Icma.az
close
up
RU
Elşad Miri: “Musa dənizi yarmayıb, İsa ölüləri diriltməyib” MÜSAHİBƏ

Elşad Miri: “Musa dənizi yarmayıb, İsa ölüləri diriltməyib” MÜSAHİBƏ

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İkiqütblü dünya sisteminin süqutundan sonra bütün dünyada İslam amili siyasi və ideoloji mənada böyük mübahisələrə səbəb oldu. ABŞ ideoloqları liberalizmin mütləq qələbəsindən danışsalar belə, İslam amili ABŞ və onun müttəfiqlərini təhdid edən əsas faktora çevrildi. Ölkəmizin müstəqilliyi də ikiqütblü dünyanın sonuna düşdüyü üçün din mövzusu ölkəmizdə də mürəkkəb vəziyyət alır, dini zəmində istər mübahisələr, müzakirələr, polemikalar, istərsə də münaqişələr güclənir. Bəzən isə hətta bu münaqişələr silahlı formaya, ya da Suriya, İraq, Əfqanıstan kimi ölkələrə mücahid ixracına qədər gedib çıxırdı.

Bütün bu deyilənlər konteksində İslam dini, Quranın düzgün başa düşülməsi, onun bəşəri və humanist dəyərlərə uyğun təbliğ olunması xüsusi əhəmiyyət daşıyır. Əks halda, bəzi Yaxın Şərq ölkələrinin acı təcrübəsi qarşımıza çıxacaq.

Dinşünas Elşad Miri ilə Quran, onun məzmunu və mahiyyəti, məzhəblər, Azərbaycandakı müasir dini vəziyyət, sələfi-cihadçı təmayülü ilə bağlı suallarımıza cavab verib.

“Teleqraf” İnformasiya Agentliyi dinşünas Elşad Miri ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissə

- Bir müsəlmanın ən böyük arzusu, idealı islam dövləti qurmaqdırmı? Yoxsa bu bir qrup avantürist sevdasıdır?

- Bu avantürizmdir, utopiyadır. İslam dinin mahiyyəti insanı fərdiləşdirmək, onu başqa insana qul olmaqdan azad etməkdir. Onu düzgün insan kimi tərbiyə etməkdir. İslamın istədiyi üç prinsipi var. Hər şeydən qabaq qərarlar məşvərətlə, yəni müzakirə yolu ilə verilməlidir. İkinci prinsip isə ədalət prinsipidir. İslam bizə öyrədir ki, yaxınlarının əleyhinə olsa belə, ədalətli ol. Və üçüncü prinsip isə ləyaqət prinsipidir, insanların öz ləyaqətlərinə, qabiliyyətlərinə uyğun şəkildə vəzifəyə təyinatı, həyatda öz yerini tutması...

- Bu əslində demokratiyanın prinsiplərinə uyğun gəlir...

- Bəli, doğrudur.

- Demək, islam dövləti ideyası fiksasiyadır, uydurmadır...

- Azərbaycanda islam dövləti qurulsa, birinci elə məni asacaqlar. Fərq etməz ki, bu dövlət sünni dövlətidir, ya da şiə. Özləri bir hökm qoyacaqlar və ona uyğun gəlməyən insanları aradan götürəcəklər. Bu insanlar etirazı sevmir, mühakimə etməyi sevmir. Halbuki, Quranda İbrahim peyğəmbər axirət anlayışını sorğulamağını görürük, Musa peyğəmbərin Allahın görünüb-görünməyəcəyini sorğulayırıq. Ancaq onlar heç nəyi sorğulamağa icazə vermirlər.

Biz eyni situasiyanı Xristianlıq dinində də görürük. Protestantlığın ortaya çıxma səbəbi budur. Protest demək, etiraz deməkdir. Onlar katolisizmə etiraz olaraq, onun hökmlərini sorğulayaraq ortaya çıxmışdılar. Katoliklər inkvizisiya edirdilər, insanlara işgəncə verir, tonqalda yandırırdılar.

- Sizin möcüzələrlə bağlı çıxışınız da birmənalı qarşılanmadı...

- Biz “Sübhənallah” deyirik, bu sözün mənası da odur ki, Allah prinsipial Allahdır, o prinsip sahibidir, qərarlarını da prinsip əsasında verir. Mən ona görə möcüzələrə etiraz edirəm. Çünki Allah öz qanunlarını pozmur, o diktə etmir.

Quran təkcə dini kitab deyil, həm də bədii və ədəbi bir mətn kimi qiymətləndirilir. Onu yalnız zahiri məna ilə başa düşmək kifayət deyil, dərinliklərinə enmək, məcazları və tarixi konteksti nəzərə almaq lazımdır.

Quran ərəb ədəbiyyatının zirvəsi hesab olunur. Bu gün də bir çox alimlər Qurani-Kərimi sadəcə müqəddəs kitab deyil, həm də yüksək səviyyəli bədii bir mətn kimi qiymətləndirirlər. Çünki bu, bizə yazılı formada çatan ilk kitablardan biridir və ərəb dilinin qrammatikasının formalaşmasında mühüm rol oynamışdır.

Möcüzələrə gəldikdə isə, əgər biz bu gün burda bir möcüzə görsək, dərhal onu başqaları ilə paylaşarıq, lakin o insanlar bu möcüzəni öz gözləri ilə görmürlərsə, onların imanı nə artır, nə də azalır. Məsələn, deyilir ki, Musa peyğəmbər əsası ilə dənizi yardı və keçdi. Bəs bu hadisədən sonra insanlar daha imanlı oldularmı? Əksinə, onlar bir inək düzəldib ona sitayiş etməyə başladılar. Yəni dəyişən nə oldu? Əgər möcüzə insanların imanını artırmırsa, bəs onun məqsədi nədir? O halda niyə Musanın əsası ilə Fironu yox etmədi və öz dövlətlərini qurmadılar?

- O zaman bütün bunları necə başa düşməliyik?

- İsa peyğəmbərin ölüləri diriltməsi kimi hadisələr İncil mətnlərində müxtəlif məcazi mənalarda təqdim olunur. İncildə İsa öz tələbələrinə deyir: “Gedib ölü qəlbləri torpaqdan dirildin” – yəni bu, fiziki deyil, mənəvi dirçəlişə işarədir. Eynilə Musa peyğəmbərlə bağlı hadisələr də dənizin yarılması ilə yox, Misir mifologiyası və tarixi ilə əlaqəlidir.

Allah hər dövrə uyğun olaraq Quranda dövrün anlayışlarını istifadə edir. Məsələn, ilk olaraq Fironu “Misir kralı” kimi, sonra isə “Firon” kimi qeyd edir. Bu da onu göstərir ki, Quran peyğəmbərin öz sözləri deyil, daha dərin bir mənbədən gələn bilikdir. Biz Quranda Qədim Misirlə bağlı elə dəqiq detalları oxuyuruq ki, bütün bunlar elmə XIX əsrdə, Misir yazısının oxunması müyəssər olduqdan sonra məlum olub. Bu kimi məsələləri araşdırdıqca insan anlayır ki, bizə təqdim edilən “möcüzə” bəzən sadəcə məcaz və simvoldur. Bu gün insanlar reallıqda möcüzə ilə qarşılaşmadıqları üçün Qurana doğru-düzgün inanma çətinliyi yaşayırlar.

Misal üçün, qəzetdə oxuyuruq: "Aslanlar" "qırmızı şeytanları" məğlub etdi. Futbol barədə biliyi olmayan insan bunu necə başa düşəcək? O düşünəcək ki, yəqin hardasa aslanlarla şeytanlar, hətta qırmızı şeytanlar döyüşüblər, aslanlar bu döyüşdən qalib çıxıb. Əslində isə söhbət Qalatasaray və Mançester Yunayted komandalarının görüşündən gedir. Məsələnin mahiyyəti də budur. Bunu başa düşə bilməyənlər isə Qurandakı məsələləri möcüzə kimi qələmə verirlər.

- İranda mövcud olan mərcei-təqlid sistemi ilə bağlı soruşmaq istəyirəm. Bu sistemə görə hər bir şiə sağ olan mərcei-təqlidlərdən birini təqlid etməlidir...

- İslam bizdən kor-koranə təqlid etməyi deyil, araşdırmağı və düşünməyi tələb edir. Quran özü buyurur: “Niyə ağlınızı işlətmirsiniz?” Yəni insan hər şeyi özü araşdırmalı, vasitəçilərlə yox, özü birbaşa şəkildə öyrənməlidir. İranda isə 1979-cu ildən bəri mövcud olan rejim dinin ideologiyaya çevrilmiş formasını tətbiq edir. Bu gün İranda din çox güclü şəkildə idarəetmə alətinə çevrilib və bu, cəmiyyət üzərində ciddi təsir yaradır.

- Bəzən belə bir fikir səslənir ki, Azərbaycanda da mərcei-təqlidlər yetişdirilməli və dindarlar məhz onları təqib etməlidir...

- Xeyr, mən inanmıram ki, belə bir sistem Azərbaycanda uğurlu olsun. Bunun əvəzinə düzgün bir din modeli yaratmaq daha məqsədəuyğundur. Yəni biz Quranı düzgün formada başa düşməli, onu araşdırmalıyıq. Allah da bunu bizdən istəyir. Xaricdən idxal olunmuş fikirlərlə bu mümkün deyil.

İslam dini Səudiyyə Ərəbistanında formalaşıb, lakin görün ki, onlar bunu həm büdcələrinə, həm də cəmiyyətə təsir baxımından çox yaxşı istifadə edirlər. Ancaq onların şahzadələrinin həyatını izləsəniz, bu həyatın dinlə heç bir əlaqəsi olmadığını görə bilərsiniz. Ancaq onlar ildə bir dəfə Kəbəni silməklə insanların gözlərini boyayırlar.

Azərbaycanda din siyasəti formalaşmalıdır. Hazırda Azərbaycanda olan problemlər sadəcə üstüörtülü şəkildə gizlədilir. Lakin bu bir gün partlaya bilər. Din adı altında baş verənlər sonradan məhkəmədə qəhrəman kimi təqdim edilir. Bu təhlükəli tendensiyadır.

- Son zamanlar deizmin artma səbəbi nədir?

- Deizm əsasən sosial şəbəkələrin təsiri ilə baş verir. O qədər möcüzələrlə, təriqət şeyxlərinin kəramətləri ilə insanları aldatdılar ki, axırı da belə oldu. Smartfonlar çıxandan sonra artıq heç bir möcüzə, heç bir kəramət görünmür. Misal üçün, gənclər şeyxlərin uçduqlarını, su üstündə gəzdiklərini görə bilmir. Kamera çıxandan sonra heç bir möcüzə olmayıb.

Sosial şəbəkələrdə Qurandan, İncildən olan möcüzələri paylaşdılar. İnsanlar da müasir dövrdə rasionaldır, ağıllıdır. Onlara da deyildi ki, sizin inandığınız din budur? Bunun nəticəsində də insanların, xüsusən də gənclərin inamı qırıldı.

Ateizmin, deizmin, aqnostizmin yaranma səbəbi budur. Mən bu insanları başa düşə bilirəm. Mən də Quranın bu günkü tərcüməsini oxusaydım, ən böyük deist olardım. Ziya Bünyadov və Vasim Məmmədəliyevə aid olduğu iddia olunan tərcüməyə nəzər salın. Orda yəhudilər lənətlənir, cənnətdə kişilərə veriləcək hurilərdən danışır. Bu tərcümədə pedofillik təbliğ olunur. Belə olan halda insanların dindən soyuması, dindən uzaqlaşması, deizmə meyl etməsi tamamilə təbiidir.

- Azərbaycanda mövcud dini vəziyyəti necə qiymətləndirirsiniz?

- Vəziyyət heç də iddia edildiyi kimi ideal deyil. Dini Komitənin yeni sədri təyin olunub və bu şəxs vaxtını məscidləri gəzməyə sərf edir. Gəlin, hesablayaq: Azərbaycanda 2000-ə yaxın məscid varsa və bu məscidlər yalnız iş günlərində ziyarət olunsa, onların hamısını gəzmək üçün 6-7 il vaxt lazım olacaq. Bu cür dini siyasət heç bir halda məqbul sayıla bilməz.

Cidid təhlükələr var, ancaq bu təhlükələr palazın altına süpürülür. Azərbaycanda din sahəsində ciddi problemlər və təhlükələr mövcuddur. Yaxın vaxtlarda DTX tərəfindən Qusar rayonunda müəyyən şəxslər saxlanılıb. “Meşə qardaşları” məsələsi yadımızdan çıxıbmı? Vaxtilə, Nərimanov rayonundakı Cümə məscidinə isə partlayıcı qurğu atılmışdı. Milli Məclisin deputatı Fazil Mustafa isə iftardan qayıdarkən silahlı hücüma məruz qaldı. Bunlar təhlükə deyilsə, bəs nədir? Daha nə baş verməlidir ki, təhlükə olduğu qəbul edilsin? Fazil Mustafanı güllələyən şəxslər məhkəmədə özlərini qəhrəman kimi təqdim edirlər. Media da onların dediklərini ağına-bozuna baxmadan təqdim edir, bir növ onların fikirlərinin vasitəçisinə çevrilir.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri çıxış edərək deyirsə ki, “Mən Xameneini təqlid edirəm”, bu, olduqca təhlükəli bir yanaşmadır. Belə insanlara dövlət necə güvənə bilər? Əgər bu insanlar Şuşaya gedib deyirlərsə ki, “biz Qarabağı Xameneinin fətvası ilə azad etmişik”, bu, artıq çox böyük problemdir.

Heç bir dini savadı olmayan adam telekanalda veriliş açır, ilahiyyatçı, tələbə yetişdirən adamlar o adamın qarşısında “Seyidim, seyidim” deyirlər. Məgər, bu təhlükə deyil? Ya da, adını da deyəcəm, TMB radiosunda aşkar şəkildə sələfilik təbliğ olunur. Bu verilişlər Dini Komitənin maliyyəsi ilə efirə çıxır. Məgər bu təhlükə deyil?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri