsinin və dövlət müstəqilliyinin qurucularına çevrildi.

Bu gün etnomədəni sistemi yaşadan əsas amillərdən biri məhz ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşıdır. Dilin saflığının qorunması milli kimliyin, milli bütövlüyün və mədəni yaddaşın qorunması deməkdir. Xüsusilə qloballaşmanın milli dillərə yaratdığı çağırışlar fonunda ana dilinin mühafizəsi daha böyük əhəmiyyət kəsb edir.

Azərbaycançılıq ideyasının uğurla həyata keçirilməsi də Azərbaycan dili anlayışının möhkəmləndirilməsi ilə sıx bağlıdır. Azərbaycan dili ölkədə yaşayan bütün xalqlar və etnik qruplar arasında həmrəyliyin, tolerantlığın və dövlət birliyinin əsas dayaqlarından biridir.

Heydər Əliyevin dil siyasəti milli dövlətçilik strategiyasının tərkib hissəsi idi

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə dil məsələsini milli kimliyin əsas göstəricisi kimi qiymətləndirirdi. Onun fikrincə, xalqın yaddaşı, dili və birliyi ayrılmaz anlayışlardır. Buna görə də çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan dilinin inkişafı onun həyatının əsas vəzifələrindən biridir. Xarici dillərin öyrənilməsini vacib saysa da, hər bir azərbaycanlının ilk növbədə öz ana dilini mükəmməl bilməsini milli borc hesab edirdi.

Heydər Əliyev Azərbaycan dilinin siyasi-hüquqi təminatının möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmiş, bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır. O, dəfələrlə vurğulamışdır ki, Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında yazıçıların, şairlərin, dilçi alimlərin və ədəbiyyatşünasların əvəzsiz xidmətləri var.

Təsadüfi deyil ki, ilk "İstiqlal" ordenlərinin Bəxtiyar Vahabzadə, Xəlil Rza və Məmməd Araza təqdim olunması zamanı da onların ana dili uğrunda göstərdikləri xidmətlər xüsusi qeyd edilmişdi.

1978-ci il: tarixi qərar

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə olunan ən mühüm nailiyyətlərdən biri 1978-ci ildə Azərbaycan dilinin respublikanın Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olunması idi.

Sovet İttifaqında rus dilinin üstün mövqeyinin gücləndiyi, milli dillərin arxa plana keçirildiyi bir dövrdə belə addım atmaq böyük siyasi iradə tələb edirdi. Azərbaycan dilinin dövlət dili statusu qazanması gələcək müstəqilliyin mühüm ideoloji və hüquqi əsaslarından birinə çevrildi.

Bu qərar nəticəsində Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində və rəsmi sənədləşmədə daha geniş tətbiq olunmağa başladı. Ən başlıcası isə milli özünüdərk prosesinə güclü təkan verdi.

Yazıçılar və ziyalılar dil uğrunda mübarizənin önündə idi

XX əsrin 70-80-ci illərində Azərbaycan ədəbi mühitində ana dili məsələsi xüsusi yer tuturdu. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, daha sonra Anar, Elçin və Sabir Rüstəmxanlı kimi sənətkarların milli dil uğrunda apardıqları mübarizə dövlət səviyyəsində də dəstəklənirdi.

Dilçi alimlərin də qeyd etdiyi kimi, Heydər Əliyev Moskva ilə mövcud siyasi reallıqlar çərçivəsində milli maraqlara xidmət edən xüsusi dil siyasəti yürüdürdü. Məqsəd ana dilinin inkişaf etdirilməsi və gələcəkdə müstəqil dövlət dilinə çevrilməsi idi.

Bu siyasətin tərkib hissəsi kimi tanınmış dilçi alimlərin "Müasir Azərbaycan dili" dərsliyinə görə Dövlət Mükafatı ilə təltif olunması da ana dilinin elmi əsaslarının möhkəmləndirilməsinə xidmət edirdi.

Müstəqillik dövründə dil siyasəti yeni mərhələyə qədəm qoydu

Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin dil siyasəti daha geniş miqyas aldı. Dövlət dili məsələsi artıq yalnız mədəni deyil, həm də dövlətçilik siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

1994-cü ildə Cəlil Məmmədquluzadənin 125 illik yubileyində ana dili mövzusu xüsusi diqqət mərkəzində saxlanıldı. Heydər Əliyev yazıçının "Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!" çağırışının müasir dövr üçün də aktuallığını vurğulayaraq ana dilinin qorunmasını milli varlığın əsas şərti kimi qiymətləndirdi.

"Azərbaycan dili" anlayışının Konstitusiyada təsbit olunması

1995-ci ildə yeni Konstitusiya hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı geniş müzakirələr aparıldı. Müxtəlif təkliflər irəli sürülsə də, yekunda dövlət dilinin "Azərbaycan dili" adlandırılması barədə qərar qəbul edildi və bu müddəa Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.

Bu qərarın qəbulunda Azərbaycan ziyalılarının, yazıçı və alimlərin fəal iştirakı mühüm rol oynadı. Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Qabil, Ağamusa Axundov, Hüseyn Abbaszadə, Sabir Rüstəmxanlı və digər ziyalıların müzakirələrdə iştirakı nəticəsində "Azərbaycan dili" anlayışı ümummilli mövqeyə çevrildi.

Beləliklə, Azərbaycan dili ölkədə yaşayan bütün xalqları birləşdirən dövlət dili kimi qəbul olundu və azərbaycançılıq ideyasının əsas sütunlarından birinə çevrildi.

Dövlət dili ilə bağlı mühüm fərmanlar

Heydər Əliyevin imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında", "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun tətbiqi ilə bağlı fərmanlar ana dilinin qorunması və inkişafına xidmət edən mühüm dövlət sənədləri oldu.

2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il avqustun 1-i Azərbaycanda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər bu siyasətin əsas məqsədini belə ifadə edirdi: müstəqil Azərbaycanda dövlət dili kimi qəbul edilən Azərbaycan dili cəmiyyətin bütün sahələrində də hakim mövqeyə malik olmalıdır.

İlham Əliyev dövründə dil siyasətinin davamlılığı

Azərbaycan Prezidenti İlham Əliyev də dövlət dili siyasətini ardıcıl şəkildə davam etdirir. Onun imzaladığı sərəncamlarla latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri təmin olunub.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan dili kifayət qədər zəngindir və heç bir xarici sözə ehtiyac duymur. Dövlət başçısı dilimizin saflığının qorunmasını milli vəzifə kimi qiymətləndirir.

Bu istiqamətdə görülən işlər göstərir ki, Azərbaycan ədəbi dilinin inkişafı, klassik irsin qorunması və yaradıcı ziyalıların fəaliyyətinin dəstəklənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.

Dil xalqın varlıq evidir

Martin Haydegger dili "varlıq evi" adlandırırdı. Bu fikir Azərbaycan reallığında da öz təsdiqini tapır. Xalqın varlığını, milli kimliyini və gələcəyini yaşadan ən böyük sərvət onun dilidir.

Bütün yaradıcı potensial, elmi fəaliyyət və mədəni irs ana dilinin yaşadılmasına xidmət etməlidir. Çünki gələcək nəsillərə ötürəcəyimiz ən böyük miras məhz sözümüzün və səsimizin saflığıdır.
Elnarə Akimova,
Milli Məclisin deputatı
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri