Icma.az
close
up
RU
Elnur Məmmədov İspaniyaya səfər edib

Elnur Məmmədov İspaniyaya səfər edib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniyada səfərdə olub.

Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı paytaxt Madrid şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, İspaniya tərəfindən isə xarici işlər və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Belio başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji, mədəniyyət, təhsil, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələrin hazırkıvəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub. Bu çərçivədə, ticarət və sərmayələrin təşviqi, habelə "Strateji İqtisadi Dialoq" çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İspaniya Hökuməti Prezidentinin (Baş nazirin) Ofisində Xarici İşlər Departamentinin direktoru Pilar Sançez-Bella Solis ilə görüşüb.

Nazir Elnur Məmmədov həmçinin İspaniya Senatının vitse-prezidenti Xavyer Maroto ilə görüşüb. Tərəflər parlament diplomatiyasının təşviqi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu vurğulayıblar.

Bundan əlavə, nazir müavini Elnur Məmmədov İspaniya Diplomatik Məktəbində müəllim və tələbə heyəti üçün "Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimatla çıxış edib.

Səfər zamanı xarici işlər nazirinin müavini tərəfindən İspaniyanın aparıcı kütləvi informasiya vasitələrinə iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə müsahibələr verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri