Icma.az
close
up
RU
Elvin Camalov: “Bu barədə danışmasaq, yaxşıdır MÜSAHİBƏ

Elvin Camalov: “Bu barədə danışmasaq, yaxşıdır MÜSAHİBƏ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov jurnalistlərin suallarını cavablandırıb. İdman.biz Futbolxeber.az-a istinadən müsahibəni təqdim edir:

- Uğursuz mövsüm keçirən “Neftçi” son turda da uduzdu...

- Əslində pis oyun keçirmədik. Qol vəziyyətləri yaratdıq. Lakin imkanlardan istifadə edə bilmədik. Mövsümü 3 xalla başa vurmaq istəyirdik. Təəssüf ki, meydanı məğlub tərk etdik.

- Qırmızı vərəqələr oyunun taleyinə nə dərəcədə təsir göstərdi?

- Rəqib azlıqda qaldıqdan sonra say üstünlüyündən istifadə edə bilmədik. Əksinə, rəqib azlıqda qalandan sonra qapımızda qol gördük. Sonra çalışdıq ki, hesabı bərabərləşdirək. Qol vurmaq əvəzinə özümüz azlıqda qaldıq.

- Belə görünürdü ki, rəqib azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladı. Bunu nə ilə əlaqələndirmək olar?

- Bəlkə kənardan belə görünüb. Amma bizim də elə oyunlarımız olub ki, komanda azlıqda qaldıqdan sonra daha yaxşı təsir bağışlayıb, oyunçular daha çox yandırıb. Matça əzmkar başlamışdıq. İlk hissədə Ozobiçin epizodu qol olsaydı, fərqli oyun alınardı. Bu cür matçlar elədir ki, gərək tez qol vurasan.

- Qalib gəlsəydiniz, mövsümü 5-ci yerdə başa vuracaqdınız. Bu məqam da motivasiyanızı artırmamışdı?

- “Sabah”la oyunlar həmişə oyunlar prinsipial xarakter daşıyır, gərgin keçir. Bu oyun da istisna olmadı. Vacib görüş idi bizim üçün. Bəli, 3 xal qazansaydıq, 1 pillə irəliləyəcəkdik. Təəssüf ki, alınmadı. İnşallah yeni mövsümə uğurlu start verib bu nəticələri unutduracağıq.

- “Sabah” Avroliqaya yollansa, daxilinizdə cüzi də olsa klubunuzu dəyişdiyiniz üçün təəssüf hiss keçirməyəcəksiniz?

- Xeyr, heç bir peşmanlıq yoxdur. Fikrim “Neftçi”dədir. “Neftçi” ilə uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, yaxşı nəticələr qazanaq və mən də bunda pay sahibi olum.

- Sabiq baş məşqçiniz Murad Musayev Rusiya çempionu oldu. Onu təbrik edəcəksiniz?

- Əlbəttə, təbrik edəcəm. Sevindim onun adına. Daha əvvəl Musayevin rəhbərliyi altında oynamışam, kapitan olmuşam. Elə sizin vasitənizlə də təbrik edirəm.

- Artıq mövsüm yekunlaşıb. Bəlkə “Sabah”ın kubokun yarımfinal matçından öncə yayımladığı həmin qalmaqallı açıqlamaya aydınlıq gətirəsiniz...

- Məncə, bu barədə danışmasaq, yaxşıdır.

- Biz bildiyimiz qədər Sekidikanın “Neftçi”yə gəlmək məsələsində təşəbbüskar siz yox, o özü olub. Bu halda haqsız yerdə ittiham olunmağınız nə dərəcədə doğrudur?

- O mövzuya qayıtmaq istəmirəm. Sizdən də xahiş edirəm ki, bu məsələni bağlayaq.

- Milli komandanın heyətində yer almadınız. Fernandu Santuşdan dəvət gözləyirdiniz?

- Hər zaman millidən dəvət gözləyirəm. Komandaya kömək etməyə hazırıq. Bu dəfə dəvət almasam da, baş məşqçinin qərarına hörmətlə yanaşıram. Əlimdən gələni edəcəm ki, gələn toplanışlarda yenidən yığmaya dəvət alım.

- Mövsüm ərzindəki öz performansınızı necə dəyərləndirirsiniz?

- Əvvəlki klubunda yeni baş məşqçinin gəlişindən sonra şans qazanmadım. Lakin “Neftçi”də Samir Abasov gəldiyim gündən mənə güvənir. Komandaya qoşulanda yaxşı vəziyyətdə idim. Sonradan bir qədər eniş yaşadım. İnanıram ki, yay toplanışında bunu düzəldəcəm.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri