Icma.az
close
up
RU
Elvan Kuzucu Hıdır: Ötən 3 ildə Bilim Mərkəzində 120 min şagird təlimlərə cəlb olunub

Elvan Kuzucu Hıdır: Ötən 3 ildə Bilim Mərkəzində 120 min şagird təlimlərə cəlb olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quba, 14 may, Elxan Yusifli, AZƏRTAC

2022-ci ildə Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalını böyük coşqu ilə qeyd etmişdik. Həmin vaxt Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə ilk Bilim Mərkəzini açmışdıq. Bununla xalqalarımız arasında dostluq, qardaşlıq əlaqələrimizin daha da güclənməsinə, tarixi və mədəni sahə ilə yanaşı, elm və texnoloğiya sahəsində də inkişafa töhvə vermiş olduq. “TEKNOFEST Azərbaycan”dan sonra minlərlə azərbaycanlı şagird sonrakı illərdə keçirilən festivallara qatıldı və bir çox nailiyyətlər əldə etdilər. Ötən il festivalda Azərbaycandan 7 komanda mükafatlandırılanlar sırasında yer aldı. Artıq “Bilim Bakı” Mərkəzindəki “Deneyap texnologiya proqramı” üzrə təlimlərə cəlb olunan xeyli məzunumuz var. Ötən 3 ildə 120 min şagird Bilim Mərkəzində təlimlərə cəlb olunub. Bir sıra kənd məktəblərində, o cümlədən Qarabağda yerləşən məktəblərdə olub, şagirdlərin layihəmizdən faydalanmalarını təmin etdik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Bilim Quba Mərkəzinin açılışı zamanı Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır jurnalistlərə açıqlamasında söyləyib.

Elvan Kuzucu Hıdır bildirib ki, Bakıda həyata keçirilən birgə layihə regionlarda da reallaşdırılır. “Bölgədə ilk belə Bilim Mərkəzi Qubada açılıb. Burada da uşaqlara riyaziyyat, təbiət elmləri, astroniya, texnologiya, sahibkarlıq və innovasiya sahələrinə aid biliklər öyrədiləcək, bu sahələrdə müxtəlif layihələrdə iştirak edəcəklər. Burada təlim keçən şagirdlər “TEKNOFEST”ə, başqa beynəlxal yarışlara qatılacaqlar. Çətin imtahanlar keçən 80 nəfər artıq Bilim Quba Mərkəzində “Deneyap texnologiya proqramı”na cəlb olunub. Seçimlər yüzlərlə şagird arasında aparılıb. Seçilən şagirdlər iki il ərzində ödənişsiz şərtlərlə robotexnika, elektronik proqramlaşdırma, kosmos, enerji texnoloğiyaları və bir çox başqa sahələrdə təhsil alacaqlar. Bir sözlə, həm Bakıda, həm də Qubadakı Bilim mərkəzlərində şagirdlərə elm və texnologiya sevgisini aşılamaq istəyirik. Ümid edirik, gələcəkdə onlar arasından Səlcuk Bayraktar, Əziz Sancar kimi neçə-neçə elm adamları çıxacaq”, - deyə Elvan Kuzucu Hıdır əlavə edib.

Xatırladaq ki, “Bilim Azərbaycan” layihəsi çərçivəsində bu gün Quba “ASAN Həyat” kompleksində yerləşən “Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri