Icma.az
close
up
RU
Elnur Rüstəmov: Sevgi qalıb, amma onun mahiyyəti və ifadə tərzi dəyişib

Elnur Rüstəmov: Sevgi qalıb, amma onun mahiyyəti və ifadə tərzi dəyişib

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İllər öncə, Azərbaycan cəmiyyətində  kişinin qadına olan sevgi hissi indiyə nisbətən daha dəyərli idi.  Qadın isə əks cinsin gözündə daha əlçatmaz görünürdü. Bəzən, bir oğlan sevdiyi xanımdan "hə" cavabı almaq üçün hətta illərlə gözləyər, bundan qətiyyən də usanmazdı. Xüsusən də, kənd yerlərində hansı oğlanın uzun müddətdir ki, hansı qızı sevdiyi hamıya məlum olardı. Bəzən, bu yayılmış bilgiyə görə, başqaları həmin qıza elçi düşməz, onun sevdalısı olan oğlana nə cavab verəcəyini gözləyərdilər. Bəzən isə uğursuz cavabdan sonra özünə xəsarət yetirənlər, intihara cəhd edənlər  də olurdu. Çünki,  qadın da, sevgi də əlçatmaz görünürdü. İndi isə sanki bu dəyər yoxa çıxıb. Əks cins üçün qadının əlçatmazlıq, sevginin isə aliliyi anlayışı itib. Buna səbəb nə oldu? Necə oldu ki, ədəbiyyatının, mədəniyyətinin, musiqisinin,  yaşam tərzinin özəyini əfsanələşmiş sevgi nağılları təşkil edən bir cəmiyyətdə sevgi hissi bu qədər adiləşdi?


Suallarımızı cavablandıran Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmov “Sherg.az”a bildirib ki, sevgi anlayışı hər dövrdə aktual olub, lakin zaman keçdikcə onun forması, ifadə üsulu və insanlar üçün əhəmiyyəti dəyişib:

“Əgər keçmişdə sevgi daha çox ailə qurmaq, birlikdə ömür sürmək və sosial dəyərlərə uyğunlaşmaq üzərində qurulurdusa, bu gün fərdi azadlıq, şəxsi inkişaf və emosional rahatlıq sevgi münasibətlərində daha ön plana çıxıb. Sevginin varlığı və ya yoxluğu sualı, əslində, onun necə yaşandığı və ifadə olunduğu ilə bağlıdır. Sevgi heç vaxt tamamilə yox olmur, sadəcə, dövrün sosial, iqtisadi və mədəni tələblərinə uyğun olaraq dəyişir. Bugünkü dünyada insanlar sevgini fərqli formalarda yaşamağa meyillidirlər. Bəzi insanlar üçün sevgi hələ də dərin emosional bağlılıq, fədakarlıq və uzunmüddətli münasibətlər deməkdir. Lakin bir çoxları üçün sevgi daha çox rahatlıq və şəxsi sərhədlərin qorunması ilə bağlıdır. Bugünkü cəmiyyətin dinamikliyi sevgi anlayışını da dəyişdirib. İnsanlar artıq sevgini təkcə romantik münasibətlərdə deyil, müxtəlif aspektlərdə görməyə başlayıblar. Son illərdə fərdi inkişafın və psixoloji rifahın vacibliyi kimi vurğulanan özünəsevgi aktual bir mövzuya çevrilib. İnsanlar özlərini sevməyi, psixoloji sərhədlərini qorumağı və münasibətlərində daha az fədakarlıq etməyi önəmli hesab edirlər. Bir çox insan üçün sevgi artıq məcburi öhdəliklərə əsaslanan deyil, daha çox könüllü seçim əsasında qurulan bir münasibətdir. Bir qism insanlar partnyorları ilə qarşılıqlı hörmət və şəxsi azadlıqlar çərçivəsində sevgi qurmağa üstünlük verirlər. Sosial media və texnologiyanın inkişafı ilə birlikdə sevgi anlayışı da rəqəmsallaşıb. Online tanışlıq platformaları, mesajlaşma tətbiqləri və sosial şəbəkələr insanlar arasında yeni sevgi formalarının yaranmasına şərait yaradır. Artıq sevgini yalnız fiziki ünsiyyətlə deyil, virtual şəkildə də yaşamaq mümkün olur. Müasir dövrdə insanlar sevgini daha çox qarşılıqlı fayda və uyğunluq üzərində qurulan bir münasibət kimi görməyə başlayıblar. Maddi və sosial uyğunluq, ortaq maraqlar və gələcək planların üst-üstə düşməsi romantik münasibətlərin az qala əsas şərtlərindən birinə çevrilib”. 


Ekspertin sözlərinə görə statistik məlumatlar və sosial araşdırmalar göstərir ki, gənclər arasında ciddi münasibətlərə və evliliyə maraq əvvəlki nəsillərlə müqayisədə azalıb:

“Bunun bir neçə əsas səbəbi var. Belə ki, müasir gənclər münasibət qurmağa başlamazdan əvvəl öz karyeralarını və maddi müstəqilliklərini qurmağa üstünlük verirlər. Əvvəllər cəmiyyətin evliliyi və uzunmüddətli münasibətləri təşviq etməsi insanları daha erkən yaşda münasibət qurmağa sövq edirdi. Lakin bu gün fərdi azadlıqlar daha çox qiymətləndirilir və nəticədə münasibət qurmaq üçün sosial təzyiq azalıb. Gənclər arasında “commitment phobia” (münasibət öhdəliklərindən qorxma) fenomeni getdikcə daha çox yayılır. Bu, uzunmüddətli münasibətlərin yaratdığı emosional və maddi məsuliyyətdən qaçmaqla bağlıdır. Online tanışlıq platformaları və sosial medianın təsiri ilə münasibətlərin başlanğıcı və davamı daha asan olub. Lakin bu, eyni zamanda daha səthi və qısaömürlü münasibətlərin yaranmasına da səbəb olub. Bununla belə, sevgiyə üstünlük verən və onu həyatının əsas dəyərlərindən biri kimi görən gənclər hələ də var. Sadəcə, onların sayı əvvəlki dövrlərlə müqayisədə nisbətən azalıb. Gənclər indi sevgini yalnız emosional bağlılıq kimi deyil, həm də həyati bir seçim, şəxsi xoşbəxtlik və rahatlıq gətirən bir amil kimi görürlər. Unutmayaq, sevgi bu gün də var və heç vaxt tamamilə yox olmayacaq. Onun forması və insanlara təsiri dəyişib. Müasir dünyada sevgi daha çox azadlığa, fərdi inkişafın qorunmasına və rahatlığa yönəlib. Əvvəllər sevgi ailə qurmaq və ömürlük birgə yaşamaq üzərində qurulurdusa, indi bu daha çox emosional dəstək, qarşılıqlı hörmət və şəxsi sərhədlərin qorunması üzərində formalaşır. Yəni sevgi qalıb, amma onun mahiyyəti və ifadə tərzi dəyişib. İnsanlar sevgini daha praktik və fərdi çərçivələrdə yaşamağa üstünlük verirlər. Bu dəyişikliklər sevginin dəyərini azaltmır, sadəcə onu başqa bir formaya salır. Ona görə də günümüzdə sevgini, ailə münasibətlərini daha sağlam təməl üzərində qurmaq üçün milli -mənəvi, ailə dəyərlərini daha çox təbliğ etməliyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri