Icma.az
close
up
RU
Musa Qurbanlı: “Tənqidləri qəbul edirəm” (MÜSAHİBƏ)

Musa Qurbanlı: “Tənqidləri qəbul edirəm” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ” Premyer Liqanın XXX turunda səfərdə “Səbail”ə 4:1 hesabla qalib gəldi.
Xal ehtiyatını 73-ə yüksəldən “atlılar” bu qələbə sayəsində çempionluğa bir addım daha da yaxınlaşdılar.

Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı oyundan sonra fikirlərini “Futbolpress.az”a açıqladı:

– 4 qol vurduq və qalib gəldik. Buna görə sevincliyik. Məqsədimiz qələbə qazanmaq idi. Bilirdik ki, asan olmayacaq. “Səbail” zəif rəqib deyil.

– Ardıcıl vurduğunuz erkən qollar demək olarmı ki, matçın taleyini həll etdi?
– Əlbəttə, erkən qol vurmaq hər zaman yaxşıdır. Çünki istər-istəməz komanda daha yaxşı oynayır. Ancaq diqqətli olmaq da lazımdır ki, erkən qollardan sonra tempi istədiyimiz kimi saxlaya bilək.

– Növbəti turda “Neftçi” ilə qarşılaşacağınız oyun haqda nə düşünürsən?
– Bizim üçün vacib derbidir. Yenə qələbə üçün hazırlaşacağıq. Bu oyunda motivasiyamız həmişə daha yüksək olur. Həm atmosfer daha üst səviyyədə olur. Ona görə də əlimizdən gələni edəcəyik ki, yaxşı hazırlaşaq və qalib gələrək, azarkeşlərimizi sevindirək.

– Növbəti turda “Zirə” uduzsa və siz “Neftçi”yə qalib gəlsəz, çempionluğunuzu erkən qeyd edəcəksiz. Bu durum motivasiyanızı daha da artırır?
– Əlbəttə. Məqsədimiz çempionluqdur və hər oyuna qələbə üçün çıxırıq. Rəqiblərin oyunlarından asılı olmayaraq, biz hər bir görüşə ciddi yanaşırıq.

– Bombardirlər siyahısında əsasən əcnəbilərin yerləşməsi günümüzün aktual mövzularındandır. Bir hücumçu kimi bu haqda nə deyə bilərsən?
– Hər halda çatışmazlıqlar var. Mən də bir hücumçu və azərbaycanlı futbolçu olaraq bunu dərk edirəm. Buna görə edilən tənqidləri də qəbul edirəm. Məsuliyyət bizim üzərimizdədir. Ona görə də şəxsən öz adıma deyə bilərəm ki, əlimdən gələni edirəm. Ən azından öz üzərimdə çalışıram. Məşqdən sonra əlavə məşqlər də edirəm ki, çatışmazlıqlarımı aradan qaldırım. Maksimum dərəcədə səbrli olmağa çalışıram. İşlədikdə, öz üzərində əziyyət çəkdikdə, Allah bəhrəsini verir. Bəzən mental olaraq nə qədər çətin olsa da displinimi qorumağa çalışıram. İnşallah ki, bunun bəhrəsini də görərəm.

– Yaxın keçmişdə çempionatın bombardiri idin. “Yurqorden”dən döndükdən sonra nə baş verdi?
– Bəzi alınmayan şeylər adama çox təsir edir. İki sezon əvvəl 20 yaşım olduğu zaman çempionatın bombardirlər siyahısında idim. Kifayət qədər qol vurub, komandama çempionluq yolunda kömək etdiyimi düşünürəm. İki il əvvəl də eyni mən, eyni futbolçu idim. Ola bilər ki, hardasa dəyişikliklər olub. Amma yenə də çalışıram ki, o motivasiya məndə qalsın. Əlbət ki, futbolçu karyerasında enişlər, çıxışlar olur. Bunu dərk edirəm. Yenə də həmin nəticələr qayıtmaq üçün işimi daha yaxşı şəkildə görməyə çalışıram.

– Görünən odur ki, erkən çempionluq yaşayacaqsız. Bəs çempionluqdan sonra avrokubokların təsnifat mərhələlərinə qədər motivasiyanızı necə saxlayacaqsız?
– Erkən çempionluq hardasa müəyyən qədər komandaya rahatlıq verə bilər. Amma biz yenə çalışacayıq ki, işimizə ciddi yanaşaq. Çünki qeyd etdiyiniz kimi qarşıdan avrokubok mövsümü gəlir. Ən azından ora gedib çıxdıqda həm psixoloji, həm də fizioloji cəhətdən formada olmalıyıq. Avrokuboklarda uğurlu çıxış edə bilməyimiz üçüb bu, vacibdir.

– “Yurqorden”dən söhbət düşmüşkən, Konfran Liqasının 1/4 finalının ilk mərhələsində “Rapid”ə 1:0 uduzdu. Sabiq komandanın oyunlarını izləyirsən?
– Bəzən olur, arada qarşıma çıxır və nəticələrini görürəm. Lakin oyunlarını izləmirəm.

– “Araz-Naxçıvan”la kubok oyunundan gözləntiləriniz nədir?
– Məqsədimiz geridönüş edib finala adlamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

Mirkamal Kazım 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Aprel 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri