Icma.az
close
up
RU
Elnur Rüstəmov: Pedofiliya meylləri nəzarətsiz qalanda cinayətə çevrilir

Elnur Rüstəmov: Pedofiliya meylləri nəzarətsiz qalanda cinayətə çevrilir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ailə dəyərlərinə bağlılıq zəifləməsi uşaq və yeniyetmələrin müdafiəsiz qalmasına səbəb olur



Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı iddia olunur.

Hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib. Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Ümumiyyətlə, son zamanlarda yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq hallarının artdığı müşahidə olunur. Əvvəllər bu cür hadisələr nadir idi, indi isə artıq sayılacaq qədər çoxdur. Bu vəziyyət cəmiyyətin psixoloji durumuna dair suallar doğurur. Sadəcə gənc nəsil deyil, orta və yaşlı təbəqədə də belə hallara münasibət və davranışlar dəyişib. İnsanlarda pedofiliya meyllərinin artması, sosial və mədəni normaların zəifləməsi, ailə və təhsil sistemində maarifləndirmənin yetərsizliyi kimi amillər bu problemin başlıca səbəbləri kimi göstərilir. Nəticədə, cəmiyyətdəki qorxu, narahatlıq və əxlaqi gərginlik daha çox görünür və məsələyə kompleks yanaşma tələb olunur.


Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sherg.az-a deyib ki, son zamanlar yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq hadisələrinin artması ciddi narahatlıq doğurur:


"Əvvəllər bu kimi hallar cəmiyyətdə nadir və istisna kimi görünürdüsə, indi onların sayının artması həm hüquq-mühafizə, həm də sosial institutlarımız üçün xəbərdarlıq siqnalıdır. Bu, təkcə bir ailənin, bir kəndin və ya bir rayonun problemi deyil, bütövlükdə dövlət və cəmiyyət üçün narahatlıq yaradan təhlükədir. Problemin yatanmasına bir çox sosial-psixoloji məqamlar təsir göstərir. Birinci növbədə ailə institutunun zəifləməsini qeyd etmək istərdim. Etiraf edək ki, gənclərin və orta yaşlı insanların bir hissəsində ailə dəyərlərinə bağlılıq zəifləyib. Bu da uşaq və yeniyetmələrin müdafiəsiz qalmasına səbəb olur. Eyni zamanda sosial mediada mənəvi deqradasiyasının şahidi oluruq. İnternet və sosial şəbəkələrdəki məhdudiyyətsiz, nəzarətsiz kontentlər xüsusilə həssas insanlarda pedofiliya meyllərini gücləndirə bilir. Pedofiliya psixoloji xəstəlikdir. Bu insanlar vaxtında psixoloji və psixiatrik müayinə və müalicəyə cəlb olunmadıqda, zamanla potensial cinayətkara çevrilirlər. Cəmiyyətdə bəzən belə hallara münasibətdə “ört-basdır etmə” tendensiyası da mövcuddur. Bu da cinayətkar psixologiyasını daha da gücləndirir. Ona görə də həm dövlət, həm də cəmiyyət tərəfindən vacib tədbirlər görülməlidir".


Psixoloqun fikrincə, hüquqi müstəvidə yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq və pedofiliya cinayətlərinə ən sərt cəzalar tətbiq olunmalıdır:

"Bu mövzuda məhkəmə işlərinin süründürülməsi yolverilməzdir. Təhsil və maarifləndirməyə xüsusi diqət etməliyik. Məktəblərdə şagirdlərə təhlükəsizlik, şəxsi sərhədlər və zorakılıqdan qorunma mövzularında xüsusi dərslər keçirilməlidir. Valideynlər maarifləndirilməli, uşaqlarla açıq ünsiyyət qurmağı öyrənməlidirlər. Eyni zamanda psixoloji dəstək sistemləri qorulmalıdır. Məktəblərdə və icmalarda psixoloqların sayı artırılmalı, uşaqlara və ailələrə pulsuz psixoloji dəstək xidmətləri göstərilməlidir. Xüsusən risk qrupunda olan şəxslərin vaxtında diaqnostikası və terapiyası həyata keçirilməlidir. Cəmiyyət olaraq da hər birimiz məsuliyyətli davranmalıyıq. Hər bir vətəndaş belə hallara qarşı həssas olmalı, gördüyü və eşitdiyi şübhəli halları müvafiq qurumlara bildirməlidir. Media da məsələni sensasiyaya çevirmədən, ictimai məsuliyyəti artıran formada işıqlandırmalıdır. Bu cür hadisələr cəmiyyətin sağlam mənəvi-psixoloji mühitinə birbaşa zərbədir. Ona görə də dövlət, ailə və ictimai institutlar birlikdə hərəkət etməli, həm preventiv tədbirlər görməli, həm də törədilmiş cinayətlərə qarşı ən sərt mövqeni sərgiləməlidirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri