Elnur Əliyev: Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Həm 2025-ci ildə, həm də yaxın gələcəkdə qarşımızda duran əsas məsələlərdən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və orada iqtisadi infrastrukturun inkişaf etdirilməsi olacaq. Bu sahədə də sahibkarlarımız fəallıq göstərirlər. Eyni zamanda, dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, artıq investorlar "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və Ağdam Sənaye Parkının imkanlarından istifadə edirlər:
"Ötən ilin əvvəlindən işğaldan azad olunan ərazilərimiz üçün Vergi Məcəlləsinə və Əmək Məcəlləsinə geniş güzəşt və stimul paketi təsdiq edilib. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayə cəlb olunmasını, bu bölgəmizdə sahibkarlığın inkişafına, biznesin çiçəklənməsinə xidmət edir".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















