Icma.az
close
up
RU
Elvan Kuzucu Hıdır: Türkiyənin T3 Fondu Azərbaycanda ikinci mərkəzini Qubada açacaq

Elvan Kuzucu Hıdır: Türkiyənin T3 Fondu Azərbaycanda ikinci mərkəzini Qubada açacaq

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) yaxın gələcəkdə Azərbaycanın Quba şəhərində elm mərkəzi açacaq.

Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında fondun direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.

"Bizim fondun Azərbaycanla əlaqələrinin uzun tarixi mövcuddur. Bu mənada "TECHNOFEST"i həyata keçirdikdən sonra güclü bir bağ qurmuşuq. Bakıda fəaliyyət göstərən elm mərkəzimiz iki il ərzində minlərlə azərbaycanlı uşağı, bəlkə də yüz mindən çox azərbaycanlı gənci qəbul edib. Bu, bizim üçün çox gözəl göstəricidir", - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda fondun həyata keçirdiyi təcrübə proqramlarından 80-ə yaxın tələbə məzun olub:

"Yəni onlar ikiillik təhsil proqramlarını uğurla bitiriblər və biz yeni tələbələr seçmişik. Onlar artıq təhsillərinə başlayıblar. Beləliklə, bizim Azərbaycanla sıx əlaqəmiz davam edir. Yaxın gələcəkdə, bəlkə də 1-2 həftə ərzində Azərbaycanın Quba şəhərində yeni elm mərkəzi açacağıq. Bununla ölkədə ikinci mərkəzimiz fəaliyyət göstərəcək. Biz bu istiqamətdə işlərə, Azərbaycandakı fəaliyyətimizə böyük dəyər veririk".

E.K.Hıdır vurğulayıb ki, "T3 Fondu" Azərbaycanla "TECHNOFEST" çərçivəsində də çox sıx əməkdaşlıq edir:

"Beləliklə, əslində çox gözəl, yaxşı əlaqəmiz davam edir və bu çərçivədə də Azərbaycanın fərqli qurumlarla ilə görüşlərimizə, ortaq işlərimizə də davam edirik".

Qeyd edək ki, ASAN xidmət ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri