Icma.az
close
up
RU
Elnur Məmmədov Çiliyə səfər edib

Elnur Məmmədov Çiliyə səfər edib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

6-7 may tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Çili Respublikasında səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər zamanı paytaxt Santyaqo şəhərində Azərbaycan Respublikası və Çili Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çili tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Patrisio Torres başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə ticarət, biznes və sərmayələrin təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda tərəflər arasında ADA Universiteti ilə Çili Respublikasının "Andres Bello" Diplomatik Akademiyası arasında akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Çili xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Paula Estevez Vaynştayn ilə görüşüb. Aparılmış müzakirələr zamanı tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi imkanlarına bir daha nəzər yetirərək, bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinin vacib olduğunu bildiriblər.

Nümayəndə heyətimiz həmçinin Çili Milli Konqresi Senatının vitse-prezidenti (sədr müavini) İvan Moreira və Çili Milli Konqresi Senatının Xarici Əlaqələr Komissiyasının prezidenti Manuel Xose Ossandon, Çili Milli Konqresi Senatında Parlamentlərarası dostluq qrupunun yeni sədri, senator Roxo Edvards, Dostluq Qrupunun yeni üzvləri ilə görüşlər keçiriblər.

Aparılmış müzakirələr zamanı iki ölkə arasında parlament diplomatiyasının təşviqi, bu çərçivədə ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın inkişafına qarşılıqlı dəstək ifadə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən “Andres Bello” Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri