Icma.az
close
up
RU
Elnur Rüstəmov: Kişi və qadın xəyanətləri bərabərləşib

Elnur Rüstəmov: Kişi və qadın xəyanətləri bərabərləşib

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu, cəmiyyətin xəyanətə baxışında və ailə münasibətlərində müəyyən dəyişikliklərin baş verdiyini göstərir


Son illər dünyada qadın-kişi bərabərliyi müzakirə mövzusuna çevrilib. Məsələn, illər öncə bir kişinin xanımına xəyanəti adi qarşılanırdısa, indi qadınlar belə şeylərə göz yummaq niyyətində deyillər. Hətta bəzən sosial şəbəkələrdə "kişi xəyanət edirsə, niyə qadın da etməməmlidir" məzmunlu müzakirələr də açılır. 

Bu günlərdə məhkəmə işlərindən danışan bir hüquqşunas da vurğuladı ki, kişi, qadın xəyanəti az qala bərabərləşib. Bunu son məhkəmə statistikaları da sübut edir.


Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmov isə “Sherg.az”a bildirib ki, xəyanət insan münasibətlərində ən ciddi böhranlardan biridir:

“Ailədaxili konfliktlər, emosional və psixoloji amillər xəyanətin əsasını təşkil edir. Son dövrlərdə məhkəmə statistikalarında da kişilərin və qadınların xəyanətə bərabər nisbətdə yol verdiyi vurğulanır. Bu, cəmiyyətin xəyanətə baxışında və ailə münasibətlərində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Qeyd edim ki, xəyanət sadəcə fiziki bir hadisə deyil, əksər hallarda psixoloji və emosional boşluğun nəticəsi kimi qəbul edilir. Onun baş verməsinə təsir edən müxtəlif faktorlar var.  Belə ki, münasibətdə tərəflərdən biri emosional dəstək, sevgi və anlayış görmədikdə, bu ehtiyacı başqa bir insanda axtarmağa başlayır. Xüsusilə uzunmüddətli münasibətlərdə tərəflər bir-birinə qarşı diqqətsiz olduqda, bu boşluq zamanla daha da dərinləşir. Güclü münasibətlərin təməlində açıq və səmimi ünsiyyət dayanır. Əgər cütlük problemlərini açıq şəkildə müzakirə edə bilmirsə, zamanla münasibət gərginləşir və tərəflər bir-birindən uzaqlaşır. Bu da xəyanət üçün zəmin yarada bilir. Bəzi insanlar isə özlərini daha cazibədar, güclü və dəyərli hiss etmək üçün xəyanət edirlər. Xüsusilə həyatın monotonlaşdığı, eyni rutinlərin davam etdiyi evliliklərdə fərdlər yenilik və fərqli emosiyalar axtarışına çıxa bilirlər. Bəzən xəyanət partnyorun hərəkətinə cavab olaraq da baş verir. Əgər bir insan xəyanətə uğradığını düşünürsə və ya münasibətdə haqsızlıq hiss edirsə, qisas almaq məqsədilə xəyanət edə bilər. Eləcə də ailədə və ya yaxın çevrədə xəyanətin normal qarşılanması, şəxsin uşaqlıq dövründə belə hallara şahid olması onun gələcəkdə bu davranışı daha rahat qəbul etməsinə səbəb ola bilər. Həmçinin, sosial mediada və bəzi cəmiyyətlərdə xəyanətin adiləşməsi də insan psixologiyasına təsir edə bilər. Bəzi insanlar üçünsə xəyanət ani impulslarla edilən bir hərəkətdir. İmpulsiv davranış, emosional sabitliyin olmaması və ya bəzi hallarda psixoloji pozuntular (məsələn, narsistik və ya anti-sosial şəxsiyyət pozuntuları) xəyanətin əsas səbəbi ola bilir”.

Ekspertin sözlərinə görə xəyanət yalnız xəyanət edən və xəyanətə uğrayan şəxsin deyil, bütövlükdə ailənin, hətta ətraf mühitin psixoloji durumuna mənfi təsir edir:

“Xəyanətə uğrayan tərəf adətən dərin psixoloji travma yaşayır. Etibarın itməsi, özünə inamın azalması, depressiya və hətta post-travmatik stress pozuntusu (PTSP) kimi problemlər ortaya çıxa bilir. Nəzərə alaq ki, xəyanət edən tərəf bəzən günahkarlıq hissi yaşayır, bəzən də etdiklərinin yanlış olduğunu qəbul etmir və davranışını davam etdirir. Qeyd edim ki, uşaqlar və ailə üzvləri bu prosesdən ciddi təsirlənə bilərlər. Xüsusilə, evdə gərginlik və anlaşılmazlıqlar varsa, uşaqlar ailədaxili münasibətlərin necə formalaşdığına şahid olur və bu da gələcəkdə onların öz münasibətlərində də eyni davranış modelini təkrarlanmasına gətirib çıxara bilər. Ona görə də sualın cavabı konkret deyil və hər münasibət üçün fərqli ola bilər. Qeyd edim ki, xəyanət münasibətə ciddi bir zərbə vurur və onun bərpası üçün hər iki tərəfin güclü iradə göstərməsi vacibdir. Xəyanət münasibətlərdə inamı sarsıdan, emosional travmalara səbəb olan ciddi bir problemdir. Onun səbəblərini anlamaq və mümkün həll yollarını araşdırmaq xüsusilə vacibdir. Xəyanətə uğrayan insan üçün əsas məsələ öz psixoloji sağlamlığını qorumaq, münasibətin real vəziyyətini düzgün qiymətləndirmək və bağışlamaq məsələsində tələskən qərar verməməkdir.

Nəzərə alaq ki, hər münasibət fərqlidir və xəyanətdən sonra hansı addımın atılacağı şəxsi dəyərlərə, münasibətin keyfiyyətinə və hər iki tərəfin səyinə bağlıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri