Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Elşad Musayevdən Arif Hacılıya cavab: Dedikləri yalandır

Elşad Musayevdən Arif Hacılıya cavab: Dedikləri yalandır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkədə mövcud milli birlik və siyasi həmrəylik mühitinin yaratdığı yeni reallıqlar, dialoq cəmiyyətin inkişafını sürətləndirir. 

Prezident İlham Əliyevin tapşırığı ilə başladılan və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilən proses bu gün də uğurla davam edir. 

Lakin bəzən Azərbaycan cəmiyyətinin illərlə gözlədiyi, arzuladığı bu siyasi birlik və həmrəylik modelini öz adına çıxmaq və yaxud ona kölgə salmaq istəyənlər də tapılır. Müsavat Partiyasının Məclis sədri Arif Hacılı çıxışlarının birində bildirib ki, bu prosesin başlanmasında xüsusi rol oynayıblar. Əslində, real mənzərə başqadır. 

İstər Vətən müharibəsi, istər ondan əvvəlki, istərsə də sonrakı dövrdə prosesin uğurlu nəticəsinin yeganə səbəbi Prezident İlham Əliyevin bu məsələdə qəti mövqeyi idi. Prosesi pozmağa çalışanlar olsa da, ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük çoxluğu prosesə qoşuldu. 

Əli Kərimlinin rəhbərlik etdiyi AXCP özünü prosesdən tamamilə təcrid etdi. Müsavat Partiyası isə siyasi dialoq mühitinin uğurunu gördükdən sonra prosesə müəyyən mənada loyal münasibət bəslədi. Bu gün siyasi birlik və vətəndaş həmrəyliyindən danışarkən həqiqəti söyləmək daha doğru olar. 

Arif Hacılının fikirlərinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev "Cebheinfo.az"-a açıqlamasında deyib ki, siyasi partiyalar arasında dialoq mühitinin yaranmasında Müsavat Partiyasının hansısa rolu olmayıb:

"Əslində, mən hansısa partiya sədrinin sözlərinə fikir bildirməyi sevmirəm. Lakin belə prinsipial məsələlərə rəy bildirmək lazımdır. 44 günlük müharibə dövründə də, öncəsində və sonrasında da Müsavat Partiyasının həmrəylikdə heç bir rolu olmayıb. 

Milli birlik və həmrəyliklə bağlı addımı Müsavat və ya hansısa müxalifət partiyası deyil, Prezident İlham Əliyev atıb. Dövlət başçısının təşəbbüsü ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən dialoq mühiti formalaşdırılıb. 

Bu, birbaşa cənab Prezidentin göstərişi əsasında həyata keçirilib. Sözügedən şöbənin müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə görüşəndə açıq şəkildə bildirdi ki, ölkədə yeni dialoq mühitinin formalaşdırılması və siyasi partiyalarla münasibətlərin yeni zəmində qurulması ilə bağlı qarşıya məqsəd qoyulub. 44 günlük Vətən müharibəsi dövründə bu məsələlər bir qədər də genişləndi".

Partiya sədri diqqətə çatdırıb ki, əslində, Müsavat Partiyası başladılan prosesi pozmağa çalışıb:

"Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) prosesdə "tormozlayıcı" rol oynamağa çalışıb. Bu partiyaların siyasi dialoq və həmrəylik mühitinin formalaşmasında hansısa rolu yoxdur. Ümumiyyətlə, onlar bəyanatlara belə imza atmayıblar. Arif Hacılının dedikləri tamamilə böhtandır və hansısa əsası yoxdur.

Digər partiyalar isə həmrəylik və əməkdaşlıq yolunda hakimiyyətlə birgə addım atmaqla bağlı ortaya konkret mövqe qoydular. Siyasi partiyaların hakimiyyətlə birlikdə keçirilən "Zoom" toplantısında partiya sədrləri çıxış etdilər. 

Mən o toplantıda öz mövqeyimi ortaya qoydum. Əgər varsa Arif Hacılı və onun kimilər də zamanında etdikləri çıxışları ortaya qoysunlar. Görək onlar hansı təşəbbüslə çıxış ediblər. Biz bütün hallarda bu prosesi uğurla aparan Prezident İlham Əliyevin rolunu alqışlayırıq. Prosesin əsas lokomotivi birbaşa dövlət başçımızdır. Proses də siyasi partiyaların güclənməsinə xidmət edir".

Elşad Musayev vurğulayıb ki, Arif Hacılı bu məsələ barədə danışmasa yaxşıdır:

"Yalandan təşəbbüsü üzərlərinə götürməyin mənası yoxdur. Məsuliyyət götürən idilərsə, elə 30 il bundan qabaq edərdilər.  Sadəcə olaraq gündəmdə qalmaq üçün belə bəyanatlar səsləndirirlər. Əslində, Müsavat Partiyasının birlik və həmrəylik yaratmaq üçün gücü, potensialı yoxdur. 

Əksinə, Azərbaycan müxalifətinin dağılmasında ən böyük rolu oynayan AXCP-Müsavat cütlüyüdür. Vətən müharibəsində də, ondan sonra da yalnız pozuculuq fəaliyyəti ilə məşğul olublar. Onlar Azərbaycanın əleyhinə olan qüvvələrin keçirdiyi bütün tədbirlərdə iştirak edirlər".

Elmir Mustafa 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri