Icma.az
close
up
RU
Elvin Camalov: “Neftçi” üçün çempionat bitməyib” MÜSAHİBƏ

Elvin Camalov: “Neftçi” üçün çempionat bitməyib” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalovun Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Əvvəldən məlum idi ki, hər iki tərəf əzmkar oyun nümayiş etdirəcək. 90 dəqiqə ərzində belə də oldu. Rəqib matçın əvvəlində 10 nəfərlə qaldı. Əslində azlıqda qalan rəqibə qarşı oynamaq heç də asan deyil. Çünki belədə müdafiəyə meyilli oynayırlar. Matç ərzində bir neçə qol epizodu yaratdıq. Sona yaxın hesabda önə keçsək də, üstünlüyümüzü sona kimi qoruya bilmədik. Bu da çox üzücüdür. Bundan nəticə çıxarıb, irəli baxmalıyıq.

- Yəni sözlərinizdən belə çıxır ki, rəqibin qırmızı vərəqə alması “Neftçi”nin heç də xeyrinə olmadı...

- Tam heyətlə oynayanda görüş qarşılıqlı hücumlar şəraitində keçir. Rəqib azlıqda qaldıqdan sonra daha çox müdafiəni düşünməsi normaldır. Qol imkanları yaratmaq üçün çox çalışdıq. İstəyimizə də çatdıq. Sadəcə hesabı qorumaq mümkün olmadı.

- Qələbə hesabını qorumağa nə mane oldu: ani diqqətsizlik, yoxsa arxayınçılıq?

- Ani diqqətsizlik deyərdim. Bir qədər diqqətsizliyə yol verdik və nəticədə qapımızda qol gördük. Halbuki sona qədər diqqətli olmaq lazımdır. Bu, hər bir idman növünə aiddir.

- Hər nə qədər “Neftçi”nin futbolçuları etiraf etməsələr də, görünən odur ki, fikriniz daha çox kubokdadır, nəinki çempionatda. Razısınız?

- Mən bu fikirlə razı deyiləm. Əlbəttə, avrokuboklara yollanmaq baxımından kubokda şansımız daha çoxdur. Lakin çempionatda da turnir cədvəlində bizdən öndə olan komandalara yaxınlaşmağa çalışırıq.

- Lakin xal fərqi çoxdur...

- Bəli, xal fərqi çoxdur. Ötən tur “Kəpəz”ə qalib gəlsəydik və “Turan Tovuz”la matçda 3 xalı əldən verməsəydik, turnir cədvəlində vəziyyətimiz xeyli yaxşılaşardı. Beşinci pillə ilə aramızda xal fərqi cəmi 1 olacaqdı.

- Yəni “Neftçi” üçün çempionat bitməyib?

- Xeyr. İstənilən halda, 2-3 tur ərzində vəziyyət dəyişə bilər. Yuxarı pillələrdəki komandalar xal itirdikcə, onlara yaxınlaşmağımız mümkündür. Çempionatda sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, daha üst pillələrdə qərarlaşaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri