Elvin Cəfərquliyev əvəzedici heyətdə ilk matçına çıxdı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Qarabağ”ın əsas heyətindən qovulan Elvin Cəfərquliyev əvəzedici heyətlə ilk oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu gün “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıb.
E.Cəfərquliyev bir neçə müddətdir ikinci komandada məşq etsə də, baş məşqçi Maksim Medvedev ona oynamaq şansı vermirdi.
Elvinlə yanaşı Abbas Hüseynov da əvəzedici komandanın start heyətində yer alıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

Bu mövzuda digər xəbərlər:Cəfərquliyev yubiley matçına çıxdı
11 Noyabr 2024 10:39
Elvin Cəfərquliyev rəmzi heyətdə FOTO
22 Yanvar 2026 20:38
Elvin Cəfərquliyev yubiley matçına çıxıb
11 Noyabr 2024 11:31
Elvin əvəzedici heyətdə qolu belə vurdu Yenilənib+Video
01 May 2026 15:55
Elvin Cəfərquliyev 3 ay müddətinə sıradan çıxdı, əməliyyat olunacaq
25 Avqust 2026 15:00
Baxış sayı:88
Bu xəbər 01 May 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















