Icma.az
close
up
RU
Elnarə Rəsulova YURD uma qayıtmışam

Elnarə Rəsulova YURD uma qayıtmışam

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azad Qarabağın ilk rəsm qalereyası Laçında açıldı.

Laçın şəhərinin 2025ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə «Yurd» qalereyasında «Birlik rəngləri» Beynəlxalq incəsənət sərgisi keçirildi. Mədəniyyət Nazirliyindən sektor müdiri Aybəniz Alıyeva, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, AMEA Prezidenti İsa Həbibbəyi, Mətbuat Şurasının sədri Rəşad Məcid və digər tanınmış ziyalıların iştirakı ilə keçən sərgidə Elnarə Rəsulovanın şəxsi kolleksiyası ilə yanaşı Rusiya, Belarus, Özbəkistan, Qırğızıtan, Qazaxıstan, Tacikistan kimi MDB ölkələrindən Laçına təşrif buyurmuş görkəmli rəssamların da əsərləri sərgiləndi. Xatırladaq ki, Bakı Abadlıq Xidməti tərəfindən açılan “Yurd” işğaldan azad olunmuş ərazilərimizdə istifadəyə verilən ilk rəsm qalereyasıdır. Qalereyanın direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulova ilə söhbətimiz bu haqdadır.

- Elnarə xanım, yeni bir başlanğıca qol qoymağınız münasibətilə sizi təbrik edirik. Təntənəli bir açılış oldu. Əslində siz belə tədbirlərdə çox iştirak etmisiniz, amma bu gün yaman həyəcanlısınız.

- Həyəcanlıyam. Bu, adi açılış deyil çünki. Məkan özü mənim üçün qeyri-adidir. Baxın, qalereyanın yerləşdiyi bu yerdə vaxtilə doğum evi olub və mən həmin xəstəxanada anadan olmuşam. Atam rəhmətliyin iş yeri də küçənin o başındaydı, evimiz də bu məhəllədəydi. Bu məkanı valideynlərimin xatirələrindən tanımışam, illərlə həsrətini çəkmişəm, illərlə arzulamışam.

- Bu gün bu məkanda rəsm qalereyası açılır, bu mədəniyyət ocağına rəhbərlik etmək də sizə tapşırılır.

- Bəli, xəyalıma gəlməyən işlər gerçək oldu. «Bakı Abadlıq Xidməti»nin rəhbərliyi «Yurd» qalereyasını mənə həvalə edəndə tərəddüdsüz razılaşdım.

- Siz uzun illər muzey sahəsində çalışmısınız, dəfələrlə xaricdə Azərbaycanı təmsil etmisiniz. Bacaracağınız bir işdir deyə rahatlıqla öhdənizə götürdünüz. Amma bu məhəlləyə hələ əhali köçürülməyib. Belə yerdə qalereya açmaq nə dərəcədə səmərəli olacaq?

- Məkanların da öz enerjisi, öz taleyi var. Bura o məkanlardandır ki, insanlar buranı hərəkətə gətirməyəcək. Əksinə, məkan özü insanları özünə çəkəcək. Bura həyat mədəniyyətlə gələcək.

- İlk ekpozisiyanızda nələr var?

- Çox sayda qədim xalçalar var, «Qasımuşağı» xalçası var. Məşhur fotoqraf Vüqar İbadovun foto sərgisi var. Vüqar bəy özü də laçınlıdır. Ordunun arxasınca əraziyə daxil olub ilk fotoları çəkən sənətkardır.

- Açılış gününüz əsl beynəlxalq tədbirə çevrildi. Qonaqların gəlişi lap yerinə düşdü.

- Elədir, MDB ölkələrindən gələn məşhur rəssamların əsərləri bizim qalereyada sərgiləndi. Son olaraq doqquz rəssamın bir kətan üzərində çəkdiyi müştərək əsər “Yurd”a hədiyyə olundu.

- Qalereyanı yaşatmaq asan deyil. Nələr düşünürsünüz?

- Bu qalereyanı canlandıran həm məşhur ekpozisiyalar olacaq, həm də yurda münasibət, yurda sevgi. Özəl qalereya yəqin turist marşrutlarına da daxil olacaq.

- Daha hansı planlarınız var?

- Qalereya lap yeni qurulub və təbii ki, təkmilləşəcək. Bir məsələni də deyim. İşğaldan azad olunmuş Qarabağda ilk qalereya açıldığını eşidən hər kəs istəyəcək ki, əsərləri burada sərgilənsin. Bu, həm əlçatmaz arzu, həm də tarixi missiyadır. Laçına mütləq gələcəklər. Mən buna əminəm.

- Sizin ilk müəllif sərginiz də burada, Laçında keçirilmişdi.

- Bir il əvvəl «Xalça necə yarandı?» adlı sərgim Həkərinin sahilində baş tutmuşdu. Gözəl də təşkil olunmuşdu - məşhur ziyalılar, sənət adamları, diplomatik korpusun nümayəndələri gəlmişdilər. O, ümumiyyətlə Laçında keçirilən ilk sərgi kimi düşdü tarixə.

- Bu gün də bir ilkə imza atıldı - Laçındakı ilk qalereya «Yurd». Arzunuz, mesajınız nədir?

- Arzum yurdu abadlaşdırmaq, «Yurd»u tanıtmaq. “Yurd” nəinki Azərbaycanın, Qafqazın, bütün türk dünyasının dağlar qoynundakı məşhur qalereyasına çevriləcək. Keçmişin dağıdılmış izləri üzərində yenidən həyat dirçəlir. Bu gözəl işdə mənim də zəhmətim olacaqsa, nə xoş mənə. Mən yurduma qayıtmışam. Həm bundan qürur duyuram, həm də bunu mənəvi borcum bilirəm. Bundan gözəl nə ola bilər?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri