“Pensiya yaşını 59 dan yuxarı etmək düzgün deyil” KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda orta yaş 59-dur. Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil. Sovet dövründə hamısı dəqiq idi, hesablanırdı. İndi yalandan bir rəqəm deyirlər, guya adam çox yaşayır, yetmiş yaşdan yuxarı. Bir-iki adam bu yaşa qədər yaşayır, qalanlar hamısı əlli yaşda vəfat edir, heç pensiya yaşına çatmır. Adam 64 yaşında ölür, pensiya yaşı isə 65-dir. Bu yaşa qədər pensiya fonduna pul ödəyib axı. Bəs bu pulları kim yeyib? Yığılır qalır, kimə qalır? Mənə, ya sənə?”
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov deyib.
“Yaponiyada kişilərdə orta yaş həddi yüzdən yuxarıdır. Qadınlarda isə 98-dir. Çünki onlar bir-birilərini seviblər, yaşayıblar. Biz isə 60 yaşa çatan kimi arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun. Çünki kişi özü arvadı sevməyib alıb, məcbur ediblər ki, get bu qızı al, o da alıb. Ən əsası, yaponlar sağlam yaşayıblar, bizi kimi yox. Onlar 102 yaşda 50 yaşdakı kimi görürlər…” – həkim bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 21 Oktyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















