Icma.az
close
up
RU
Azərbaycanın Akselerator Platformasına əlçatanlığı təmin edildi Elnur Əliyev

Azərbaycanın Akselerator Platformasına əlçatanlığı təmin edildi Elnur Əliyev

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ölkələr qarşısında duran əsas vəzifələrdən biri insan resurslarının sözügedən transformasiyaya hazırlığını təmin etmək, əhalinin rəqəmsal savadlılığını artırmaq, yeni bacarıqların formalaşdırılması üçün davamlı təhsil və ixtisasartırma imkanlarını genişləndirməkdir. Rəqabətli insan kapitalının formalaşdırılmasının növbəti onillik üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetindən biri olmasını əsas tutaraq, Azərbaycanda da bu istiqamətdə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bir sıra mühüm addımlar atılmaqda, təşəbbüslər həyata keçirilməkdədir". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin fevral ayında Dünya İqtisadi Forumu ilə mövcud olan əməkdaşlıq əlaqələri daha da genişləndirilərək Azərbaycanın Akselerator Platformasına əlçatanlığı təmin edildi: "Bu platforma Azərbaycanın qlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərinə dəstək olacaqdır. Bu təşəbbüs, həmçinin, innovasiya və bacarıqların inkişafı sahəsində dövlət və özəl sektor üçün yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.

Bununla yanaşı, ötən il ABŞ-ın qabaqcıl tədris platformalarından sayılan və qlobal miqyasda 162 milyondan artıq istifadəçiyə malik Coursera şirkəti ilə əməkdaşlıq çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verildi. Bu təşəbbüsün məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək idi. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlandı. Layihənin cari ildə davamı olaraq, cari ildə dövlət-özəl tərəfdaşlığı çərçivəsində Milli Proqram layihəsinə start verildi. Bu layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri