Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Pedofiliya: xəstəlik, yoxsa cinayət? ARAŞDIRMA

Pedofiliya: xəstəlik, yoxsa cinayət? ARAŞDIRMA

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar azyaşlıların özlərindən böyük şəxslər tərəfindən cinsi istismara məruz qalmalarının və ya evliliyə məcbur edilmələrinin şahidi oluruq. Xüsusən də qız uşaqlarına qarşı bu hallar baş verir. İnsanlar bunu pedofiliya ilə əlaqələndirsə də, lakin çoxunun bununla əlaqəsi yoxdur. Bəs ümumiyyətlə, pedofiliya nədir? Pedofil kimlərə deyilir?

Lent.az mövzu ilə bağlı araşdırma edib.

Pedofiliya nədir?

Pedofiliya "uşaq" və "sevgi" sözlərinin birləşməsindən yaranıb. Digər adı infantoseksualizm və ya paderoziyadır. Başqa deyimlə uşaqbazlıq mənasını verir. Yetkinlik yaşında olan adamların həddi-buluğa çatmamış 4-11 yaşlı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bu əlamətin daşıyıcılarını isə pedofil adlandırırlar.

Daha çox kişilərdə müşahidə olunan pedofiliyaya nadir hallarda qadınlarda da rast gəlmək olur. Pedofilya yalnız orta yaşlı kişilərdə müşahidə olunmur. Hətta keçid dövründə olan oğlan uşaqlarında da bu əlamətə rast gəlmək olar. 

Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və tabu olan mövzudur ki, bu barədə elmi araşdırmalar da azdır. Amma kanadalı psixiatr Malo qeyd edib ki, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir.

Pedofillər 2 qrupa bölünür: psixiatriyada bunlara procontact – yəni canlı uşaqlarla kontakta girən və noncontact – canlı uşağa yaxın getməyənlər adı verilib.

Əslində, valideyn gözü ilə baxdıqda, uşaqlarla kontakta girən tiplər daha qorxuludur.

Belə insanları ilk baxışdan ayırd etmək praktiki olaraq mümkün deyil. Amma bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü qohumlar, uşağın ailəsinə yaxın və ailəni tanıyan insanlar tərəfindən törədilir.

Pedofilliyə meylli adam hər yaş qrupundan, peşədən və millətdən ola bilər. Onlar bu əlaməti rahatlıqla gizlədə bilir və cəmiyyətdə normal şəkildə yaşayırlar. Pedofillərin çox az qismi nəzərə çarpır. Onları ilk baxışdan tanımaq elə də mümkün deyil. Lakin qəbul edilmiş portret var. Məsələn, onlar ortaboylu, köklüyə meylli olurlar, beyinləri zəif inkişaf edir, eyni zamanda uşaqlarla rahat dil tapırlar.

Pedofillər daha çox nəzarətsiz qalmış, valideyni tərəfindən kifayət qədər diqqət yetirilməyən uşaqları qurban olaraq seçir.

Uşağın pedofil qurbanına çevrildiyini necə anlamalı?

Bəzən valideynlərə elə gəlir ki, övladlarını hamıdan yaxşı tanıyırlar, hər dərdini gözlərindən anlayırlar. Amma təəssüf ki, təcrübədə bunun əksini görürlər.

Valideyn nə baş verdiyini anlamaq üçün övladının seksual inkişaf mərhələləri barədə məlumatlı olmalı, hansı yaşda necə davrandığını bilməlidir.

Məsələn, 5 yaşa qədər olan uşağın böyüklərə xas cinsi əlaqə davranışını oyuncağı və ya canlı insan üzərində imitasiya etməsi, sözlərində cinsi əlaqə barədə terminlər işlətməsi və s. Əgər bu hallar varsa, deməli, kimsə sizin övladınıza bu barədə gizli "dərs” keçib.

Yolda, məktəb ətrafında, yaxınlar arasında pedofili necə tanımalı?

Britaniyalı mütəxəssislər bildirirlər ki, əgər gənc və ya orta yaşlı kişidə aşağıdakı əlamət və davranışlar varsa, ondan ehtiyat etmək lazımdır:

- Uşağa səbəbsiz yerə hədiyyələr, pul verir, onun ürəyindən keçənləri öyrənir və sonra onları alır;

- Uşaq vanna otağı və tualetdə olarkən, tez-tez ora girir;

- Yaxınlarına israrla uşağı onun yanında qoyub getmələrini istəyir, bildirir ki, guya, uşağa baxacaq;

- Guya, təsadüfən uşağın intim orqanlarına toxunur, sığallayır;

- Əgər müəllimdirsə, uşaqlar arasından birini qurban kimi seçir, onunla xüsusi davranır, onu tərifləyir;

- Uşaqlara intim suallar verir: kimi sevirsən, intim orqanının adı nədir, kimisə öpmüsənmi?

- Uşaqla fiziki təmasda çox olur: öpmək, qucaqlamaq, dizi üstündə oturtmaq, yatırmaq, qıdıqlamaq, sığallamaq, bədənini çimdikləmək - əslində, bu hərəkətlər sevgi göstəricisi də ola bilər. Amma alimlər yad bir kişinin, oğlanın yerli-yersiz və çox sayda bu hərəkətləri etməsini seksual təcavüz formalarına daxil edir;

- Uşaqla qapalı otağa çəkilir, guya söhbət edir, oynayır, kimsə qapını döymədən içəri girəndə özünü itirir, acıqlanır;

- Uşaqlarla, yeniyetmələrlə söhbətdə yetkin insanlara məxsus seksual sözlərdən, leksikondan istifadə edir.

Uşaqla kontakta girib, fiziki həzzi canlı yaşamaq istəyən pedofillər uşağı və ailəsini aylarla, bəzən illərlə özünə alışdırır, onları öyrənir, qurbanı az qala doğulandan tanıyır.

Sonra nə baş verir: bütün bu oyunlar 2 ssenari ilə davam edir: ya birbaşa hücum – təcavüz, intim əlaqə baş verir, ya da uşağı özündən asılı vəziyyətə salaraq özünə bağlayır. Uşaq sanki könüllü olaraq onun xidmətində durur, ya pedofili sevir, ya utanır, ya da qorxur. Ona görə təcavüzə məruz qalması barədə susur.

Psixiatrların fikrinə görə, pedofiliyanı psixi və hormonal pozğunluq adlandırmaq daha doğru olar. Bununla belə, pedofiliya əlamətlərinə psixi cəhətdən tamamilə sağlam insanlarda da rast gəlmək mümkündür.

Məsələ ilə bağlı Lent.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, pedofiliya, psixi pozuntu kimi həm Xəstəliklərin Beynəlxalq Təsnifatında  (ICD-11), həm də Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı (DSM-5)-də yer alan bir diaqnozdur: 

“Ümumiyyətlə, psixiatriyada bu, yetkin şəxsin 13 yaşına qədər olan uşaqlara qarşı cinsi cazibə hiss etməsi və ya bu istiqamətdə davranışlar nümayiş etdirməsi ilə xarakterizə olunan bir parafiliya pozuntusu hesab olunur.

Pedofil insanlar müxtəlif psixoloji vəziyyətlərdə, müxtəlif davranışlar sərgiləyə bilərlər. Onlar çox zaman kompulsiv davranışlara səbəb olan düşüncələrə qarşı müqavimət göstərməkdə çətinlik çəkirlər. Həmçinin bu insanlarda empatiya çatışmazlığı müşahidə edilir. Belə ki, onlar uşaqların hiss və ehtiyaclarını anlamır və yalnız öz maraqlarını düşünürlər. Digər tərəfdən uşaqlıqda cinsi istismara məruz qalma və ya başqa travmatik yaşantılar da pedofiliyaya səbəb ola bilər. Eyni zamanda narsisistik və antisosial meyllər də bu pozuntunun yaranmasına rəvac verir.
Ümumən götürəndə pedofiliyanın yaranmasına genetik, nevroloji və sosial faktorlar təsir göstərir. Bəzi insanlarda cinsi yönəldilməni idarə edə bilməməkdən qaynaqlanan psixoloji problemlər də müşahidə edilir”.

Psixoloq bir insanın pedofil olduğunu necə hiss edə biləcəyimiz barədə də fikirlərini bölüşüb:

“Qeyd edim ki, pedofil insanların davranışlarını aşkar etmək bir qədər çətindir.  Çünki onlar tez-tez manipulyativ və sosial cəhətdən uyğun davranırlar. Lakin aşağıdakı nüanslara diqqət yetirmək olar:

- Uşaqlara həddindən artıq maraq və yaxınlıq:

- Yaşıdları ilə münasibətdən daha çox uşaqlarla vaxt keçirmək istəyi.

- Uşaqlara qarşı uyğun olmayan zarafatlar və ya fiziki təmaslar.

- Sosial normaları pozan davranışlar.

- Valideynlərdən uzaq uşaqla tez-tez ünsiyyətdə olmaq.

- Sosial mediada uşaq məzmunlarına həddindən artıq maraq.

- Uşaqlarla virtual ünsiyyət qurmaq cəhdləri və s. 

Sonuncu 2 hal hazırda daha çox müşahidə edilir”.

“Pedofiliya diaqnozu qoyulmuş şəxslər üçün psixoterapiya və dərman müalicəsi tətbiq edilir. Koqnitiv biheveral terapiya (CBT) pedofilik meylləri idarə etmək üçün istifadə edilən əsas üsullardan biridir. Erkən müdaxilə və psixoloji dəstək bu şəxslərin təhlükəli davranışlarının qarşısını almağa kömək edə bilər.

Ümumiyyətlə, əgər kimsə bu cür davranışlardan şübhələnirsə, dərhal aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və yaxud psixoloji dəstək qurumlarına məlumat verməlidir”, - deyə o əlavə edib.

Dünyada vəziyyət necədir?

Dünyada son 10 ildə cinsi istismara məruz qalan uşaqların sayı 250 minin həndəvərindədir. Hər 5 uşaqdan 2-si fiziki, duyğusal ya da cinsi istismara məruz qalır. Cinsi istismar faktlarının sadəcə yüzdə 15 faizi ədliyyə instansiyalarını çatır. Qalanı hər hansı bir şəkildə ört-basdır edilir və uşaq öz yaşadığı travma ilə baş-başa qalır. Araşdırmalara görə, uşaqlıqda istismara məruz qalmış şəxslərin yüzdə əllisi böyüyəndə uşaqları istismar edir. Halbuki istismara məruz qalan uşaqlar psixoloji dəstək alsa, bu travmanı ötürə bilərlər.

Dünyada uşaq istismarı mövzusunda onluqda Cənubi Afrika, Banqladeşin ardınca Türkiyə, İngiltərə, ABŞ, Rusiya və Avstraliya dayanır. Dünya ilə müqayisədə Avropa ölkələri və ABŞ-da vəziyyət ürəkaçan deyil. Avropada aparılan araşdırmalara görə, təqribən 10 faizdən 20 faizə qədər uşaqlar cinsi istismara məruz qalırlar.

Xristianların nəinki sadə insanları, hətta dindarları arasında da pedofillər az deyil.

Amerikalı psixoloq və tarixçi Lloyd deMausun fikrincə, 13-cü əsrə qədər monastırlarda uşaqları cinsi məqsədlər üçün istifadə etmək adəti az-çox hər kəsə məlum idi.

Gəlin görək, kilsələrdə nə qədər belə hadisənin baş verdiyi aşkarlanıb?

Avstraliyada 1993–2010-cu illərdə 100 katolik keşiş azyaşlılara qarşı alçaldıcı hərəkətlərinə görə məhkum edilib.

Fransa Katolik Kilsəsində isə 1950-ci ildən bəri əksəriyyəti oğlanlar olmaqla 216 min uşağa cinsi təcavüz edilib. Qurbanların əksəriyyəti 10–13 yaş arası oğlanlar olub.

Ötən illərdə ABŞ mətbuatı Pensilvaniya ştatında katolik keşişlərinin azyaşlı uşaqlara qarşı seksual zorakılığı barədə məruzə yaymışdı. 1300 səhifəlik sənəddə 1000-dən artıq uşağın 300-dən çox rahibin təcavüzünə məruz qaldığı göstərilib. Bunların içində zorlamadan tutmuş, aborta məcbur etmə, uşaq pornovideolarının hazırlanmasına qədər hər şey var.

2009-cu ildə İrlandiyada dərc edilmiş hesabata əsasən 46 keşiş pedofiliyada ittiham olunub. 1975-ci ildən 2004-cü ilə qədər olan dövrü əhatə edən epizodlardan məlum olub ki, oğlanlar qızlardan iki dəfə çox təcavüzə məruz qalıb. Ümumilikdə bu müddət ərzində İrlandiyada 2000-ə qədər uşağın kilsə pedofillərinin qurbanı olması mümkündür.

Maltada isə 2010-cu ildə katolik uşaq evində 10 uşağı yoldan çıxartmaqda günahlandırılan üç pedofil keşiş haqqında məlumat yayılmışdı.

Dünyadakı cəzalar

2015-ci ildə Avropa İttifaqı pedofillərə qarşı cəzanın minimum 10 ilə qədər yüksəldilməsi ilə bağlı qanun qəbul edib. İran, İraq, Cənubi Koreya, Somali, Səudiyyə Ərəbistanında birmənalı olaraq bu aktı həyata keçirənlər ölüm cəzasına məhkum olunurlar. Bəzi ölkələrdə isə pedofilliyi sübut olunmuş şəxslərin kimyəvi və ya cərrahi üsulla axtalanması həyata keçirilir. Rusiyada 12-14 yaş arasında uşağa qarşı cinsi istismar edənləri 3 ildən 10 ilədək həbs gözləyir. Türkiyədə son illər bu cür halların qarşının alınması üçün ölüm hökmünün bərpa edilib-edilməməsi müzakirə olunur.

Bəs Azərbaycan qanunvericiliyi nə deyir?

Azərbaycanda isə 2015-ci ildə qanunvericlik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.

Qeyd edək ki, bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Yalnız müəyyən dərman preparatları ilə pedofillərdə cinsi istəyi azaltmaqla onların islahı mümkün ola bilər. Lakin bu, övladlarımızın cinsi istismara məruz qala bilmə təhlükəsini sovuşdurmur. Psixoloqlar və psixiatrlar bildirirlər ki, uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Hər bir valideyn övladına nəzarəti əldən verməməli, onların təlim-tərbiyəsi ilə bilavasitə məşğul olmalıdır. Əks halda, onun da övladı dünya üzrə cinsi zorakılığa məruz qalan 20 faiz uşaqdan biri ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri