Icma.az
close
up
RU
Elnarə Rəsulova: Xalçamın Azərbaycan Evində sərgilənməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır

Elnarə Rəsulova: Xalçamın Azərbaycan Evində sərgilənməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 22 mart, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi”ndəki Azərbaycan Evi yenilənərək Novruz bayramı tədbirləri çərçivəsində qapılarını ziyarətçilərə açıb. Bu, mənim üçün xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Çünkü, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamından ilhamlanaraq hazırladığım xalçam daimi eksponat kimi Azərbaycan evində sərgilənəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalq yaradıcılığı həvəskarı Elnarə Rəsulova ifadə edib.

Yaradıcılığı və xalça sənəti ilə bağlı məlumat verən Elnarə Rəsulova bildirib ki, indiyədək ideya müəllifi olaraq 30-a yaxın xalça nümunəsi hazırlayıb.

“2024-cü ildə Qarabağın müxtəlif şəhərlərində, həmçinin bir sıra beynəlxalq sərgilərdə şəxsi kolleksiyamdan ibarət sərgilər təşkil olunub. Şəxsi kolleksiyama məxsus iki xalça isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Eyni zamanda, dünyada analoqu olmayan ikiüzlü xalçanın müəllifiyəm”, - deyə Azərbaycan Rəssamlar İttifaqının üzvü qeyd edib.

Azərbaycan evində sərgilənəcək “Bir millət, iki dövlət” mövzulu xalçanın 2021-ci ildə ərsəyə gəldiyini bildirən sənətkar sözlərinə belə davam edib: “Xalçanın adı Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərini ən gözəl şəkildə ifadə edən məşhur kəlamdan ilhamlanıb və 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə ithaf olunub”.

Bildirilib ki, xalçada hər iki dövlətin ortaq mədəniyyəti, soy kökləri və dil birliyi bədii şəkildə əks etdirilib. Kompozisiyada Azərbaycanın XVII əsrə aid, hazırda Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində qorunan “Əjdahalı” xalçasından, eləcə də Türkiyənin XVI əsrə aid olduğu müəyyənləşdirilən “Lotto” xalçasından fraqmentlərə yer verilib. Həmçinin əsərdə İslam dinini tərənnüm edən məscid təsvirləri əks olunub. Əsas ideya isə 2020-ci ildə azad edilən torpaqlarda yerləşən tarixi məscidlərdə uzun fasilədən sonra ilk dəfə azan səslərinin ucalmasını simvolizə etməkdir.

“Son bir neçə il ərzində Türkiyədə bir sıra mühüm layihələr həyata keçirmişəm. Bu layihələrdə mənə daim dəstək göstərən və bu tədbirin təşkilinə şərait yaradan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova, həmçinin “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Kamalə Kamal Cabbarovaya dərin minnətdarlığımı bildirirəm” -, deyə o, sözlərini tamamlayıb.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Mart 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri