Icma.az
close
up
RU
Ölüləri “diriltmək” günahdırmı?

Ölüləri “diriltmək” günahdırmı?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Müasir texnologiyaların inkişafı dünyasını dəyişmiş insanların səsini, görüntüsünü və danışıq tərzini süni intellekt vasitəsilə yenidən canlandırmağa imkan verir. Artıq insanlar vəfat etmiş yaxınlarının rəqəmsal obrazını yaradaraq onlarla virtual ünsiyyət qura, keçmiş xatirələrini yenidən yaşaya bilirlər. Bəs bu cür texnologiyalardan istifadə İslam dinində necə qiymətləndirilir? Dünyasını dəyişmiş şəxsin süni intellekt vasitəsilə danışdırılması dini baxımdan günah hesab olunurmu?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd vəfat etmiş şəxslərin səs və görüntülərinin süni intellekt vasitəsilə canlandırılmasının müasir dövrün yeni məsələlərindən biri olduğunu bildirib:

İlahiyyatçı Fazil Əhməd: “Dindar valideynlər haqlı şəkildə tələb edəcəklər ki, bu norma bütün sahələrə tətbiq olunsun” Məişət texnikası

Onun sözlərinə görə, bu cür texnologiyalardan istifadə özlüyündə haram və ya günah hesab olunmur:

“Şəkillərin canlandırılması, dünyasını dəyişmiş şəxsin gülüşünün, mimikalarının və sifət cizgilərinin video şəklində təqdim edilməsi keçmiş xatirələri yada sala bilər. Eyni zamanda, həmin şəxsin səsindən istifadə etməklə onunla virtual söhbət aparmaq, sağlığında etdiyi danışıq və söhbətləri xatırlamaq mümkündür. Müasir fəqihlər bu cür fəaliyyəti özlüyündə qadağan hesab etmirlər.

Ümumiyyətlə, İslamda insan mənəviyyatına, milli-mənəvi dəyərlərə zərər vuran, fəsada və günaha səbəb olan əməllər qadağan edilir. Əgər hər hansı fəaliyyət zərərli deyilsə, günaha yol açmırsa, israfa, vaxt itkisinin artmasına və insanların hisslərinin təhqir olunmasına səbəb olmursa, onun haram hesab edilməsi üçün əsas yoxdur”.

İlahiyyatçı qeyd edib ki, vəfat etmiş insanların rəqəmsal obrazlarının yaradılması bəzi hallarda yaxınları üçün mənəvi təsəlli vasitəsinə də çevrilə bilər.

“Misal üçün, çox gənc yaşda dünyasını dəyişmiş bir insanın bacısı və ya qardaşı süni intellekt vasitəsilə onun səsini eşidərək, görüntüsü ilə ünsiyyət qurduqda müəyyən qədər təsəlli tapır. Bu baxımdan, həmin fəaliyyət bəzi insanlar üçün xeyirli və təsəlliverici nəticə də verir.

Əsas məsələ bu texnologiyadan hansı məqsədlə və necə istifadə olunmasıdır. Əgər burada fəsad, günah, təhqir, mənəvi zərər və ya böyük israf yoxdursa, bu fəaliyyəti haram, günah və yaxud məkruh adlandırmaq üçün əsas görmürəm”, – deyə Fazil Əhməd vurğulayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri